Kədərli
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Afrika musiqisinin son dərəcə gözəlliyi ondan ibarətdir ki, ən kədərli mövzuda olsa belə, yenə də şən səslənir. Sən kasıb ola bilərsən, kardon qutudan tikilmiş evdə yaşaya bilərsən, işini itirə bilərsən, lakin musiqi həmişə sənə ümid verəcək. Nelson Mandela
- Artıq dərəcədə kədərli olmaq istəmirsənsə, paxıl olma. Nuşirəvan Adil Xosrov
B
[redaktə]- Bəzən səssiz və dərin, bəzən duyğularla dolu, xəyalpərəst, kədərli və bəzən insan səsinin əks-sədası ilə səslənir. Xüsusi səs keyfiyyətinə sahib başqa heç bir musiqi aləti tanımıram. (Saksafon haqqında) Hektor Berlioz
- Bizim şəxsi fikirlərimiz hətta predmetlərin zahiri görünüşünə belə təsir edir. Təbiətə və öz yaxınlarına baxan və hər şeyin tutqun, kədərli olmasını təsdiq edənlər haqlıdırlar. Ancaq qaranlıq tonlar onların bulanıq gözlərinin və qəlblərinin əksidir. Həqiqətdə isə rənglər zərifdir və daha aydın görmə tələb edirlər. Çarlz Dikkens
- Bu gecə onu sevdiyim ən kədərli sətirləri yaza bilərəm və bəzən o da məni sevirdi. Pablo Neruda
- Bugünkü həyatın ən kədərli tərəfi elmin inkişafının cəmiyyətin müdrikliyindən daha sürətli olmasıdır. Ayzek Əzimov
C
[redaktə]- Cənnətə gedib pasport şəklinizə bənzəməkdən daha kədərli bir şey yoxdur. Erma Bombek
D
[redaktə]- Dilin və ya qələmin bütün kədərli sözləri arasında ən kədərlisi “Ola bilərdi” sözləridir. Vudhaus Pelam Qrenvill
- Dünyada gözəl bir şey var: bir butulka yaxşı şərab. Öz kədərli hekayəni başqasına söyləmək istəsən, əvvəlcə öz otağına çəkil və bir stəkan şərab iç. Bu bir stəkan şərabdan sonra hisslərinin necə canlandığını hiss edəcəksən. Nikolay Qoqol
E
[redaktə]- Ehtiras nə qədər güclü olarsa, sonu bir o qədər kədərli olar. Uilyam Şekspir
- Elə... qadın ruhları var ki, onlar həmişə sevgi üçün bir növ kədərli susuzluqdan əziyyət çəkirlər və bu səbəbdən özləri də heç kimi sevmirlər. İvan Bunin
- Etiraf edim ki, aşiqəm, amma and içirəm ki, sevginin nə olduğunu bilmirəm. Narahat düşüncələrimi, qeyri-sabit baxışlarımı, nə qədər baxımlı və ya baxımsız olduğumu bilmədiyim saçlarımı, yuxularımı yarımçıq və yuxularla dolu, kədərli və ah-nalə dolu oyandığımı, özümdən başqa hər şeydə hiss edirəm. Əgər bu sevgidirsə, kaş heç icad edilməsəydi. Con Lili
Ə
[redaktə]- Əgər doğru hesab etsək və insan taleyində hər gün baş verən xoş dəqiqələri unutmasaq, dünyada tutqun, kədərli gözlərin gördüyündən də çox xoşbəxtlik var. Fridrix Nitsşe
- Əgər sevgini nəzərə almasaq, bizə ən çox sevinc gətirən və təsəlli verən səyahətdir. Bütün yeni şeylər bizə çox vacib görünür və biz kədərli fikirlərdən uzaqlaşırıq. Cəmi "mən gedirəm" kimi iki kəlmənin arxasında bütöv bir dünya gizlənir... Teodor Drayzer
- Əxlaq, maraq kəsildikdən sonra qocalığın kədərli hikməti ilə gəlir. Qrem Qrin
H
[redaktə]- Hakimiyyəti ələ keçirmiş alçaq və cahil insanlardan kədərli bir mənzərə yoxdur. O hakimiyyət ki, o, bu cür insanların əxlaqını pozur və əzab verilən insanlara qarşı hissiyyatsız edir. Başqalarının bədbəxtliyi onlara heç bir fayda gətirməsə də, onlar bu bədbəxtliyə gülürlər. Daniel Defo
- Həqiqət yalnız əzablarla gəlir. Bu həqiqətdir, narahat olmayın. Amma həqiqəti bildiyinə görə sənə nə pul ödəyirlər, nə də pay verirlər. Kədərli olan budur. Mixail Bulqakov
- Hər kəs kədərlərini saxlayan maskalar taxır... Əlbəttə mənim də bir maskam var, məni kədərli göstərən.. Dekster Morqan
- Həyatın heyrətamiz dərəcədə kədərli üzləri var. Aberjhani
- Həyatın sonu kədərli, ortası heç nəyə yaramayan və başlanğıcı isə gülməli olur. Volter
X
[redaktə]- Xoşbəxt günlərimiz necə də qısa görünür! Nə qədər kədərli! Cin İngelou
- Xoşbəxt insanlar kədərli insanlardan daha çox axmaq şeylər edirlər, amma kədərli insanlar daha çox axmaq şeylər edirlər. Jan de Labrüyer
- Xoşbəxtliyi görməmək nə qədər kədərli olsa da, başqa birinin əlini uzatsa çata biləcəyi xoşbəxtliyi kor-koranə axtarmasını görmək isə daha acınacaqlıdır! Teodor Drayzer
İ
[redaktə]- İstedad sahibi olanları kədərli bir aqibət gözləyir. Belə adamlar qabiliyyətlərini inkişaf etdirmək və mükəlləşdirmək əvəzinə özlərini həddindən artıq yüksək tutur, avaraçılığa və xudbinliyə aludə olurlar. Belə bir insan tədricən ağlının aydınlığını və itiliyini itirir, hərəkətsiz, tənbəl olur və bədənini və ruhunu korlayan cəhalətə tutulur. Leonardo da Vinçi
K
[redaktə]- Keçmiş illərin xarabalıqlarında bir kədərli səs yuva salmışdır. Rabindranat Taqor
- Kədərli olan qocalığın yaxınlaşması yox, gəncliyin uzaqlaşmasıdır. Aleksandr Düma (oğul)
- Kədərli olsan belə gülümsəməyi dayandırma, kimsə sənin gülüşünə aşiq ola bilər. Qabriel Qarsiya Markes
- Kiminsə təlxəyi olmaq çox kədərli məşğuliyyətdir. Şöhrətpərəst adam isə hamının təlxəyidir. Uilyam Penn
- Korluq, görünən dünyamı qaranlıq pərdəsi ilə örtür, əlbəttə ki, beynin işini çətinləşdirir, onu vəsıxışdırır, amma, irsi qavrayışlardan, başqa yollarla alınan təəssüratlardan beyin qaranlıqda öz dünyasını yaradır, kədərli, tutqun, lakin bənzərsiz, qeyri-müəyyən poeziyadan da məhrum deyildir. Vladimir Koralenko
Q
[redaktə]- Qayğısız olandan çəkin, kədərli olanla ol. Abay Kunanbayev
- Qoca optimist istisna olmaqla, gənc pessimistin vəziyyətindən kədərli mənzərə yoxdur. Mark Tven
M
[redaktə]- Mən taleyin kədərli oyuncağıyam! Romeo və Cülyetta
- Mənim “şöhrətimin” mənə nə xeyri? Yalnız mane olur. Telefonla zəng edirlər, məktub yazırlar! Nə üçün? Məktublara cavab vermək lazımdır, bu isə elə kədərli bir şeydir! Mixail Zoşşenko
- Müharibədən sonra, əllinci illərin başlanğıcında bir-birinin ardınca sürətlə böyük elmi kəşflər ediləndə insanların tənqidi düşünmək, məntiqli suallar vermək üçün vaxtı yox idi. Birdən külli miqdarda yeni imkanlar açılmışdı; həkimlərin mübarizə apara bilmədikləri xəstəliklərin çoxu artıq müalicəsi oluna bilirdi. Bu dünyanın gördüyü, görmək istədiyi birinci şey idi. Və insanlar uzun müddət belə düşünməyə üstünlük verirdilər ki, guya bu orqanlar hardansa gəlir, ən yaxşı halda hər hansı bir vakuumda yetişdirilir. Bəli, bəzi mübahisələr düşürdü. Amma sizə… şagirdlərə görə narahat olmağa, sizi hansı şəraitdə böyütmələri və ümumiyyətlə, sizi istehsal etməyin vacibliyi insanları maraqlandırana kimi artıq gec idi. Geriyə dönmək mümkün deyildi. Xərçəngin müalicə oluna bilən xəstəlik olduğuna adət etmiş dünyadan necə tələb etmək olardı ki, bu müalicədən imtina edib, könüllü əvvəlki kədərli dövrə qayıtsın? Yox, geriyə yol yox idi. Sizə görə nə qədər vicdan əzabı çəksələr də, onların düşündüyü əsas şey övladlarının, həyat yoldaşlarının, valideynlərinin, dostlarının xərçəngdən, hərəki neyronlarının zədələnməsindən, ürək xəstəliklərindən ölməməyi idi. Ona görə sizi mümkün olan qədər uzaqda gizlədirdilər, sizlər haqda düşünməmək üçün insanlar əllərindən gələn hər şeyi edirdilər. Heç nəyə baxmayaraq düşünsələr belə sizin bizim kimi olmadığınıza özlərini inandırırdılar. Guya siz insan deyilsiniz, belə olduğu təqdirdə, taleyiniz elə də əhəmiyyətli deyil. Kazuo İşiquro
N
[redaktə]- Necə də kədərli bir dövrandır. Nüvəni bölmək xurafatdan imtina etməkdən daha asandır.Albert Eynşteyn
- Necə də nəcib bir davranış olardı qəlbi sevinclə dolu birinin oxuduğu şərqini kədərli birinin müşayiət etməsi. Cübran Xəlil Cübran
- Nə qədər kədərli, pis və dəli idi - amma sonra, necə də şirin idi. Robert Brovninq
Ö
[redaktə]- Özünüzü fasiləsiz olaraq, hətta ən qəmli və kədərli dəqiqələrdə xoşbəxt hiss etmək istəyirsinizsə, olacaqla razılaşmağı bacarmalısınız və sevinməlisiniz ki, bundan da pis ola bilərdi. Anton Çexov
P
[redaktə]- Paxıl insan üçün ən kədərli şey heç kəsin ona paxıllıq etməməsidir. Frensis Hart
R
[redaktə]- Ruhumun dərinliyində bəzən şən, bəzən də kədərli mahnılar eşidirəm. Məni həyata bağlayan elə bunlardır. Anri Berqson
S
[redaktə]- Sevgi hər şeyə qadirdir. Yer üzündə onun cəzasından kədərli, ona xidmət etməkdən alınan həzzdən yüksək xoşbəxtlik ola bilməz. Uilyam Şekspir
- Söylə mənə sevgilim, ilk nə vaxt anladın məni sevdiyini?
Özünü axmaqlıqla hər suçlayışlarında özümü çox kədərli hiss etdiyimi anlayanda. Alfons Alle
Ş
[redaktə]- Şeirlə insan ruhu arasında qədim bir ünsiyyət var. Buna görə də insanın sevincli və kədərli anlarında şeir həmişə onunladır. Anatol Frans
T
[redaktə]- Tarixin ən kədərli dərslərindən biri budur: Əgər biz kifayət qədər uzun müddət aldadılmışıqsa, biz çaşqınlıqla bağlı hər hansı sübutu rədd etməyə meylli oluruq. Biz artıq həqiqəti öyrənməkdə maraqlı deyilik. Bambuz bizi ələ keçirdi. Alındığımızı, hətta özümüzə belə etiraf etmək çox ağrılıdır. Bir dəfə üzərinizə bir şarlatan güc versəniz, onu demək olar ki, heç vaxt geri qaytara bilməyəcəksiniz. Karl Saqan
U
[redaktə]- Uğursuzluq! Cəsarətli insanın qəlbində cavab tapmayan kədərli bir söz. Jül Vern
Ü
[redaktə]- Ürəyinin səsinə səs verməyən, onun ardınca getməyən insan bədbəxtdir. O, kədərli olur, əzab çəkir. Əzab isə qəzəb doğurur. Onore de Balzak
Y
[redaktə]- Yaddaş qəribə görüntülər yaratmağı bacarır. O, ruhların məskən saldığı evə bənzəyir və bu evin divarları arasında daim gözəgörünməz addımların əks-sədası eşidilir. Şüşələri sınmış pıncərələrdə ölənlərin qaraltıları görünüb-yox olur, lap yanımızda isə bizim keçmiş günlərimizin kədərli kabusları dolaşır. Cerom Klapka Cerom
- Yalqızlıq, insanlardan təcrid edilmə - kədərli, çox ağır taledir... Mən elə bilirdim ki, tək yaşamaq olar, amma mən indi ölürəm. Jül Vern
- Yalnız gənclikdə kədərli və çətin romanları oxuya bilərsiniz. Mariya Küri
- Yersiz zarafatlar kədərli sonluqla bitir. Miqel de Servantes
Z
[redaktə]- Zaman sürətli axır. Hazırda Eynşteynə qarşı içimdə narazıçılıq hissi baş qaldırıb. Zamanın sürətli və ya yavaş axması duyğulardan asılıdır. Nisbilik nəzəriyyəsi romantikdir. Amma eləcə də kədərli. Steins;Gate