Kitabxana
Jump to navigation
Jump to search

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bir tək kitab yazmaq üçün yarım kitabxana əsər oxunmalıdır. Samuel Conson
- Bu günün əsl universiteti kitabxanadır. Tomas Karleyl
E[redaktə]
- Elektron kitabxanalar ənənəvi kitabxanaların gələcəyə körpüsüdür. Abuzər Xələfov
H[redaktə]
- Heç kimə kitab verməyin. Çünki mən kitabxanamı oxumaq üçün alıb qaytarmadığım kitablardan qurmuşam. Anatol Frans
- Hər kəs cənnəti özü üçün başqa cür təsəvvür edir, mən isə uşaqlıqdan cənnəti kitabxana kimi xəyal edirdim. Xorxe Luis Borxes

K[redaktə]
- Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Heydər Əliyev
- Kitabxana insan ruhunun bütün zənginliklərinin xəzinəsidir. Qotfrid Leybnis
- Kitabxana övladlarımıza ən qiymətli mirasdır. Ostin Birrell
- Kitabxanalar çoxaldıqca, həbsxanalar azalar. Seneka
- Kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır. Artur Şopenhauer
- Kitabxanalar senzuradan başqa hamıya açıq olmalıdır. Con F. Kennedi
- Kitabxananız şəxsiyyətinizin aynasıdır. Naməlum
M[redaktə]
- Mənə elə gəlir ki, Cənnət kitabxanaya bənzəyir. Xorxe Luis Borxes
- Min dənə qala, min dənə ibadətxana tikin, heç bir şeysiniz; bir dənə kitabxana tikin, hər şeysiniz! Mehmet Murat İldan
- Müəllimin evi kitabxanadır, dövləti kiçik şagirdlər, sazı və nəğməsi şagirdlərin savadı, qazancı isə millətin məhəbbət və ehtiramıdır. Sultan Məcid Qənizadə
- Mümkün olsaydı da yurdumdakı meyxanələri həp kütübxanə yapardım. Hüseyn Cavid
Ö[redaktə]
- Özünüzü gücsüz və tək hiss etdiyiniz zaman kitabxanalara qaçın. Naməlum
S[redaktə]
- Spinozanın kitabxanasında 60 kitab varmış. Deməli, yaxşı seçilmiş 60 kitab, dahi bir filosof olmaq üçün kifayət edərmiş. Naməlum