Pambıq
Görünüş
Pambıq kolu (lat. Gossypium) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.[1][2]
Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Açaram sandığı, tökərəm pambığı. Azərbaycan atalar sözləri/A
- Ağ itin pambıq satana zərəri var. Azərbaycan atalar sözləri/A
- At sahibini pambıq üstə salar, eşşək daş üstünə. Talış atalar sözləri
B
[redaktə]- Biz müharibəyə nifrət edirik. Biz qələbələri səbirsizliklə gözləmirik. İsraildə yeni pambıq yetişdiriləndə, çiyələk çiçəklənəndə sevinirik. Qolda Meir
- Bu ərazi sonrakı dövrlərdə də öz münbitliyi ilə şöhrət qazanmışdır. Bütün mümkün mənfəətlər üzrə və Qafqaz dağlarının uca dağlarıyla abad və gözəldir. Əzəmətli Kür çayı gur axarıyla özüylə çoxlu böyük və xırda balıqlar gətirir. O, gəzərək axır və Kaspi dənizinə tökülür. Onun düzəngahları taxıl, üzüm, neft, duz, ipək və pambıq kağızıyla boldurlar; zeytun ağaclarının sayı-hesabı yoxdur; dağlarda qızıl, gümüş, mis və sarı buxur çıxarılır…[3] Moisey Kalanakatlı
C
[redaktə]- Cida ilə qulağa pambıq yeritmək olmaz. Azərbaycan atalar sözləri/C
Ə
[redaktə]- Əski pambıq bez olmaz. Kitabi Dədə Qorqud
H
[redaktə]- Hökumətimiz, Milli maraqlarımız və Dövlətimiz, xüsusi maraqların pis təsirindən və ya nəzarətindən azad olmalıdır. Vətəndaş müharibəsindən əvvəl pambıq və köləliyin xüsusi maraqları siyasi bütövlüyümüzü təhdid etdiyi kimi, indi də böyük xüsusi biznes maraqları çox vaxt öz mənfəətləri üçün hökumət adamlarını və üsullarını nəzarətdə saxlayır və korlayır. Biz xüsusi maraqları siyasətdən qovmalıyıq. Teodor Ruzvelt
X
[redaktə]- Xəncər kimi bir dilə, lakin pambıq kimi bir ürəyə sahib ol. Çin atalar sözləri
İ
[redaktə]- İstənilən iş, hətta pambıqçılıq da nəcibdir. Boş həyat insan üçün nəzərdə tutulmayıb. Tomas Karleyl
K
[redaktə]- Köhnə pambıq bez olmaz, dul arvaddan qız olmaz. Mir Möhsün Nəvvab
- Körpə südsüz böyüməz, pambıq susuz. Azərbaycan atalar sözləri/K
Q
[redaktə]- Qarı dizinə döyməklə dəvə pambıqdan çıxmaz. Azərbaycan atalar sözləri/Q
O
[redaktə]- Odu pambıqla gizləmək olmaz. Abxaz atalar sözləri
P
[redaktə]- Pambıq satan ağ itdən qorxar. Azərbaycan atalar sözləri/P
- Pambıqçının ağ itdən zəhləsi gedər. Azərbaycan atalar sözləri/P
- Pambığı oddan, cavanları icki və qumardan uzaq saxlayın. Bencamin Franklin
İstinadlar
[redaktə]- ↑ Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- ↑ Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- ↑ www.ens.az (8 mart 2019). "Qədim Gəncə şəhəri dahilərin gözü ilə" (azərb.). Elnur Həsən. İstifadə tarixi: 2020-03-08.