Məzmuna keç

Qənaət

Wikipedia logo
Wikipedia logo
Qənaət haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Az qazancından qənaət etməyən çox qazancından da qənaət etməz. Çarlz Marden
  • Dilənçilər haqqında bildiklərimizdən belə qənaət hasil olur ki, milyonçu olmaq üçün mütləq gərək, əvvəlcə, dilənçi olasan. İlya İlf
  • Həqiqətən qiymətləndirdiyim üç xəzinəm var: Birincisi sevgi və nəzakət, ikincisi qənaət, üçüncüsü isə təvazökarlıqdır. Lao-tszı
  • Hər şeyə qənaət etmək son nəticədə vaxta qənaət etməyə çevrilir. Karl Marks
  • Xoşbəxtliyin iki yolu var: biri zəhmət, digəri qənaət. Volter
  • İstədiklərimizin hamısını əldə edə bilməyəcəyimizə görə əlimizdə olanlara qənaət etməyi öyrənməliyik. [1] Anri Fransua Bek
  • Reklamda qənaət, saatı dayandırıb vaxta qənaət etmək kimidir. Tomas Cefferson
  • Şeir teorem olmalıdır: dilə qənaət və resurslara qənaət; minimumla maksimuma nail olmaq. Nikanor Parra
  • Uzun illər mən özüm də esperanto ilə maraqlanıram. Bu beynəlmiləl yardımçı dil, quruluşunun dahiyanə sadəliyi və məntiqi ilə əksər xalqlar tərəfindən qəbul edilməsivə əsas aparıcı dillərlə təbii əlaqədə mövcudluğunu davam etdirməsi üçün əsas şərtləri yerinə yetirir. Mən bu dillə, səyi enerjiyə qənaət etməyə yönəlmiş bir mühəndis nöqteyi-nəzərindən məşğul oluram ... Esperantonun məqsədi vaxta, enerjiyə, işə, pula qənaət etmək, beynəlxalq əlaqələri sürətləndirmək və sadələşdirməkdir. O baxımdan, bəşəriyyət üçün bu qədər faydalı bir şeyin təqdim edilməsinə qarşı hələ də ortaya çıxan etirazları başa düşmək çətindir. Esperanto dilinin tətbiqini sülh və mədəniyyət üçün zəruri ehtiyac hesab edirəm. Rudolf Dizel
  • Yaşlılar hər zaman pula qənaət etməyi məsləhət görürlər. Bu yanlış nəsihətdir. Qəpikləri gizlətməyin. Özünüzdən əlavə edin. Mən 40 yaşına qədər heç zaman qənaət etmədim. Henri Ford
  • Yer üzündə bütün izdirablar aza qənaət etməməkdən yaranır. Əbülqasım Firdovsi

İstinadlar

[redaktə]
  1. Aforizmlər. Bakı, 2013. səh. 132