Məzmuna keç

Qəpik



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Avropada bizim rublumuz üçün əlli qəpik verirlər. Pis o olardı ki, pul əvəzinə yumruq zərbəsi verərdilər. Saltıkov-Şedrin
  • Baxşış var, tümən-tümən, hesab var, qəpik-qəpik. Azərbaycan atalar sözləri/B
  • Bu dünya beş qəpik belə etməz, unutma. Özünü dünyalar qədər qiymətli sananlar isə öz qiymətini təyin edir əslində. Pol Oster
  • İnsanlar müdrikliyin qiymətsiz olduğunu söyləyirlər, amma heç kim onun üçün bir qara qəpik belə ödəmir. İbn Sina
  • İnsanlar pis kompaniyaya iki halda qoşula bilərlər. Ciblərində bir qəpik olmayanda və varlı olanda. O.Henri
  • Küskünlüyüm həyata deyil, içindəki beş qəpik etməz insanlaradır. Bezginliyim isə, onların üzünə baxmaq məcburiyyətində qalmağımdır. Yılmaz Ərdoğan
  • Mən dostlarımı heç satmadım! Çünki; Ya beş qəpik etməz çıxdılar, ya da qiymətsiz. İlhan Bərk
  • Məşhurluq - bu şöhrət dəyişdirilən qəpik kimidir. Viktor Hüqo
  • Oğru oğurladığını qəpik kimi, sahibi isə manat kimi görər. Avar atalar sözləri
  • Onlar içki içməmək haqqında mühazirə oxudular, amma əvəzində aldıqları qəpik- quruş içkiyə bəs etmədi. Mark Tven
  • Uşaqlarına: bir gün məni qaçırmağa qalxsalar, bir qəpik fidyə verməyin! Vəhbi Qoç

İstinadlar

[redaktə]