Süfrə
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Açılmamış süfrənin bir eybi var, açılmışın min. Azərbaycan atalar sözləri/A
- Arvad qohumu süfrə başında, kişi qohumu tabut başında. Assuri atalar sözləri
B
[redaktə]- Biz bir də bu dünyaya gəlməyəcək, əzizlərimizlə bir süfrə arxasında yığışmayacağıq. Onda hədər gedən hər zərrə anı belə tutmağa çalış – çünki heç nəyi sonradan geri qaytarmaq mümkün deyil. Ömər Xəyyam
D
[redaktə]- Dost dar gündə bilinər, süfrə başında düşmən də dost görünər. Fars atalar sözləri
İ
[redaktə]- İgidin süfrəsi açıq olar. Azərbaycan atalar sözləri/İ
Q
[redaktə]- Qəlbi qırdıqdan sonra gələn üzr, doyandan sonra süfrəyə gələn duz kimidir; "ehtiyac" qalmaz. Pablo Neruda
- Qonaq sevənin süfrəsi boş olmaz. Azərbaycan atalar sözləri/Q
- Qonaq süfrənin bəzəyidir. Epikür
M
[redaktə]- Mərd igidlər süfrə açar, ad alar. Azərbaycan atalar sözləri/M
O
[redaktə]- Oğlan atadan görməyincə süfrə yaymaz. Kitabi Dədə Qorqud
- Oğul atadan görər, süfrə açar. Azərbaycan atalar sözləri/O
P
[redaktə]- Pişiyi bağlayıb süfrə açır. Azərbaycan atalar sözləri/P
S
[redaktə]- Süfrəni necə düzəltsən də, duzsuz keçinə bilməyəcəksən. Osetin atalar sözləri
- Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir."[1] İmam Həsən
- Süfrəyə düzülmüş bol və zəngin təamlara baxanda hər dəfə mənə elə gəlir ki, hər bir yeməyin arxasında müxtəlif xəstəliklər pusquda durublar və insanın sağlamlığına qəsd etmək istəyirlər. Jozef Addison
U
[redaktə]- Ulu bir insanın süfrəsi başında, ona qarşı pis gümanda olmaq, hərisliyə cəhd etmək bir təhqirdir. Mövlana Cəlaləddin Rumi
Y
[redaktə]- Yaxşı tərbiyə süfrəyə sous tökməməkdə deyil, bunu başqası edəndə özünü görməməzliyə vurmaqdır. Anton Çexov
İstinadlar
[redaktə]- ↑ Vəsailuş-Şiə, c. 16, səh.539, hədis 1