Çörək
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ac adam yuxusunda da bir xurcun çörək görər. Ləzgi atalar sözləri
- Aclıq ilində bir tikə çörək, bir külçə tamah artıqdır. Fin atalar sözləri
- Axtarırsan bal çörək al əlinə bel kürək.
- Acın gözü çörəkdə,toxun gözü hənəkdə olar.
B
[redaktə]- Bir insan üçün əxlaq tərbiyəsi çörək və paltardan daha vacibdir. Sokrat
- Bir qəssabın çörəyə, bir çörəkçinin də ətə ehtiyacı vardır. Bu səbəblə qəssabla çörəkçinin bir-birini sevməsi üçün məntiqli bir səbəb vardır. Hər ikisi də bir-birinə faydalı olar. Bertran Rassel
- Birliyinizdə boşluqlar olsun, aranızda göylərin küləkləri rəqs etsin. Bir-birinizi sevin, amma sevgi bağı yaratmayın: Qoy ruhlarınızın sahilləri arasında hərəkət edən bir dəniz olsun. Bir-birinizin stəkanını doldurun, amma bir fincandan içməyin. Çörəyinizdən bir-birinizə verin, amma eyni çörəkdən yeməyin. Birlikdə oxuyun, rəqs edin və şən olun, ancaq hər biriniz tək qalın, Eyni musiqi ilə titrəsələr də, lavtanın simləri tək olduğu kimi. Ürəklərinizi verin, ammaözünüzü bir-birinizin ixtiyarına verməyin. Çünki yalnız Həyatın əli ürəklərinizi saxlaya bilər. Bir yerdə durun, amma çox da yaxın olmasın: Çünki məbədin sütunları bir-birindən ayrıdır, Palıd ağacı ilə sərv bir-birinin kölgəsində bitmir. Cübran Xəlil Cübran
Ç
[redaktə]- Çörək bol olarsa basılmaz Vətən. Səməd Vurğun
- Çörək itirən, çörək tapmaz. Azərbaycan atalar sözləri/Birlik və dostluq
- Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik. - Azərbaycan atalar sözləri
- Çörəyi tək yeyən yükünü özü çəkər.
- Çörəyi torpaqdan al, kiminsə ağzından yox.
- Çörək baha olanda ölüm ucuz olur.
Ə
[redaktə]- Əvvəl çörək, sonra əxlaq. Bertolt Brext
H
[redaktə]- "Hər şeydən bir az qalır" deyir bəziləri; fincanda bir az qəhvə, qutuda bir az çörək, insanda bir az kədər. Turqut Uyar
İ
[redaktə]- İllərdir sürüb gedən bir pay alma səyi, topu topu bir dilim quru çörək döyüşü... Bəzən dayanıb baxaram bu ibrət cədvəlinə. Kimi şirin dalınca kimininsə duzu yox. Barış Manço
- İnsanlar yeməyə çörək və yatmağa yer tapan kimi düşünməkdən qaçırlar. Volter
- İş istəyin, iş verməsələr çörək istəyin. Çörək verməsələr, çörəyinizi alın. Emma Qoldman
- İşləmək çörək, tənbəllik qıtlıq gətirər. - Alman atalar sözləri
- İşləyənə - çörək, işsizə - yuxu. Başqırd atalar sözləri
- İşləməyən dişləməz.
K
[redaktə]- Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır. Sədi
Q
[redaktə]- Qənaət sahibi olmayan acgözlər bir tikə çörək üçün dövlətlilərin qapılarındakı köpəklərlə boğuşmalıdır. Məhəmməd Füzuli
- Qılınc kəsməyəni çörək kəsər...
T
[redaktə]- Torpaq çörəyi ilə, insan əməyi ilə. Başqırd atalar sözləri
İstinadlar
[redaktə]Çörək haqqında atalar sözləri