Çaqqal
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ç[redaktə]
- Çaqqal güləndə toyuq qaqqıldar. Azərbaycan atalar sözləri/Ç
- Çaqqal var gödən çıxarır, qurdun adı bədnamdır. Azərbaycan atalar sözləri/Ç
- Çaqqaldan soruşanda ki yeyəcəksənmi? - gülməyindən niyyətini bildirdi. Abxaz atalar sözləri
- Çaqqalın yuxusuna toyuq gələr. Azərbaycan atalar sözləri/Ç
X[redaktə]
- Xalqa it hürəndə, bizə də çaqqal ulayar. Azərbaycan atalar sözləri/X
H[redaktə]
- Hamıya it hürər, mənə də çaqqal. Azərbaycan atalar sözləri/H
Q[redaktə]
- Qorxudan çaqqal da pələngin üstünə atılar. Əfqan atalar sözləri
Ö[redaktə]
- Özgəyə it hürər, bizə Mazandaran çaqqalı. Azərbaycan atalar sözləri/Ö
Ü[redaktə]
- Üzümün yaxşısı çaqqala qismət olar. Fars atalar sözləri
Y[redaktə]
- Yatmış aslandansa, ayıq çaqqal qorxuludur. Ləzgi atalar sözləri