İpək
Jump to navigation
Jump to search

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağ ipək də geyinsən, kölgən qara olacaq. Monqol atalar sözləri
- Ana ürəyi zərif bir ipək, ata biləyi Haqqın əkdiyi bir dirəkdir. Nə ananın ürəyini, nə də atanın biləyini sındır. Sabah yuva quranda ocağınla onlar arasında körpü ol. Ata-ana yıxılmamaq üçün kürəyimizi söykədiyimiz divardır. Qiymətini o divar uçanda bilirik. Şeyx Ədabali
B[redaktə]
- Bəyaz ipək hər rəngə boyanar. Azərbaycan atalar sözləri/B
- Bir il tut əkən ər, yüz il ipək "dərər". Özbək atalar sözləri
H[redaktə]
- Hərdən ipək, hərdən köpək. Azərbaycan atalar sözləri/H
X[redaktə]
- Xalqın seçdiyi prezident öz xalqına ipək ürəyini, onun düşmənlərinə isə dəmir əlini göstərməyi bacarmalıdır. Əbülfəz Elçibəy
İ[redaktə]
- İpək əlcəklərlə inqilab edə bilməzsiniz. İosif Stalin
K[redaktə]
- Kirpi ğz balalarını sığallayıb dedi: "Mənim ipək balam". Kürd atalar sözləri
Q[redaktə]
- Qarğa da balasını oxşayır: "Mənim ağappaq balam"; kirpi də balasını oxşayır: "mənim ipək balam". Başqırd atalar sözləri
- Qız evlərdə tanınar, ipək dəzgahda. Azərbaycan atalar sözləri/Q
M[redaktə]
- Məhəbbət ipək kimidir - ölüyə bükülür, dirini geyindirir. Madaqaskar atalar sözləri
S[redaktə]
- Sən ona ipək bağışlayırsan, o səndən hələ yemini də istəyir. Alman atalar sözləri
Y[redaktə]
- Yaxşı ipək - haşiyəsindən, yaxşı adam - üzündən bilinər. Vyetnam atalar sözləri