Avara
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adətən, qadınlar layiqli insanlarla əxlaqlı olurlar, avara adamlarla isə nadir hallarda. Denis Fonvizin
- Avara adam çox danışan olur. Şarl Lui Monteskyö
- Avara adam əqrəbsiz saata bənzəyir. Ceyms Fenimor Kuper
- Avara adamlar nadir hallarda məşğul insana qonaq gedirlər. Qaynar qazana milçəklər yaxınlaşmır. Ziqmund Freyd
- Avara bir toxa axtarır və özü də yalvarır: "İlahi, elə et ki, tapa bilməyim. Madaqaskar atalar sözləri
- Avara həyat saf ola bilməz. Anton Çexov
- Avara it gündüz hürər. Qırğız atalar sözləri
- Avara qonaq ev yiyəsini də avara qoyar. Azərbaycan atalar sözləri/A
D
[redaktə]- Dövlətdəki avara insanlar arı pətəyində işçi arıların balını yeyən erkək arılar kimidir. Miqel de Servantes
E
[redaktə]- Elindən avara olan, biçara olar. Türkmən atalar sözləri
Ə
[redaktə]- Ən çox acı çəkənlər avara kəslərdir. Bencamin Franklin
- Ərkəsöyün böyüyən oğul avara olar. Azərbaycan atalar sözləri/Ə
H
[redaktə]- Hər bir avara vətəndaş oğrudur. Jan Jak Russo
- Hər hansı, hətta ən çirkli işdən yox, avara həyatdan utanmaq lazımdır. Lev Tolstoy
İ
[redaktə]- İnşallah, heç yerdə qalmaz avara,
Bir qula ki, Şahi-Mərdan yar olsun. Aşıq Ələsgər
Q
[redaktə]- Qürur və xəsislik dünyası idealistə, xəyalpərəstə çəpəki baxır. Xəyalpərəst uçub gedən buludlara baxanda onu avara hesab edirlər. O, ruhuna sevinc gətirən küləyin səsinə nəğmə kimi qulaq asanda ətrafındakılar onun əmlakını ələ keçirməyə tələsirlər. Əgər cansız aləm adlandırılan dünya onu son dərəcə incə və valehedici bir səslə səsləyib özünə cəlb edərsə, xəyalpərəst bu mühitdə məhv olur. Əsl dünya həmişə belə insanları özünün amansız pəncəsinə keçirir və onlara hakim olur. Həyat məhz bu cür adamları itaətkar kölələrə çevirir. Teodor Drayzer
M
[redaktə]- Müdrik adam kiçik işlərdə də böyükdür, avara adam isə böyük işlərdə də kiçikdir. Pyer Büast
S
[redaktə]- Səkkiz varlıq başqalarının kədərlərindən xəbərsizdir: hökmdar, fahişə, ölüm, od, oğru, körpə, dilənçi və avara. Çanakya
Y
[redaktə]- Yayda avara gəzmə ki, dzutda itirməyəsən. (Dzut) - qışın elə soyuq vaxtıdır ki, onda yemsizlikdən heyvanlar çox tələf olur). Monqol atalar sözləri