Dəmir
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bizim Qaimimiz qiyam edəndə Allah bəlanı bizim şiələrimizdən götürəcək, onların qəlblərini dəmir parçası kimi (möhkəm və qorxmaz) edəcək və onların hər birinə qırx kişinin gücünü verəcək. Onlar dünyanın ağa və başçısı olacaqlar.[1] İmam Səccad
D
[redaktə]- Dəlilərə zəng taxmaq istəsələr, dəmirin kilosu yüz milyon olar. Bolqar atalar sözləri
- Dəmir nəmdən, insan qəmdən çürüyər. Azərbaycan atalar sözləri/D
- Dəmir sürtüldükcə parıldar. Azərbaycan atalar sözləri/D
- Dəmiri isti-isti döyərlər. Ərəb atalar sözləri
- Dəmirin sınığını qaynaq eləmək olar, dostluğun sınığını - yox. Teluqu atalar sözləri
- Dərin fikirlər dəmir mismar kimidir. Ağla elə möhkəm batır ki. sonra onu dartıb çıxarmaq da olmur. Deni Didro
- Doğru söz dəmiri dələr. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
- Dözən dəmiri də üzər. Tatar atalar sözləri
X
[redaktə]- Xalqın seçdiyi prezident öz xalqına ipək ürəyini, onun düşmənlərinə isə dəmir əlini göstərməyi bacarmalıdır. Əbülfəz Elçibəy
- Xam dəmir döyülməz. Azərbaycan atalar sözləri/X
İ
[redaktə]- İşlənməyən dəmiri pas tutar. Azərbaycan atalar sözləri/İ
- İşləməyən dəmiri öz pası məhv edər, insanı da tənbəlliyə vərdiş etməsi. Hind atalar sözləri
- İt dəmirçi dükanından nə aparar? Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
P
[redaktə]- Pas dəmiri, dərd ürəyi yeyər. Rus atalar sözləri
S
[redaktə]- Səbr dəmir qalxandır. Mövlana Cəlaləddin Rumi
T
[redaktə]- Tələbələrinə öyrənmə arzusu peyvənd edə bilməyən bir müəllim soyuq dəmiri döyən bir dəmirçi kimidir. Henrix Mann
V
[redaktə]- Vəzifə maqinit, dost-tanış, qohum-qəblə isə dəmir qırıntılarıdır. Elman Həbib
İstinadlar
[redaktə]- ↑ Mişkatul-ənvar, səh.79