Müddət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
C
[redaktə]- Cinayətkarların əksəriyyətində, xüsusilə gənclərdə çox güclü günahkarlıq hissi mövcuddur. Həmin günahkarlıq hissi cinayətin həyata keçirilməsindən uzun müddət əvvəl o insanda yaranır. Yəni bu hiss cinayətin səbəbi yox, əksinə, onu motivasiya edən impulsdur. Bu halda insanın törətdiyi cinayət əslində daxilindəki şüuraltı günahkarlıq hissini birbaşa real bir obyektlə əlaqələndirərək, bir az da olsa, rahatlanmaq cəhdidir. Ziqmund Freyd
E
[redaktə]- Eşqin daxili hərəkətverici qüvvəsi tükəndikdən sonra da, məhəbbət qatarı hələ uzun müddət yoluna davam edir. Bu, – məhəbbətdə ətalət prinsipidir. Tur Xander
- Evlənmək uzun müddətə bağlanmış müqavilədir. Macar atalar sözləri
Ə
[redaktə]- Ən uzun müddətli sevgi, heç vaxt geri dönməyən sevgidir. Uilyam Somerset Moem
H
[redaktə]- Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
- Həyatda bir dənə də kişi tapılmaz ki, qadının təkcə ruhu və mahiyyəti ilə uzun müddət kifayətlənə bilsin. Jorj Sand
- Hirs külək kimidir, bir müddət sonra dayanır; amma bir çox budaq qırılmışdır artıq. Mövlana Cəlaləddin Rumi
X
[redaktə]- Xalqın bir hissəsini həmişə və bütün xalqı bir müddət aldatmaq olar, lakin, bütün xalqı həmişə aldatmaq qeyri-mümkündür. Avraam Linkoln
İ
[redaktə]- İkinci bir sevgi tapa bilməzsək, birincisinə uzun müddət bağlı qalarıq. Fransua de Laroşfuko
- İnanılması ən çətin dedi-qodular, axmaqların yaddaşında ən uzun müddət qalanlardır. Alfred De Viqni
- İnsanlar uzun müddət misi qızıla çevirmək arzusunda olublar. İndi elm misi elə şeylərə çevirir ki, qızıl ona həsəd aparır. Tur Xander
Q
[redaktə]- Qadınlar qorxaqdır. Çünki uzun müddət yarı qul olaraq yaşamışlar. Doris Lessinq
M
[redaktə]- Münasibətimizə “bir müddət ara verək” cümləsinin mənası; səndən yaxşısını tapsam əla, tapa bilməsəm sənə geri dönəcəm. Camal Sürəya
- Mütaliədən ucuz əyləncə yoxdur, mütaliənin zövqü isə uzun müddət davam edir. Mişel de Monten
T
[redaktə]- Təcrübələrim mənə göstərdi ki, hüquqa bağlı olmayan bir hökumət uzun müddət ayaqda qala bilməz. Belə hökumətlər çılpaq olub, özünü görən hər kəsə qarşı gözlərini yerə dikən və kimsənin yanında hörmət və etibarı olmayan birinə bənzərlər. Hətta belə bir hökumət, tavanı, qapısı, həyət divarları olmayan və hər önünə gələnin içəriyə girdiyi bir evə də bənzədilə bilər. Teymurləng
U
[redaktə]- Uzun müddət danışıb da dinləyicilərinə yaltaqlanmayan adam, məmnunsuzluq oyandırar. Yohann Volfqanq Göte
- Uzun müddət hökm sürmək istəyirsənsə, səbirli ol. Samuel Conson
- Uzun müddət peşman olmaq istəmirsənsə, nəfsə tabe olma. Nuşirəvan Adil Xosrov
Y
[redaktə]- Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi.[1] Cəfər Sadiq
- Yaxşı yaşamaq üçün qısa bir müddət kifayət qədər üzundur. Siseron
İstinadlar
[redaktə]- ↑ Tuhəful-Uqul, səh.373