Məzmuna keç

Meyar



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ayələrdə qoyulmuş qanunlar düzgün və ədalətli olanla ziddiyyət təşkil edirsə, əsl meyar ədalətli yanaşma olmalıdır. Bu vəziyyətdə mətnlər aktuallığını itirir. Çanakya
  • Bədii formaları əbədi, sabit meyarlar kimi qəbul etmək olmaz. İlyas Əfəndiyev
  • Bəşəri elmlərdə heç kim insanın təbiətini və ruhunu qavrayıb onu təbiət elmlərində olduğu kimi bu mütərəqqi təbiət elminin meyarları ilə ölçə bilməz. Tarix və cəmiyyətlə məşğul olan elmin mahiyyəti təbiət elmlərinin metodları ilə dərk edilə bilməz. Hans-Georq Qadamer
  • Bilərəkdən və könüllü surətdə yalan danışmaq zorən kor-koranə doğrunu deməkdən yaxşıdır – Platon bu yerdə haqlıdır. Hərçənd ki, qəbul olunmuş qiymətləndirmə meyarı tamam başqa cürdür: həqiqəti söyləyən insan daha çox rahatlıq tapır. Fridrix Nitsşe
  • Əgər kimsə bütləşdirilirsə və göylərə qaldırılırsa, onda digər adamlar arasında fərq itir, çünki yeganə meyar həmin bütə pərəstiş dərəcəsi olur.[1] İmmanuel Kant
  • Gerçəyin meyarı mənəm, mən isə bir düşüncə deyiləm, düşüncənin üstündəyəm yəni deyilə bilməz bir şeyəm. Maks Ştirner
  • Gözəlliyin meyarı bütöv təbiətdir. Ralf Uold Emerson
  • Hafizə yeganə meyar olanda təxəyyül heçə endirilmiş olur. Tur Xander
  • Heç vaxt bəstələmək istəməzdim! Yaxşı dirijor olmaq istədiyim üçün musiqi bəstəkarlığı və kontrpuan (Musiqi kompozisiyasında iki və daha çox melodiya xəttinin müəyyən texniki və estetik meyarlara uyğun birləşdirilməsi. Ona “üfüqi polifoniya sistemi” də deyilir.) öyrəndim. Alfred Myumen
  • Həqiqətin yeganə meyarı təcrübədir. Leonardo da Vinçi
  • Hər şeyin meyarı insandır.[2] Protaqor
  • Hərəkətlərimiz qabiliyyətlərimizlə diktə olunur. Bacarıqlarımızın meyarı əməldir. Biz heç vaxt bu pis dairədən çıxa bilmərik. Buna görə də bütün həyatımız məntiqsizdir. Rünoske Akutaqava
  • ... Hətta padşahlar çox vaxt böyük işlər üçün doğulan insanların acı taleyindən şikayətlənir və taleyin onları miskinliklə böyüklük arasındai yerləşdirməməyinə təəssüflənir. Dua edən müdrik insan da yoxsulluq, zənginlik üçün yox, həqiqi xoşbəxtlik meyarı olan orta vəziyyət üçün dua edir. Daniel Defo
  • İqtisadi və texnologiya baxımından inkişaf etdikcə, bir-birimizə daha çox bağlanırıq. Gördüyümüz hər bir iş bu və ya digər şəkildə dünyanın geri qalanına təsir edir. Yeri gələndə, dünyadakı mövcud olan vəziyyət də hər bir fərdin xoşbəxtliyinə və bədbəxtliyinə təsir edir. İndi artıq keçmişdə olduğu kimi dayaz dünyagörüşlə, sadəcə bir meyarı nəzərə alaraq, yeganə bir səbəbi və ya faktoru göstərərək canımızı qurtara bilmərik. Bugünkü dünyada artıq hər bir hadisə bütün tərəfləri nəzərə alınaraq analizdən keçirilməlidir. Dalay Lama
  • Keyfiyyətli bir meyar olun. Bəzi insanlar, mükəmməllik gözlənilən bir mühitdə istifadə edilə bilməz. Stiv Cobs
  • Məqsədin böyüklüyü, vasitələrin kiçikliyi və heyrətamiz nəticələr bəşər dühasının üç meyarıdırsa, o, tarixdəki istənilən böyük insanı Məhəmmədlə müqayisə etməyə cəsarət edə bilər.? Ən məşhur insanlar yalnız silahlar, qanunlar və imperiyalar yaratdılar. Onlar, ümumiyyətlə, gözləri qarşısında tez-tez dağılan maddi güclərdən başqa bir şey qurmadılar. Bu adam təkcə orduları, qanunları, imperiyaları, xalqları, sülalələri deyil, o zamanlar məskunlaşan dünyanın üçdə birində milyonlarla insanı köçürdü; və daha çox qurbangahları, tanrıları, dinləri, ideyaları, inancları və ruhları köçürdü. Filosof, natiq, həvari, qanunverici, ideyalar qalibi, rasional inancları bərpa edən... İyirmi yerüstü imperiyanın və bir mənəvi imperiyanın qurucusu – yəni Məhəmməddir. İnsanın böyüklüyünün ölçülə biləcəyi bütün meyarlara gəlincə, soruşa bilərik ki, ondan böyük insan varmı? Alfons de Lamartin
  • Süzgəc-yaddaş - şüur axınında xilaskar: o, insan xarakterini dəyər münasibətləri və keyfiyyət meyarları təməlində möhkəmləndirir. Rahid Ulusel
  • Şirkətin səhmlərinin alınması üçün əsas meyar 10 il ərzində şirkətin rəqabət qabiliyyətidir. Uorren Baffett
  • Zamanın yeganə meyarı yaddaşdır. Deni Didro
  • Zövq məsələsində yaponlar çox sadədir. Onların həyat tərzindən göründüyü kimi, təbiiliyi hər şeydən yüksək qiymətləndirirlər. Çinlilər taxta parçasını hökmən rəndələdikləri halda, yaponlar sadə ağacdan tikilmiş evlərdə yaşamağı üstün tuturlar. Yaponiyada elə bir ailə çətin tapılar ki, var-dövlətinə güvənib hər gün öz evində çinli aşbazın hazırladığı qədər yemək hazırlatdırsın. Rəngkarlıqda çinlilər dəbdəbə, nəzərə çarpan bəzəkləri xoşlayırlar ki, bu da yaponlara zövqsüzlük kimi görünür. Çinlilər pion, qızılgül, orxideyanı – tünd ətirli və gözəçarpan gülləri xoşlayırlar. Bu, Qərb xalqlarının zövqünə daha çox uyğun gəlir. Yaponlar isə Çində o qədər də qiymətləndirilməyən sakura kimi çiçəkləri, həmçinin, çöl çiçəklərini, hətta adsız otları belə evlərinə bəzək edə bilərlər. İncəsənətdən, yaxud təbiətdən zövq almaq məsləsinə gəldikdə yaponlar qatı mühafizəkara çevrilirlər, çünki yalnız qədim meyarlara sadiqdirlər. Yaponlar yosun basmış daşları, çox balaca əyri ağacları xoşlayırlar, çünki onlar üçün bütün bunlarda insan əli dəyməyən təbii gözəllik vardır.
    • İvao Matsuhara, “Yaponiyanın həyatı və təbiəti”, Tokio, 1964.

İstinadlar

[redaktə]