Məzmuna keç

Pay



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah insana öz ruhundan pay verərək onu şərəfləndirmişdir. İnsan da cisimləri dərk edərkən onları ruhani enerji ilə işıqlandırır və onlar ideya mərtəbəsinə yüksəlmiş olur. Əbu Turxan
  • Başqalarının xoşbəxtliyindən özünə pay çıxaran insan, ən xoşbəxt insandır. Yohann Volfqanq Göte
  • Əgər insan, başqalarının dərdini hiss etmirsə, deməli insanlıqdan ona pay düşməyib. Abdulbari Gözəl
  • Həqiqət yalnız əzablarla gəlir. Bu həqiqətdir, narahat olmayın. Amma həqiqəti bildiyinə görə sənə nə pul ödəyirlər, nə də pay verirlər. Kədərli olan budur. Mixail Bulqakov
  • Haqq verməsə, qonşu payı pay olmaz Aşıq Ələsgər
  • İllərdir sürüb gedən bir pay alma səyi, topu topu bir dilim quru çörək döyüşü… Bəzən dayanıb baxaram bu ibrət cədvəlinə. Kimi şirin dalınca kimininsə duzu yox. Barış Manço
  • Səxavət ona deyilir ki, mal-dövlətin sərf edilməsi necə lazım, necə layiqdirsə, elə də yerinə yetirilsin və sona qədər bu cür də davam etdirilsin. Səxavətin özünün də bir çox növləri vardır. Onlardan bəziləri haqqında aşağıda izahat veriləcəkdir. Lakin "səxavət" cinsinə daxil olan fəzilətlər səkkizdir: birinci, kərəm, ikinci, əliaçıqlıq, üçüncü, əfv, dördüncü, mürüvvət, beşinci, xeyirxahlıq, altıncı, yardım, yeddinci, pay, səkkizinci, üzüyumşaqlıq. Nəsirəddin Tusi
  • Tarix elə bir ortaq sərvətdir ki, ondan hər xalq öz fərasətinə görə pay götürür. Əbu Turxan

Mənbə

[redaktə]
  • Ağıla və qəlbə işöq saçan sözlər. Bakı,2014