Piyada
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Allaha arxayın olan piyada qalar. Qırğız atalar sözləri
B
[redaktə]- Bağışla atını, sən get piyada,
Şillələr yesən də mərd ol dünyada. Leyli və Məcnun (Nizami) - Başa düşürəm, oyunda piyada olduğunuz təəssüratı yarana bilər. Bəli, belə bir fikir ağla gələ bilər. Ancaq razılaşın ki, siz bəxti gətirən piyadalarsınız. Siz daha mövcud olmayan ab-havasınız. Bu dünyada hərdən belə şeylər olur. Nə etmək olar?! İnsanların fikirləri, hissləri gah bir tərəfə doğru hərəkət edir, gah o biri. Belə alındı ki, siz bu prosesin müəyyən bir vaxtında böyüdünüz. İşiquro Kazuo
- Başqasının arabasına minən yolun yarısını piyada gedəcək. Bolqar atalar sözləri
- Bu qədər ulaq ola-ola biz niyə piyada qalmışıq. Fars atalar sözləri
Ə
[redaktə]- Əməyin piyada getdiyi yerdə avaralıq qaçır. Danimarka atalar sözləri
F
[redaktə]- Futbol da müharibə kimi bir şeydir. Müxtəlif cəbhələrdə müxtəlif adamlar vuruşur. Əvvəlcə artileriya atəş açır, sonra piyadalar irəli gedir. Uzaq məsafədən zərbələr vurmaq bir milli komandanın keyfiyyətini göstərir. Futbolda toplar bu yandadır, piyadalar o yanda... Böyükağa Hacıyev
X
[redaktə]- Xan qulluğuna gedən atlı gedər, piyada qayıdar. Azərbaycan atalar sözləri/X
Q
[redaktə]- Qüsursuz at axtaran hər kəs piyada gedə bilər. Macar atalar sözləri
O
[redaktə]- Oyun bitəndə, şah da piyada da eyni qutuya qoyulur. Aleksandr Puşkin
P
[redaktə]- Pis sözlər küləklə uçur, yaxşı sözlər piyada yeriyir.Çuvaş atalar sözləri
- Piyada atlıya gülməsə, bağrı çatlar. Azərbaycan atalar sözləri/P
- Piyada getsən, atlı ilə yoldaş olma. Tatar atalar sözləri
S
[redaktə]- Soruşdular: "Atanı atlı öldürüb, yoxsa piyada?". Dedi: "İndi ki, ölüb, nə fərqi var: atlı öldürüb, yoxsa piyada". Kürd atalar sözləri
V
[redaktə]- Vaxt atlı, biz piyada. Azərbaycan atalar sözləri/V