Soyuq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
C
[redaktə]- Ciddi, hətta soyuq adamam. Elə də çox gülməyi sevmirəm. Kamal Sunal
D
[redaktə]- Dərd-qəm bilməyən ürək soyuq olar. Fin atalar sözləri
Ə
[redaktə]- Əgər soyuq müharibə yoxdursa, sənin amerikan olmağının nə mənası var ki? Con Apdayk
- Ən soyuq qış günlərində belə pəncərəni açıq qoyub yatmaq istədiyim üçün məni az qala dəli adlandırırdılar. Anamı sakitləşdirirdim ki, mən təmiz havanı sevirəm. Əslində isə, mən öz məşqlərimin bir hissəsini həyata keçirirdim. Rual Amundsen
F
[redaktə]- Fevral soyuq və quru olduqda, avqust isti olacaq. Polşa atalar sözləri
H
[redaktə]- Hər cür adamlar, hər cür ehtiraslar olur. Məsələn birinin naturasının bütün ehtirası, bütün pafosu soyuq bir qəzəbdən ibarət olur. O yalnız dişləyən zaman ağıllı, istedadlı və hətta sağlam olur. Vissarion Belinski
- Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
X
[redaktə]- Bir xoş söz üç soyuq qış ayını isidə bilər. Yapon atalar sözləri
İ
[redaktə]- İnsan qüruba enəndə onu soyuq yola salırlar. Baltazar Qrasian
- İntiqam, soyuq yeyilən bir yeməkdir. Xaç atası (film, 1972)
- İsti aşa soyuq su qatmazlar. Azərbaycan atalar sözləri/İ
- İsti xatirələri olmayanlar üçün qış hər bir halda soyuq keçər. Ernest Renan
- İsti-soyuq bilmir. Azərbaycan atalar sözləri/İ
- İşsiz qalanda soba da soyuq olar. Rus atalar sözləri
M
[redaktə]- Məni az qala dəli hesab edirdilər, çünki qışda soyuqda belə pəncərələri açıq yatmaq istəyirdim. Anamı əmin etdim ki, mən təmiz havanı sevirəm. Əslində, etdiyim məşqlərin bir hissəsini mən etdim. Rual Amundsen
P
[redaktə]- Papaq isti-soyuq üçün deyil, namus üçündür. Azərbaycan atalar sözləri/P
- Payızın ortalarında axşam toranlığında soyuq yağışda Kaede körpüsünün yanından keçərkən yenə də səndən ayrıldığım dövrü xatırlayıram. Du Mu
S
[redaktə]- Sevməyən qadının dodağı soyuq olar. Monqol atalar sözləri
- Soyuq dağı-daşı çulğayar, amma ürəyə girə bilməz. Tai atalar sözləri
- Soyuq məzara da zinətdir insan. Səməd Vurğun
- Soyuq nə gətirər əsməkdən başqa? Amhar atalar sözləri
- Soyuq söz ürəyə çatınca buza dönər. Başqırd atalar sözləri
- Soyuq yoxdur! Bu sözü istilik olmayanda keçirdiyimiz hissi təsvir etmək üçün yaratdıq. Qaranlıq da yoxdur. Qaranlıq əslində işığın olmamasıdır. Qaranlıq, insanın işıq olmayanda nə baş verdiyini təsvir etmək üçün istifadə etdiyi bir anlayışdır. Pislik yoxdur! Pislik, sadəcə Allahın olmamasıdır. Pislik, insan qəlbində ilahi sevginin olmamasının nəticəsidir. Bu bir növ istilik olmayanda düşən soyuğa, işıq olmayanda isə düşən qaranlığa bənzəyir. Albert Eynşteyn
Ş
[redaktə]- Şərəfsizlikdən daha sərt yataq, daha kəskin soyuq, daha acı səfillik ola bilərmi? [1] Jozef fon Eyhendroff
T
[redaktə]- Təhlükəsizlik işçisinin isti ürəyi, soyuq düşüncəsi və təmiz əlləri olmalıdır. Feliks Dzerjinski
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.səh.415