Susuz
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ananın sənin üzərindəki haqqı budur: heç kimi daşımadığı bir yerdə səni daşıdığını bilməlisən, heç kimə daddırmadığı ürəyinin meyvəsilə səni bəsləmişdir və səni sevə-sevə qulağı, gözü, əli, ayağı, saçı, dərisi və bütün əzalarıyla qorumuşdur. Hamiləlik dönəminin bütün çətinlik, dərd-qəmlərilə yüklənən yenə də o olmuşdur. Sonra Rəbbin səni ondan ayırıb dünyaya gətirdi. Ac qalıb səni doyuzdurmağa, libassız qalıb səni geyindirməyə, susuz qalıb sənə su verməyə, günəşdə qalıb səni kölgədə saxlamağa, çətinliklər çəkərək səni naz ilə yetişdirməyə, yuxusuz qalıb səni şirin-şirin yatızdırmağa razı olan yenə də o olmuşdur. O, sənin həyat qaynağındır. Qucağı-hüzur tapdığın yer, sinəsi-susuzluğunu aradan qaldırdığın yer, özü isə sənin bəlalara qarşı qalxanın olmuşdur. Dünyanın isti və soyuğuna sənin üçün şəxsən özü səbir edən yenə də o olmuşdur. Elə isə bu yaxşılıqlar miqdarında ona təşəkkür et. İmam Səccad
- Arvadsız ev, susuz dəyirman. Azərbaycan atalar sözləri/A
- Asan qələbə susuz qəlbləri soyutmaz. Aleksandr Bek
B
[redaktə]- Bir dəfə bütün günü ac-susuz, gecə isə yuxusuz qalıb düşüncələrə daldım, amma heç nə əldə edə bilmədim. Yaxşı olardı ki, həmin vaxtımı oxumağa sərf edəydim. Konfutsi
- Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir. Yan Komenski
D
[redaktə]- Düz yolda gedib doğru-dürüst danışan… yüksəklərdə oturacaq; uçurumun başındakı qalalar onu qoruyacaq, çörəyi veriləcək və heç susuz qalmayacaq. Tövrat
F
[redaktə]- Fələstində iki dəniz var. Biri təzədir, içində balıq var. Yaşıl sıçrayışlar onun sahillərini bəzəyir. Ağaclar onun şəfalı sularından qurtumlamaq üçün budaqlarını açır və susuz köklərini uzadırlar... Qalileya (Aralıq) dənizi İordan çayını qəbul edir, amma saxlamır. Ona axan hər damcı üçün başqa bir damcı çıxır. Vermək və almaq bərabər şəkildə davam edir. O biri dəniz daha hiyləgərdir, gəlirini qısqanclıqla yığır. O, heç bir səxavətli impulsla sınanmayacaq. Aldığı hər damlanı saxlayır. Qalileya (Aralıq) dənizi verir və yaşayır. O biri dəniz heç nə vermir. Adı Ölüdür. Dünyada da iki cür insan var, Fələstindəki iki dəniz kimi. Brus Barton
G
[redaktə]- Gerçək; susuz yeyilən bir portağaldır. Çarlz Bukovski
- Güclü, sakit insan həmişə sevilir və hörmət edilir. O, susuz ölkədə kölgə salan ağaca, tufanda sığınacaq daşına bənzəyir. "Rahat qəlbi, şirin xasiyyətli, balanslı həyatı kim sevməz? Yağış yağsa da, yağmasa da, bu nemətlərə sahib olanlarda hansı dəyişikliklərin olmasının fərqi yoxdur, çünki onlar həmişə şirin, və sakitdirlər. Sakitlik dediyimiz xasiyyət nizamlı mədəniyyətin son dərsi, ruhun bəhrəsidir. O, müdriklik qədər qiymətlidir, qızıldan, bəli, hətta zərif qızıldan da arzuolunandır. Sakit həyat - Həqiqət okeanında, dalğaların altında, tufanların əli çatmayan, əbədi sakitlikdə yaşayan bir həyat! Ceyms Allen
H
[redaktə]- Heç nədən asılı olmayaraq, öz istədiyini hər yerdə və hər zaman axtar. İstədiyini ac adamın yeməyi, susuz adamların suyu, azmış adamın evin yolunu axtardığı kimi axtar. Əgər istədiyini axtarmağı tərgitməsən, o özü sənin ixtiyarına gələcək. Vanqa
X
[redaktə]- Xəyallar evi tikmək ucuzdur, lakin yaşamaq üçün susuzdur və hər an yıxılmağa hazırdır. Alfred Hausman
İ
[redaktə]- İnsan iki dəqiqə havasız, iki həftə susuz, üç həftə yeməksiz, bütün ömrü boyu səfalət içində yaşaya bilər, amma bir an belə düşünmədən yaşaya bilməz.[1] Bencamin Franklin
- İntizamsız məktəb susuz dəyirmandır. Çex atalar sözləri
K
[redaktə]- Kitabsız böyüyən uşaq, susuz böyüyən ağaca bənzər. Çin atalar sözləri
- Körpə südsüz böyüməz, pambıq susuz. Azərbaycan atalar sözləri/K
S
[redaktə]- Sevincsiz insan susuz bulaq kimidir. Henri Uord Biçer
- Susuz çiçək açmaz, sevgisiz də xoşbəxtlik yoxdur. Maksim Qorki
- Susuz həyat olmaz, zəhmətsiz rahatlıq. Özbək atalar sözləri
- Susuz it kəhrizə baxar. Azərbaycan atalar sözləri/S
V
[redaktə]- Vicdan əzabı çəkmək səhrada susuz qalıb ölməkdən betərdir. Viktor Hüqo
Y
[redaktə]- Yüzlərlə verst boz, susuz səhra, oturub danışan və nə vaxt çıxıb gedəcəyi məlum olmayan insan qədər məyusluq gətirə bilməz. Anton Çexov
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.105