Yad
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aman Allah! Yad planetlilər! Məni yeməyin, arvadım və uşaqlarım var, onları yeyə bilərsiniz. Homer Simpson
- Allahı yad edənlərdən başqa hamı dodaqları təşnə halda öləcək. Məhəmməd peyğəmbər
B
[redaktə]- Başqalarına olduğu qədər özümüzə də yadıq. Mişel de Monten
C
[redaktə]- Can versən,qardaşa ver, min il keçə yad olmaz. Azərbaycan atalar sözləri/C
D
[redaktə]- Dünyada keçmiş sevgilidən daha yad biri ola bilməz. Sevgi izahları sevmir. Ona hərəkətlər lazımdır. Qadına ya sitayiş etməlisən, ya da getməlisən. Qalan hər şey – yalandır. Erix Mariya Remark
Ə
[redaktə]- Əgər iki dost sizdən xahiş etsə ki, onların münaqişəsini həll edəsiniz, razılaşmayın, bu halda siz bir dost qazanmaq şansını əldən verəcəksiniz. Amma iki yad adam eyni xahişi sizdən etsə, razılaşın, bu halda yeni dost qazanacaqsınız. Müqəddəs Oqastin
G
[redaktə]- Günümüzün insanı köklərindən qopmuş bir ağacdır. Həm özünə yad olubdu, həm təbiətə. Cəmil Məriç
H
[redaktə]- Heç kim keçmişdə sevdiyin adamdan daha yad ola bilməz. Erix Mariya Remark
İ
[redaktə]- İşi yaxşı olanda yad olur, pis olanda - qohum. Koreya atalar sözləri
K
[redaktə]- Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də, keçmişi də, indi özün ol yaşamı bərbad etmə. Ömər Xəyyam
Q
[redaktə]- Qərib iti yad məhəllədən qovarlar. Azərbaycan atalar sözləri/Q
M
[redaktə]- Mən Türk millətinə hər şeyi öyrətdim, bircə yad millətə qulluq etməkdən başqa! Məhəmməd peyğəmbər
- Millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o, xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki, bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq... Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir. [1]Əhməd bəy Ağaoğlu
Ö
[redaktə]- Öz xoşbəxtliyinizin açarını yad cibinə qoymayın. Fuad Ələkbərov
S
[redaktə]- Səadət olmayanda ata evi də yad görünər. Əfqan atalar sözləri
V
[redaktə]- Varlı üçün yoxsul qohum, yad kimidir. Madaqaskar atalar sözləri
- Vəfalı dost yad olmaz, görməsə yüz il səni. Azərbaycan atalar sözləri/V
Y
[redaktə]- Yad oğulu saxlamaqla oğul olmaz, böyüyəndə salır gedər, gördüm deməz. Kitabi Dədə Qorqud
İstinadlar
[redaktə]- ↑ "Bizim millətçilər" məqaləsindən