Məzmuna keç

Əksəriyyət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən, düşmən hisslər zərif hisslərdən sonra meydana çıxır və onlar cinsi münasibətlərimizin əksəriyyətində hökmranlıq edən hisslərin ikili münasibətini yaxşı əks etdirir. Ziqmund Freyd
  • Ağıllı, təhsilli insanlar lazımdır. Bəşəriyyət daha yaxşı həyata yaxınlaşdıqca, bu adamların sayı çoxalacaq və sonda əksəriyyət təşkil edəcək. Anton Çexov
  • Alqışlara inanmayın; əksəriyyət alqışlayırsa yaxşı, gözəl amma alqışlayanlar ya yaltaqların əlləridirsə. Avraam Linkoln
  • Azərbaycanda həqiqətən vətəndaşların əksəriyyəti müsəlmanlardır (statistikaya görə sakinlərin 96 faizi İslam mədəniyyətinin daşıyıcılarıdır), lakin Azərbaycan dünyəvi dövlətdir və konstitusiyaya görə, bütün ənənəvi dinlər qanun qarşısında bərabərdir.[1]Aleksandr İşein
  • Bəzi sərraflar borc verdikləri şəxsə ən kiçik güzəşti belə etmirlər. Bununla onların əksəriyyəti bütün kapitalını itirmiş olur. Ezop
  • Cəmiyyətdə hakim olan xurafata zidd fikirləri sakitcə ifadə etməyə çox az adam qadirdir. İnsanların əksəriyyəti hətta belə bir fikir formalaşdıra bilmirlər. Albert Eynşteyn
  • Cəmiyyəti xoşbəxt, xalqı isə hətta öz acınacaqlı vəziyyətindən də razı salmaq üçün gərək böyük əksəriyyət cahil və yoxsul olsun. Bilik bizim arzularımızı genişləndirib artırır, odur ki, insanların arzusu nə qədər azdırsa, onun tələbatı da bir o qədər asanlıqla təmin edilə bilər. Karl Marks
  • Cinayətkarların əksəriyyətində, xüsusilə gənclərdə çox güclü günahkarlıq hissi mövcuddur. Həmin günahkarlıq hissi cinayətin həyata keçirilməsindən uzun müddət əvvəl o insanda yaranır. Yəni bu hiss cinayətin səbəbi yox, əksinə, onu motivasiya edən impulsdur. Bu halda insanın törətdiyi cinayət əslində daxilindəki şüuraltı günahkarlıq hissini birbaşa real bir obyektlə əlaqələndirərək, bir az da olsa, rahatlanmaq cəhdidir. Ziqmund Freyd
  • Dizaynerlər geyimin içindəki qadınları unudublar. Qadınların əksəriyyəti kişilər üçün geyinir və onlara heyran olmağı istəyir. Amma onlar paltarlarını cırmadan hərəkət etməli, maşına əyləşməlidir. Yəni geyim təbii olmalıdır. Koko Şanel
  • Düşüncələr qeyri-realdır. Hər gün ağlımızdan min cür fikir keçir. Onların əksəriyyəti qorxunc və neqativdir. Onlara inanmayın. Bu, sadəcə fikirlərdir, əgər onlara kömək etməsəniz, onlar heç vaxt gerçək olmayacaqlar. Barie Davenport
  • Düşünmək çətin bir sənətdir onun üçün əksəriyyət tək qərar verər. Karl Qustav Yunq
  • Əksəriyyətimiz üçün xoşbəxtlik maddi zənginliklə əlaqədardır. Lakin mal-mülkün təkbaşına xoşbəxtlik gətirmədiyi də ortadadır. Bunun üçün gözümüzü diqqətlə açıb baxmağımız kifayət edər. Hər cür naz-nemətə malik olmalarına baxmayaraq, sakitləşdirici dərmanlardan istifadə edən, ya da təsəlli tapmaq ümidiylə alkoqola məğlub olan insanlar tanıyırıq. Bunun əksinə, heç bir şeyi olmasa da xoşbəxt, dinc, sağlam həyat yaşayan insanlar da var, kifayət qədər də uzun ömür sürürlər. Dalay Lama
  • Filmlərin əksəriyyəti lent yığınından başqa bir şey deyil. Mel Qibson
  • Həyat bir tələ, biz isə siçanlarıq. Bəziləri tələdəki yemi götürüb təhlükədən uzaqlaşa bilir, amma əksəriyyət tələdə məhv olur, tələdəki yemi ancaq iyləyə bilir. Lənət şeytana, çox axmaq bir komediyadır. Vissarion Belinski
  • Həyat heç vaxt ədalətli olmur- insanlar əksəriyyəti üçün həyatın ədalətsiz olmağı ən yaxşı haldır. Oskar Uayld
  • İnsan ağlının instinktlər qarşısında aciz olduğunu iddia edə bilərsiniz. Hətta bu iddianız haqlı çıxa da bilər. Ancaq həmin acizlikdə nəsə qəribəlik olduğunu qəbul etməlisiniz. Çünki hər nə qədər qulağa xoş gəlsə də, ağlın səsi ona söz verilənə kimi susmayacaq və saysız-hesabsız rədd cavabı aldıqdan sonra, nəhayət, müvəffəqiyyət qazanıb məqsədinə çatacaqdır. İnsan orqanizminin müəyyən həddi vardır və təcrübələr əsasında təsdiqlənmişdir ki, bu hədd aşılanda insanların əksəriyyəti sivilizasiyanın tələbləri qarşısında əzilir. Beləliklə, özlərinə əziyyət verib daha yüksək standartlara çatmaq istəyən şəxslərin nevroza yoluxma ehtimalları qat-qat çoxdur. Bu halda onların idealistlikdən imtina edib, daha az "kamil" olmağa səy göstərmələri özləri üçün daha faydalı olacaqdır. Ziqmund Freyd
  • İnsanlar azadlıq və xoşbəxtlik arasında seçim etməli idi. Və əksəriyyəti xoşbəxtliyi seçdi. Corc Oruell
  • İnsanların əksəriyyəti özlərini xoşbəxt hesab etdikləri qədər xoşbəxtdirlər. Avraam Linkoln
  • İnsanların əksəriyyəti üçün əsas maneə daxili dialoqdur. Bu hər şeyin açarıdır. İnsan onu dayandırmağa başladıqda hər şey mümkün olur. Hətta ən inanılmaz layihələr belə öz real əksini qazanır.Karlos Kastanyeda
  • Keçmişə nəzər salanda, ölüm yatağında olan bir qocanı xatırlayıram. O deyirdi ki, onun həyatı xoşagəlməz hadisələrlə dolu olub, amma onların əksəriyyəti baş tutmayıb. Uinston Çörçill
  • Kişilərin əksəriyyəti bütün şübhələri dağıda biləcək sevginin sübutlarını xahiş edirlər. Bədbəxtlikdən, qadınlar üçün belə sübutlar yoxdur. Stendal
  • Kişilərin əksəriyyəti pis, qəddardırlar və bu şübhəsizdir. Bütün qadınlar isə yaxşıdır, zərifdir və bu da şübhəsizdir. Amma az da olsa elə kişilər var ki, onların təmiz ürəyi, düzgün düşüncələri var və belə bir təmizliyi heç bir qadında tapa bilməzsiniz. Rəşad Nuri Güntəkin
  • Kişilərin əksəriyyəti skripka çalmağa cəhd edən oranqutanları xatırladır. Onore de Balzak
  • Mənəvi gərginlik olmasaydı, biz ruhani anlayışa malik olmazdıq. Sahib olduğumuz ruhani fikir, yəqin ki, kitablardan və ya insanların danışdıqlarını eşitməkdən gəlir. Biz buna mənəvi ideyalarımız və ideallarımız deyirik. Biz həyatımızı bunlarla bağlı yaşayırıq, lakin mənəvi gərginlik fikrinə çox da əhəmiyyət vermirik. Biz haradan bilirik ki, bu mənəvi ideyalar və ideallar sadəcə illüziya deyillər? Biz illüziyanı yalnız mənəvi gərginliyin qurulması nəticəsində yaranan mənəvi dərrakədən tanıya bilərik. Mənəvi gərginlik insanların əksəriyyətində həyatı boyu davamlı olmur. Bu, bizə verilən bir şey deyil və bir dəfə ona sahib olsaq, ona sahib oluruq. Davamlı olaraq bükülməyə ehtiyacı olan bir saata bənzəyir... Ruhani batareyalar da sarılır və meditasiyanın dəyəri budur ... Bencamin Xrem
  • Planetimizdə təqribən 6 milyard insan yaşayır. Əksəriyyət hər şeydən əvvəl maddi rahatlıqla maraqlanır, dini və spritual həyatla maraqlananların sayı çox azdır. Yəni inancsızlar əksəriyyəti təşkil edir, onların düşüncə və davranışları isə qaçılmaz olaraq dünyanın formalaşmasında həyati əhəmiyyətli rol oynayır. Şükürlər olsun ki, insan kimi hərəkət etmək üçün dinə ehtiyac yoxdur, sadəcə insan olmaq kifayətdir. Dalay Lama
  • Öz zənginliyi ilə hər şeyi ala biləcəklərini düşünüənlərin əksəriyyəti hər şeydən əvvəl artıq özlərini satıblar. Frensis Bekon
  • Tamahkar olmaq üçün insanların əksəriyyət həddindən çox axmaqdır. Fridrix Nitsşe

İstinadlar

[redaktə]
  1. Если человек с Богом — он на своём месте, «Кифа» (20 сентября 2012 года).