Arif
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axmaq danışanda arif susur. Assuri atalar sözləri
- Arif, Allaha hər an bir əvvəlkinə görə daha yaxındır. Əbdülqədir Geylani
- Arif ol, söhbəti müxtəsər eylə,
Uzun danışandan qaç, həzər eylə.
Yüz əyri ox atsan olmaz dəyəri,
Bir ox at, hədəfdən getməsin əyri. Sədi - Arif olan buluddan da nəm çəkər. Azərbaycan atalar sözləri/A
- Arif tərif istəməz. Türk atalar sözləri
- Arifə bir işarə. Azərbaycan atalar sözləri/A
- Arifə bir işarə, qanmaza min toppuz. Azərbaycan atalar sözləri/A
- Arifə bir söz bəsdir, eşşəyə bir əsa. Ləzgi atalar sözləri
- Arifə - işarə, qanmaza - dürtmə. Rus atalar sözləri
- Ariflər səadət, iqbal gətirər,
Nadanı xeyri də zərər yetirər. Nuşirəvan Adil Xosrov
C
[redaktə]- Cahillər çoxalan zaman ariflər qərib olur. Əli
İ
[redaktə]- İgiddən yaxşı iş qalar, arifdən - yaxşı söz. Özbək atalar sözləri
K
[redaktə]- Kitab işıq saçar bir günəş kimi,
Kitabdır arifin könül həmdəmi.Əbdürrəhman Cami
M
[redaktə]- Mömin dünyada, zahid axirətdə qəribədir. Arif isə Allahın xaricindəki hər yerdə qəribədir. Əbdülqədir Geylani
S
[redaktə]- Söyləyəndən dinləyən arif gərək. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq