Axtarmaq

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Adətin köləsinə çevrilmiş ruhda həqiqət axtarmaq, təbiəti tədqiq edən və sınaqdan keçirən fizik üçün ayıb deyilmi? Mark Tulli Siseron
  • Axtarmaq maraqlıdır. Mən çox fikirləşmişəm ki, əgər biz ölümdən sonra nə baş verdiyini dəqiq bilsəydik, bütün poeziya öz gücünü, marağını itirərdi. Əgər biz bunu bilsəydik o vaxt "İlahi komediya"nın nə dəyəri olardı?!. Xorxe Luis Borxes
  • Arzu elə bir şeydir ki, heç doymaq bilməz; bir çox insanların həyatı, arzuları doyurma yollarını axtarmaqla keçər. Aristotel

B[redaktə]

  • Belə bir üsul var – yan qaçmaq, axtarmaq üsulunu xatırladır. Anna Bartkulaşvili
  • Bizim dövrümüzdə, əzizim, siyasi oyunu seyr edərkən "qadını axtarmaq" deyil, "fayda axtarmaq" (Gi de Mopassanın "Əziz dost" romanından Madlen Forestyenin sözləri) demək lazımdır. Gi de Mopasson
  • Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan. Mövlana Cəlaləddin Rumi

Ç[redaktə]

D[redaktə]

  • Digər nəcib keyfiyyətləri inkişaf etdirmək üçün cəsarət tələb olunur. Cəsarət olmadan həqiqəti axtarmaq və ya sevgini saxlamaq mümkün deyil. Mahatma Qandi
  • Dünyada sifətin gözəlliyindən mənasız və hətta zərərli bir şey yoxdur, əsl gözəlliyi insanın qəlbində, ürəyində axtarmaq lazımdır. Rəşad Nuri Güntəkin
  • Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma! Mövlana Cəlaləddin Rumi
  • Düşüncələrinizdən qurtulun. Düşüncələr olmadan harada olursunuzsa olun, Allah sizinlə olacaq. Onu axtarmaq üçün hara gedəcəksiniz? Yaxşı, əslində nə olduğunu tam olaraq bilmədiyiniz bir şeyi necə axtara bilərsiniz? Onu axtararaq yox, içinizdə hüzur yaradaraq tapa bilərsiniz. Bugünə qədər heç kim ona getməyib. O daha çox onu doğru şəkildə dəvət edənə özü gələr. Bunu bilənlər, bir məbədə çevrilər. Oşo

E[redaktə]

  • Eşqdə məntiq axtarmaq məntiqsizlərin işi. Eşqdə məntiq olsa; sonunda qırılacağını bildiyi bir ürəyin sevməsinə icazə verməzdi. Oldos Haksli

Ə[redaktə]

  • Əgər qadın xəyanət edirsə, məntiqli səbəb axtarmaq lazım deyil. İş məntiqdə deyil, demək ki, hisslərdədir. Koko Şanel

G[redaktə]

  • Gerçəyi axtarmaq onu əldə etməkdən daha qiymətlidir. Albert Eynşteyn
  • Günahları qəddarcasına olaraq digərlərində axtarmaq bütün bədəndə ağrı yaradır. Luule Viilma

H[redaktə]

  • Hər bir vəziyyətdə təsəlli olacaq nəsə tapmaq olar, sadəcə yaxşı axtarmaq lazımdır. Daniel Defo
  • Hər şeydə məntiq axtarmaq lazımdır. Onun çatışmadığı yerdə fırıldağın olmasından şübhələnməliyik (“Tor körpüsünün sirri”). Artur Konan Doyl
  • Həyat, həyat axtarmaq deyil, özümüzü axtarmaqdır. Çezare Paveze
  • Həyatın gedişi bizi bəşəriyyətin bütün ali və aşağı hisslərini böyük bir axınla qarışdıran dalğa ilə əhatə edir. Amma bu axında özünüzü necə tapmaq olar və axtarmaq lazımdırmı? Çingiz xan
  • Həyatın nə olduğunu onun gözəlliyində axtarmaq və ona daha gözəl hədəflərə yönləndirmək lazımdır. [1] Maksim Qorki
  • Həzz və günahsızlıq ən utanverici şeylərdir. Onlar istəmirlər ki, onları axtarsınlar. Onlara malik olmaq lazımdır. Axtarmaq isə günahı və iztirabları lazımdır! Fridrix Nitsşe

X[redaktə]

  • Xoşbəxtliyimi başqalarının xoşbəxtliyində, ləyaqətimi ətrafımdakı insanların ləyaqətində axtarmaq, başqalarının azadlığında azad olmaq mənim bütün inancımdır və bütün həyatımın arzusudur. Vəzifələrimin ən müqəddəsinin günahkar və qurbandan asılı olmayaraq bütün zülmlərə qarşı üsyan etmək olduğunu düşünmüşəm. Mixail Bakunin

İ[redaktə]

  • İnsan xəstələnəndə, səbəbini onun öz ürəyində axtarmaq lazımdır ki, kimi bağışlamalıdır... Luiza Hey
  • İnsan xoşbəxtlik üçün yaradılmayıb, ancaq xoşbəxtlikdən daha önəmli şeylər də var. Həqiqəti axtarmaq çox vaxt əzab verir. Andrey Tarkovski

K[redaktə]

  • Kiminlə ittifaq bağlamaq lazımdır? Yalnız ürəyə yaxın və əziz olanla. Bu cür əməkdaşlığı axtarmaq lazımdır. Bu, müttəfiq axtaran üçün ən yaxşı məsləhətdir. Çanakya
  • Kişi hər yerdə var, yalnız onu axtarmaq lazımdır. Saltıkov-Şedrin
  • Küsmək və incimək üçün bəhanələr axtarmaq yerinə, sevmək və sevilmək üçün çarələr axtarın... Mövlana Cəlaləddin Rumi

Q[redaktə]

  • Qurdla quzunun azadlığı tamam fərqlidir. İnsan cəmiyyətində hökm sürən anlaşılmazlıqların məğzini də burada axtarmaq lazımdır. Avraam Linkoln
  • Qüsurda ölçü axtarmaq, bu, Levkad qayasından özünü atıb hündürlüyün yarısında dayanmağa ümid etmək kimi bir şeydir. Mark Tulli Siseron

N[redaktə]

  • Nə qədər acıdır insanın təsəllini içkidə, qumarda axtarışı. Çoxmu çətin əlini səmaya qaldırıb Rəbbinə yalvarması?! Mövlana Cəlaləddin Rumi

O[redaktə]

  • Onun təzə başı bilirdi ki, bir çox şeylər eynən dəniz dalğası kimi gedibdir. Təzə baş onu da bilirdi ki, bütün bu dəyişikliklərin səbəbini təzə adamlarda axtarmaq lazımdır və hər tərəfdən bədəninə batan tikanların ağrısına səbirlə dözdüyü kimi, baş verənlərin gətirdiyi kədərə də səbirlə dözməlidir. Uilyam Qoldinq

S[redaktə]

  • Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, özünü tapmaqdır. Fyodor Dostoyevski
  • Səadəti məqsədimizdə, arzu və istəklərimizdə deyil, daha çox öz iradə və əzmimizdə axtarmaq lazımdır. Aristotel
  • Səni tapmaqdan əvvəl axtarmaq istəyərəm.
    Səni sevməkdən əvvəl anlamaq istəyərəm.
    Səni bir həyat bitirmək deyil də,
    Sənə həmişə yenidən başlamaq istəyərəm. Özdəmir Asaf
  • Stiv Cobs xərçəng xəstəliyindən tamamilə gücsüz hala düşdükdə belə desək bəşəriyyətə son sitatını səsləndirmişdi. Bu sitat isə belə idi: “Mənfəət arxasınca daimi qaçış yürüşü insanı marionetkaya çevirir. Bu mənimlə də baş verdi. Allah yaxınlarımıza öz sevgimiz barədə bəhs etmək üçün bizi hislərlə yaradıb. Həyatım boyu qazandığım sərvəti özüm ilə apara bilmərəm. Özümlə apara bildiyim yeganə şey – sevgi ilə əlaqəli xatirələrimdir. Sizinlə getməli olan, sizi müşayiət etməli və irəli getmək üçün güc verməli olan əsl zənginlik məhz budur. Sevgi böyük məsafələri qət etməyə qadirdir. Həyatın sərhədi yoxdur. Fəth etmək istədiyiniz zirvələrə sahib olun. Ürəyinizin çağırdığı yerə gedin. Bütün bunlar öz əlinizdədir. Pulunuz olduqda sizi istədiyiniz yerə aparacaq, işdə və yaxud evdə işinizi sizin əvəzinizə görəcək insanlar tuta bilərsiniz. Lakin heç kəs sizin xəstəliyinizi özünə götürməyəcək. Əldən verdiyimiz maddi əşyaları tapmaq, qazanmaq, axtarmaq olar. Lakin itirdikdən sonra tapa bilməyəcəyiniz bir şey var. Bu həyatdır. İndi yaşınızın nə qədər olduğu və yaxud nələrə nail olduğunuz önəmli deyil. Hər birimizin həyatında pərdələrin enəcəyi gün gələcək. Sizin xəzinəniz – ailənizə, sevdiyiniz insana, yaxınlarınıza, dostlarınıza olan sevgidir… Özünüzü qoruyun. Digərlərinin qayğısına qalın!” Stiv Cobs
  • Sülhü axtarmaq və ona riayət etmək gərəkdir. Amma özünü də bütün mümkün vasitələrlə müdafiə etməyə hazır olmalısan.[2] Tomas Hobbs

T[redaktə]

Z[redaktə]

İstinadlar[redaktə]

  1. Ə.Əliyev. Müvəffəqiyyətə gedən yol. Bakı, 2006. səh.35
  2. Hikmət Hacızadə. Demokratiya:gediləsi uzun bir yol. Bakı, 2002. səh.49