Ayrı
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adamlar ayrı, xasiyyətlər ayrı. Alman atalar sözləri
- Anasından ayrı düşən quzunu qurd yeyər. Azərbaycan atalar sözləri/A
- Ayrı-ayrı bir əxlaqsız varlıq olan insanlar, toplu olduqları zaman namuslu kəslər olarlar. Şarl Lui Monteskyö
- Ayrı-ayrı yollar izin dəvə bilir. Kitabi Dədə Qorqud
B
[redaktə]- Bəli. Sərbəst ölkənin fərdləri arasında həmrəylik əsasdır. Bir azad olmayan yerlərə baxın. Orada fərdlər və ailələr ayrı-ayrı yaşayırlar, aralarında əlaqə və münasibət çox azdır… Burada əsas məsələ ayrılıqdır, eqoizmdir. Vətəndaşlar bir-birinə yaddır; hər kəs başqasına laqeyddir. Belə bir cəmiyyətin fərdlərini əzmək asan olduğu kimi, cəmiyyət özü də cansız, qansız əsgi parçası kimi atılıb tutulur, oyuncağa çevrilir.[1] Əhməd bəy Ağaoğlu
- Bir millətdə fəlsəfə yoxdursa, əgər o millətin hamısı alim olsa da, o millətdə elmlər intişar tapa bilməz və həmin millət ayrı-ayrı elmlərdən lazımi nəticə çıxarmaqda çətinlik çəkər[2]
- Bir tam halında fəaliyyət göstərə bilməyən ictimai sistemin ayrı-ayrı daxili qurumları nə qədər cəhd göstərsə də, cəmiyyətin inersiyasından xilas ola bilmir. Tur Xander
- Biz səninlə ayrı-ayrı dillərdə danışsaq da, bu danışdığımız şeyləri dəyişmir. Mixail Bulqakov
- Bu bir həqiqətdir ki, cəmiyyətin tarixi dönəmlərində yaranan demokratik ab-hava ayrı-ayrı zümrələrin qəzet və jurnal nəşrinə geniş meydan açır. Teymur Əhmədov
C
[redaktə]- Cin ayrı, şeytan ayrı. Azərbaycan atalar sözləri/C
D
[redaktə]- Düşüncələr də çiçəklər kimidir. Ayrı-ayrı qırıldıqda daha təravətli və parlaq olur. Pyer Büast
E
[redaktə]- Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır. Əbu Turxan
Ə
[redaktə]- Əgər ayrı-ayrı şəxslər bayağı əsərlər yazıb bunları operetta adlandırırlarsa, yaxud ifaçılar çox vaxt operettaya onun adına yabançı olan şit hərəkətlər daxil edirlərsə, buna operetta janrı günahkar deyildir. Operettanın tərkib hissələri olan incə melodiya, sağlam yumor, yüngül satira heç də bayağılıq və ya şitlik əlaməti deyildir... Üzeyir Hacıbəyli
İ
[redaktə]- Qəlb bir ev deyil ki, hər kəs üçün ayrı-ayrı otağı olsun. Enid Baqnold
- İnsan yaşadığı insanlara görünməz incə tellərlə bağlanırmış. Ayrılıq vaxtı bu bağlar gərilməyə, qopan kaman telləri kimi ağrılı səslər çıxarmağa başlayır. Hər insan çıxdığı qəlbə ayrı bir ağrı qoyub gedirmiş. Bunu yazan şair nə qədər haqlıymış! Reşat Nuri Güntekin
- İşin mənəvi dəyəri ondan ibarətdir ki, o, digər insanlardan daha yüksək mənbədən gəlir. O mənbə cəmiyyətdir; millətdir. Əslində, əxlaq yalnız ictimai, milli, özəl fərdlərdən ayrı və yuxarıda ola bilər. Millətin ictimai asayişi və əmin-amanlığı, rifahı, xoşbəxtliyi, gələcəkdə təhlükəsizliyi və məsumluğu, sivilizasiyanın tərəqqisi naminə maraq, zəhmət və fədakarlıq tələb edəndə canından keçməyi tələb edən milli mənəviyyatdır. Kamil xalqda milli əxlaqın tələbləri, demək olar ki, o xalqın insanları tərəfindən mühakimə olunmadan, vicdanlı və emosional motivlə irəli sürülür. Bu, ən böyük milli hissdir, milli həyəcandır. Millət anaları, millət ataları, millət müəllimləri və millət ağsaqqalları; Onların evdə, məktəbdə, orduda, fabrikdə, hər yerdə və hər işdə millətin övladlarına, millətin hər bir üzvünə yorulmadan və davamlı olaraq verəcəkləri milli tərbiyənin məqsədi, bu yüksək milli hissi gücləndirir. Əxlaqın milli-ictimai olduğunu söyləmək və onun ümmət vicdanının ifadəsi olduğunu söyləmək həm də əxlaqın müqəddəs atributunu tanımaqdır. Əxlaq müqəddəsdir; çünki onun bərabər dəyəri yoxdur və heç bir başqa cür dəyərlə ölçülə bilməz. Əxlaq müqəddəsdir; çünki ən böyük əxlaqi vicdanı olan cinayətkar üçün prioritetdir. Həmin cinayəti törədən cəmiyyət tək və təkdir. Başqa cinayətkar yoxdur. İlahiyyatda hətta məcazi mənada düşünülmüş cəmiyyət də gizlidir. Çünki vicdanımıza təsir edən mənəvi həyat, cəmiyyət üzvləri arasında əməl və təriflərdən ibarətdir. Həqiqi, doğru bir cəmiyyət sıx bir intellektual və əxlaqi fəaliyyətdir. Mustafa Kamal Atatürk
Q
[redaktə]- Qoca ayrı, qocaman ayrı. Azərbaycan atalar sözləri/Q
M
[redaktə]- Müdriklik – ediləcək hərəkətin ayrı-ayrı nəticələrini qabaqcadan görmək, gələcəkdəki böyük faydaların xatirinə, hazırkı ötən mənfəətləri qurban vermək qabiliyyəti və idarə olunanı idarə etmək məharətidir. Rassel Akoff
Ö
[redaktə]- Özünə qarşı səhlənkarlıq və güzəşt, başqalarına qarşı amansızlıq və günahın ayrı-ayrı tərəfləridir. Jan de Labrüyer
T
[redaktə]- Tanrı öz daxilində bölünməz vəziyyətdə dursa da, onun töhfələri, yəni kamilliyi və gücü ayrı-ayrı varlıqlar arasında bölüşdürülür və bu varlıqların qavramaq dərəcəsindən asılı olaraq, onların tərəfindən qismən mənimsənilir. [3]Foma Akvinski
- Toz ayrı - duman ayrı. Azərbaycan atalar sözləri/T
Ü
[redaktə]- Ümumi tənəzzül zamanı şəhərin çiçəklənməsi bütövlükdə bir neçə adama yox, ayrı-ayrı vətəndaşalara daha çox xeyir verər.