Bağışlamaq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağ yalanlar bağışlanır. Yalnız doğru söz deyənləri bağışlamaq olmaz. Karl Kraus
B
[redaktə]- Bağışlamaq əxlaqın ən gözəlidir. Lakin bu bağışlamaqdan zülm doğmamalıdır. Abbasqulu ağa Bakıxanov
- Bağışlamaq heç də həmişə ədalət aktı deyildir. Jül Vern
- Bağışlamaq igidlərin fəzilətidir. İndira Qandi
- Bağışlamaq intiqam almaqdan daha güclüdür. Biant
- Bağışlamaq istəyi ya qorxudan, ya gücsüzlükdən, ya da fədakarlıqdan irəli gəlir. Fransua de Laroşfuko
- Bağışlamaq, özünüzə verə biləcəyiniz ən böyük hədiyyələrdən biridir. Hər kəsi bağışla. Maya Angelou
- Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır. Viktor Hüqo
- Bağışlamağı bacarmayan insanların ən pisidir. Qlenda Cekson
- Bəzən ala biləcəyin ən böyük intiqam bağışlamaqdır və bəzən də veriləcək ən yaxşı cavab gülüb keçməkdir. Viktor Hüqo
- Bir insan donuz kimi davranırsa, deyir: "Rəhm et, mən sadəcə kişiyəm!" Əgər onunla donuz kimi davransalar, o, qışqırır: "Bağışlayın, mən də kişiyəm!" Karl Kraus
- Birinci dəfə bağışlamaq müdriklik, ikinci dəfə bağışlamaq rəhmlilik, üçüncü dəfə bağışlamaq axmaqlıqdır. (Al Paçino)
D
[redaktə]- Digər insanlar arasında bir-birini bir-birinə sevgi və dəstək üçün seçən iki insanın yumor hissi, mehribanlığı, ağılı, bağışlamaq bacarığı, səbri və səmimiliyi olmalıdır, yadda saxlamalıdırlar ki, insan varlığının həyatı nə qədər kövrəkdir və möhkəm deyil və həyatlarının sonuna qədər bir-birinə hörmət etməlidirlər. Jozef Addison
E
[redaktə]- Endrü Karnegi motivasiyanın altı qaydası:
- Sahib olmaq istədiyiniz pulun dəqiq miqdarını təyin edin. "Çox pula sahib olmaq istəyirəm" demək kifayət deyil. Konkret və konkret olun.
- İstədiyiniz sərvət üçün nə ödəməyə hazır olduğunuzu vicdanla söyləyin.
- Bu pula sahib olacağınız müddəti planlaşdırın.
- İstəyinizi yerinə yetirmək üçün konkret bir hərəkət planı hazırlayın və bunu həyata keçirməyə hazır olsanız dərhal hərəkətə başlayın.
- Düşündüyünüz hər şeyi yazın: pulun miqdarını, nə vaxt əldə etmək istədiyinizi, əvəzində nə bağışlamaq istədiyinizi, hərəkət planını.
- Hər gün yatmazdan əvvəl və səhər oyandıqdan sonra, gözlərinizi yumaraq, qeydlərinizi yüksək səslə, açıq şəkildə, aramla danışın. Oxuduqca təsəvvür edin, hiss edin və inanın ki, pul artıq sizə məxsusdur. Endrü Karnegi
Ə
[redaktə]- Əgər xasiyyət bütünlükdə yaxşıdırsa, onda bəzi qüsurları bağışlamaq olar. Şarl Lui Monteskyö
- Əgər qəzəb nemətlərə malik olanlara yox, bölgünün özünə yönəlirsə, bu həsədi bağışlamaq olar. Rene Dekart
- Ən çox da üç şey yorar insanı... Bağışlamaq, içi yanarkən susmaq və olmayacağını bildiyi halda xəyal qurmaq. Çak Palanik
G
[redaktə]- Günahkarı bağışlamaq onda tövbə hissi oyadır.[1] Holli Horas
H
[redaktə]- Hər hansısa bir şənlikdə ağıllı şəkildə yemək lazımdı, ancaq tam doymaq olmaz. Yaxşı danışmaq xoş olar, ancaq dahi təsiri bağışlamaq mütləq deyil. Uilyam Somerset Moem
X
[redaktə]- Xəyanəti bağışlamaq olar, amma alçaldılmağı yox. Anna Axmatova
- Xoş görmək və bağışlamaq sevginin təməlidir. Viktor Hüqo
- Xristian olmaq, bağışlana bilməyənləri bağışlamaq deməkdir, çünki Allah bizi bağışlaya bilməyənləri bağışlayır... Klayv Steyplz Lyuis
İ
[redaktə]- İntiqam qisas, bağışlamaq sevgi və mərhəmət yaradır. Zhuge Liang
- İyirmi qəbahəti bağışlamaq olar, bir yalanı isə yox. Çünki yalanın daimi peyki hiyləgərlikdir. Con Lokk
K
[redaktə]- Kim Allahdan bağışlamaq dilərsə və yenə də günah iş görərsə, Allahına rişxənd edən kimidir. İmam Rza
Q
[redaktə]- Qadınlar, özlərinə edilən bir çox şeyi bağışlaya bilərlər; amma bağışladıqları şeyləri heç bir zaman unutmazlar. Viktor Hüqo
- Qaranlıqdan qorxan bir uşağı bağışlamaq asandır, həyatın gerçək faciəsi yetişkinlərin, böyüklərin işıqdan qorxmasıdır. Platon
P
[redaktə]- Pis işin qarşısını alıb günahı bağışlamaq, yaxşı iş görüb savab eləməyə bərabərdir. İndoneziya atalar sözləri
S
[redaktə]- Səhv etmək insanın, bağışlamaq tanrıların mülküdür. Aleksandr Pop
- Səhvi bağışlamaq mədəni şəkildə intiqam almaqdır.[2] Deyl Karnegi
U
[redaktə]- Unutmazsansa sənin, bağışlamazsansa onun canı ağrıyacaq. Unutma, bağışlamaq və unutmaq yalnız yaxşı insanların intiqamıdır. Seneka
Ü
[redaktə]- Üç şeydən yoruldum; Ağlamaq, bağışlamaq, xəyal qurmaq. Ceyhun Yılmaz
Y
[redaktə]- Yalnız kralların və xoşqeyrətlərin bağışlamaq hüququ var. Periqor Şarl Moris Taleyran
- Yanılmaq insanca, bağışlamaq müqəddəscə bir işdir. Aleksandr Pop
Z
[redaktə]- Zəif insanlar bağışlaya bilməzlər. Bağışlamaq güclülərə xas bir xüsusiyyətdir. Mahatma Qandi