Qürbət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Baş vurmuş olsan da min qürbət elə,
Öz doğma yurduna dönüncə yenə,
Onun tüstüsü də xoş gəlir sana! [1] Aleksandr Qriboyedov - Bir yoxsul qürbətdə şah olsa əgər. Hər axşam o vətən deyib ah çəkər. Əssar Təbrizi
Ç
[redaktə]- Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz. Azərbaycan atalar sözləri/Ç
E
[redaktə]- Evlənmək üçün qürbətə gedən ya aldadacaq ya aldanacaq. İtalyan atalar sözləri
Q
[redaktə]- Qürbət - adı bəd. Türk atalar sözləri
- Qürbət elə verilən qız qayalara atılan ox kimidir. Monqol atalar sözləri
- Qürbət qəbir kimidir. Rus atalar sözləri
- Qürbət vətən ola bilməz. Yohann Volfqanq Göte
- Qürbətdə xan olunca, Vətənində dilən, gəz. Azərbaycan atalar sözləri/Vətən və el
- Qürbətdə keçən ömür, nə dəmirdir, nə kömür. Türk atalar sözləri
- Qürbətdə ölənin papağı nişanə gedər. Azərbaycan atalar sözləri/Q
- Qürbətdə səadət olmaz. Udmurt atalar sözləri
- Qürbətin odu da vətənin tüstüsü qədər parlaq deyil. Alman atalar sözləri
V
[redaktə]- Vətən doğma anadır, qürbət ögey ana. Lak atalar sözləri
- Vətənin bir qışı, qürbətin yüz baharından yaxşıdır. Azərbaycan atalar sözləri/V
Z
[redaktə]- Zənginlik qürbətdə vətəndir, yoxsulluq vətəndə qürbət. Dostları itirmək qürbətə düşməkdir. Həzrəti Əli
İstinadlar
[redaktə]- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.59