Qismət

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

B[redaktə]

  • Balı əli uzun olan yeməz, qismət olan yeyər. Azərbaycan atalar sözləri/B
  • Bir qız on oğula dəyər - qismətinə yaxşı adaxlı çıxsa. Benqal atalar sözləri
  • Birinci – qoçaq, ikinci – cürətli, üçüncü– cəsurdur… Mininci – çox cəsarətli döyüşçüdür. Ancaq qələbə, şücaətini və qoçaqlığını birliyin, inamın gözə görünməyən əlaqəsi ilə birləşdirən cəsurlara qismət olur. Qay Yuli Sezar
  • Bülbüllər olsa da bağın zinəti,.
    Əncirlər olmuşdur qarğa qisməti. Leyli və Məcnun (Nizami)

Ç[redaktə]

  • Çoxları bədbin düşüncələri özündən uzaqlaşdırır, hətta bu barədə düşünmürlər. Həyatın qarşına çıxardığı şərtlər arasında doğru seçim etmək bacarığı hər kəsə qismət olmur. Burada ən başlıcası hadisələri təhlil etmək vərdişini inkişaf etdirmək, xoşbəxt olmağa və həyatdan zövq almağa mane olan səbəbinin köklərini tapmaqdır. Bu xüsusiyyətləri mənimsəyən insanlar üçün yaşamaq və doğru qərarlar qəbul etmək daha asandır. Lev Landau

D[redaktə]

E[redaktə]

G[redaktə]

H[redaktə]

X[redaktə]

İ[redaktə]

  • İnsan öz karyerasını özü qurmalıdır, əks halda onun qisməti - başqasının uğurunun künc-bucağında üzücü və fərəhsiz həyat sürmək olacaq. Teodor Drayzer
  • İnsanın qisməti insandır. Bertolt Brext
  • İnsanın qismətini allah verib. Benqal atalar sözləri
  • İnsanların qismət dedikləri, əsasən yalnız öz axmaq antlikləridir. Artur Şopenhauer
  • İntellektual məşğuliyyət haqqında belə bir həqiqət vardır: düşüncə barəsində verilən vacib qərarlar, bir dövrə damğasını vuran böyük kəşflər və ciddi problemlərin effektiv həlli yolları ancaq təkcə işləyən və tənha insanlara qismət olmuşdur. Ziqmund Freyd
  • İrəliyə baxaraq nöqtələri birləşdirə bilməzsiniz; bunu yalnız geriyə baxaraq edə bilərsiniz. Buna görə nöqtələrin gələcəkdə hansısa bir yolla birləşəcəyinə güvənməlisiniz. İstəsəniz qismət deyin, istəsəniz təsadüf, nəticədə bir şeyə güvənməlisiniz. Bu yanaşma məni heç bir zaman yarı yolda qoymadı. Həyatımın dəyişməsi bununla bağlı idi. Stiv Cobs
  • İstridyələr bədirlənmiş ay vaxtı çanaqlarını tamamilə açırlar. Krab istridyəni ovlamaq üçün onun çanağının içinə balaca daş və ya yosun atır və nəticədə istridyə çanağını bağlaya bilmir və krabın qurbanı olur. Ağzını çox açanların və dinləyicilərin toruna düşənlərin də da qisməti məhz bu cürdür.[1] Leonardo da Vinçi

K[redaktə]

  • Köpəyin qisməti sümük gəmirmək, sığının qisməti qar üstündə qaçmaqdır. Fin atalar sözləri

Q[redaktə]

N[redaktə]

  • Nəyisə arzulamaq və ona nail olmaq güclü xarakterin əlaməti hesab olunur. Ancaq heç nə istəməsə də, yenə də istəmədiyi şeyə nail olmaq, özünü qismətin təcəssümü hesab edən güclülərə xasdır. Fridrix Nitsşe
  • Nura qovuşa bilməyənlərin qisməti nardır. Əbu Turxan

Ö[redaktə]

  • Öz ölkəsinin məhv edildiyini, ailəsinin dağılmasını, yolunu azmış qadını və bədbəxtliyə düçar olmuş oğlunu görmək qismət olmayan insanlar xoşbəxtdirlər. Çanakya

P[redaktə]

R[redaktə]

S[redaktə]

  • Sağlamlıq və zənginlik diləməyin, ancaq uğurlar diləyin, çünki Titanikdə hamı varlı və sağlam idi, amma uğur tək-tük adama qismət oldu və onlar sağ qaldılar! Uinston Çörçill

T[redaktə]

Ü[redaktə]

Y[redaktə]

Z[redaktə]

  • Zirək olmayana – uğurlu qaçış, cəsur olmayana- zəfər, müdrik olmayana - çörək qismət olur, sərvət dərrakəlilərdə deyil, iltifat mahir olmayanlardadır, ancaq zaman və fürsətlər onlarındır. Süleyman

İstinadlar[redaktə]

  1. Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.35
  2. Rzayev X.Atalar sözü. Bakı: Təbib, 1992, s.32
  3. Tahir Salahov: “Rəssama alqışlar beş yüz il sonra qismət olur” - MÜSAHİBƏ