Məzmuna keç

Xərclər



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Beş ölümcül günah: “İlk günah, yüksək mənfəət əldə etmək üçün artıq qiymətləndirməyə sitayiş etməkdir. İkinci günah, yeni bir məhsula bazarın qaldıracağı qədər qiymət qoymaqdır. Üçüncü günah, xərc nəzarətli qiymətləndirmədir. Dördüncü günah, sabahın fürsətini dünənin mehrabında qurban etməkdir. Beşinci günah, problemləri bəsləyərkən fürsətləri acından öldürməkdir.” Piter Druker
  • Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Belə yanğı vaxtında hər millətini istəyənin borcudur ki, birəbeş artıq işləsin və bir də bizim oxuyanımız az olduğuna biz gərək nə ki, işi müftə və bitəmənna millət üçün eləyək, hətta lazım olsa xərcini də bəqədr məqdur özümüz gərək verək. Belədə iş irəli gedə bilər… Həsən bəy Zərdabi
  • Dostluqda bərabər qulluq və hisslər tələb etmək- deməli, dostluğu ən çürük və miskin hesaba tabe etməkdir: xərc gəlirə bərabər olmalıdır. Əsl dostluq zəngin və səxavətlidir. O, alınandan çox veriləni hesablamır. Mark Tulli Siseron
  • Dövlətli babasının da dəfninə xərc çəkə bilir, kasıb doğma atasına yox. Lak atalar sözləri
  • Dövlətli ölüyə ağladı, kasıb xərcin dərdini çəkdi. Gürcü atalar sözləri
  • Dünya çox xərclər çəkib ki, indi kimi olsun, nə olsun ki, o qədər də ideal deyil, amma onda yaşamaq olar. Buna baxmayaraq yenə də nəsə çatışmır - axı həmişə nəsə çatışmır. Paulo Koelyo
  • Əgər problemi pulla həll eləmək olursa, demək bu problem deyil, xərcdir. Yəhudi atalar sözləri
  • Əgər siz əmanət qəbul edib sonra on faiz ödəyirsinizsə, aydındır ki, siz xərcləri çıxmaqla balıq qarmağa ilişənə qədər doxsan faiz həcmində qanuni xalis mənfəət əldə edirsiniz. O.Henri
  • Əxlaqın çoxaldığı yerdə dövlətin xərcləri azalar[1] Corci Zeydan
  • Həkimlər nadir hallarda özləri özlərini müalicə edir, ruhani əsabələr xütbələrini həmişə yerinə yetirmir, qanunşünaslar isə öz təşəbbüsləri ilə qanunla dolaşığa düşməyi sevmirlər, bilirlər ki, bu kəskin alət etibarsızdır, istifadə vaxtı böyük xərclər tələb edir və çox vaxt layiq olanları yox, layiq olmayanları təmizləyir. Çarlz Dikkens
  • Xərcləri minimuma endirin. Bu sizə yuxarıda dediyim o dəli fikri həyata keçirmək üçün ehtiyat yaratmağa imkan verəcək. Culian Smit
  • Xəsis ilə comərdin xərci birdir. Azərbaycan atalar sözləri/X
  • Mövqelərini pul ilə satın alanlar, xərclərini geri almaq üçün yola düşərlər. Aristotel
  • Müəssisələrin iki əsas funksiyası vardır: Marketinq və innovasiya. Digər funksiyalar hamısı bu ikisi üçündür. Bu ikisi qazancdır - gətirir; Digərləri xərcdir, aparır. Piter Druker
  • Yoxsulluq çox bahalı bir lüksdür, xərcini qarşılaya bilmərik. Eleanora Ruzvelt

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.səh.152