Məzmuna keç

İradə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağılı xoş məramla uzlaşdırmaq — bütün nailiyyətlərin rəhnidir. Yüksək şüur və zəif iradə — əcaib bir şeydir. Kamilliyi olmayan ağıl — ikiqat ağılsızlıqdır. Baltazar Qrasian
  • Allah bizə məhdud ağıl və hüdudsuz iradə verib, lakin elə bir həddə verib ki, onun bizi hansı məqsədlə yaratdığını öyrənə bilməyək. Benedikt Spinoza
  • Allahın iradəsini pərgarla ölçmək istəyən riyaziyyatçı, həmçinin Zəbur kitabının köməyi ilə astronomiyanı və ya kimyanı dərk etməyin mümkün olduğunu düşünən ilahiyyatçı müəllim axmaqdır. Mixail Lomonosov
  • Bir xalqın dini seçimi həmişə onun hökmdarları tərəfindən müəyyən edilir. Həqiqi din həmişə hökmdarın bəyan etdiyi dindir; həqiqi tanrı hökmdarın ibadət etməyi əmr etdiyi tanrıdır; beləliklə, hökmdarlara rəhbərlik edən ruhanilərin iradəsi həmişə Allahın özünün iradəsi olur. Pol Anri Holbax
  • Böyük iradə yalnız bir şeyi arzulayıb, ona nail olmağı bacarmaqdan ibarət deyil, həm də lazım gəldikdə özünü bir şeydən çəkindirməyi, məcbur etməyi bacarmaqdan ibarətdir. Anton Makarenko
  • Cəsarət heç bir halın sarsıda bilməyəcəyi enerji mənbəyi, mükəmməl iradə qüvvəsidir. Samuel Smayls
  • Çox vaxt əzm və iradə zəif ağlın daha güclü ağla qalib gəlməsinə kömək edir. Andre Berte
  • Düşüncədə iradə var, xəyalda isə iradə yoxdur. Viktor Hüqo
  • Əgər bir millət azad olacaqsa: qürura, iradə gücünə, meydan oxumağa, nifrətə, nifrətə və yenə də nifrətə ehtiyac duyacaq. Adolf Hitler
  • Əgər məhəbbətdə seçim iradə və ağılla olsaydı onda sevgi hissi və ehtiras olmazdı. Vissarion Belinski
  • Güclü iradə insan üçün qiymətli keyfiyyətdir. Demokrit
  • İdeya və iradə müəyyən sosial bazaya yiyələnəndə siyasətə çevrilir. Tur Xander
  • İnam vicdanın iradə ilə razılaşmasıdır. Lev Tolstoy
  • İnsan öz xəyalı və çatmaq istədiyi aləm arasında olan böyük məsafəni yalnız öz iradə və biliyinin köməyi ilə keçə bilər. Cübran Xəlil Cübran
  • İnsanın iradə və dözümünü çətin işlərdə yoxlamaq məsləhətdir. Con Friman
  • İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
  • İradə məhv edilə bilməz. Jak Lakan
  • Iradəlilik - çox ecazkar şeydir. Onun vasitəsilə dağları yerindən oynatmaq mümkündür. Cek London
  • İşlərini əql, təmkin, təcrübə, ehtiyat, iradə və mətanətlə qurmayan adam axırda peşmançılıq çəkər. Kəlilə və Dimnə
  • Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür. Şeyx Ədabali
  • Mənəvi zövq əmək, zəhmət, iradə və fəaliyyət nəticəsində əldə edilir. Nəsirəddin Tusi
  • Mənim iradəmlə qaldırılan, tünd qırmızı qürub çölü ilə naməlumluğa sürətlə hərəkət edən atlara, insan sifətlərinə, canlı axına baxdıqca düşünürəm: mən bu axının harasındayam? Çingiz xan
  • Sirr saxlamaq iradə imtahanıdır. imtahandan keçməyən həyatda heç bir imtahandan keçə bilməz. Həzrəti Əli
  • Sovet xalqı ilə alman xalqı arasında münasibətlərin islahatı Almaniyanın sovet zonasının hakimiyyət orqanlarının apardığı xətt üzrə mümkün deyil. Həmin zonadakı almanlar onları bu qədər qeyri-insani şəkildə pozanlara nifrət və xor baxmağa başladılar. Və bu sistemi dəstəkləyənlərə qarşı da oxşar hisslər olmalıdır. Sərhədin bağlanması misli görünməmiş iflasın etirafıdır. Almaniyanın o hissəsində yaşamaq məcburiyyətində qalan insanların fəhlə və fermerlər cənnətini tərk etmələrinin qarşısını ancaq fiziki güc tətbiq etməklə almaq olar. Sovet və alman xalqları arasında münasibətləri yeni təməl üzərində qurmağın yalnız bir imkanı var: alman xalqına öz iradəsini azad və təsirsiz şəkildə ifadə etmək yolu ilə formalaşdırmaq hüququ geri qaytarılmalı, yer üzündə heç bir xalqa verilməməlidir. Konrad Adenauer
  • Yaratdıqlarını cəzalandıran və mükafatlandıran, ya da bizim yaşayacağımız bir iradə növünə sahib bir tanrı düşünə bilmirəm. Cismani ölümdən sonra adamın həyatını davam etdirdiyinə nə inanıram, nə də inanacağam... - Albert Eynşteyn
  • Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır. Əbu Turxan

İstinadlar

[redaktə]