Çılpaq

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

B[redaktə]

  • Bildiklərinə əməl etməyən alim başqasını geydirdiyi halda özü çılpaq olan iynə kimidir. Muhəmməd Qəzzali
  • Bu dünyaya çılpaq gəldim, çılpaq da gedirəm. Miqel de Servantes
  • Bugün insanlar özlərindən qorxurlar. Onlar bütün öhdəliklərdən ən yüksəkdə duranını unudublar, özünün öz qarşında olan öhdəlik hissi! Əlbəttə, onlar xeyriyyəçiliklə məşğul olurlar, acları doyururlar, dilənçiləri geydirirlər. Ancaq onların öz ruhları ac qalır, ac və çılpaq. Oskar Uayld

Ç[redaktə]

  • Çılpaq bədənlər bizi təəccübləndirmir artıq, çılpaq beyinlərdir varlığına dayana bilmədiyimiz. Corc Bernard Şou
  • Çılpaq insanın itirəcək heç nəyi yoxdur. Yapon atalar sözləri
  • Çılpaq qadın paltar geyinmiş qadından daha az təhlükəlidir. Çünki, paltar geyinmiş qadın hər şeyi məharətlə gizlədərək, eyni zamanda hər şeyi də nümayiş etdirir. Onore de Balzak

Ə[redaktə]

  • Ədəbi şöhrətin dalınca düşmək, bir sürü arının ortasında çılpaq qaçmağa bənzəyir. Pyer Büast
  • Ən böyük arzum odur ki, hava limanında satılacaq kitab yazım. Lakin bunun üçün nəşriyyat evinin kitabın üzərinə çılpaq qadın şəkli qoyması lazımdır. Stiven Hokinq

H[redaktə]

  • Hakan sabahkı oyunda forma geyə bilməyəcək… Çılpaq oynayacaq. Cem Yılmaz
  • Həqiqəti çılpaq görmək faydalıdır. Pifaqor
  • Həqiqəti çılpaq görmək faydalıdır. Yalan isə qoy libaslara bürünsün. Mişel de Monten

Q[redaktə]

  • Qadın üçün tam səmimi olmaq, çılpaq gəzməyə bərabərdir. Stendal

N[redaktə]

  • Nə üçün mən onu geyindirməliyəm? Geyindirməliyəm ki, o dövrünün gülünc kişi dəbində görünsün? Son yenilikləri özündə daşıyan bu heykəllərdən daha bayağı heç nə yoxdur. Avropanın istənilən böyük şəhərində əcaib dövrün dərzisinin modelləri kimi maskalanmış belə heykəlləri görmək olar. Digər tərəfdən çılpaq insan forması tarixdə hər hansı xüsusi ana sahib olmamışdır; o əbədidir və hər yaş kateqoriyasına aid insanda bu sevinclə qarşılanır. Oqust Rodin

O[redaktə]

  • Onu yalnız çılpaq gördüyüm üçün haqqında heç nə danışa bilmərəm. Stanislav Eji Lets

P[redaktə]

  • Poeziya simvolik həndəsənin bir növüdür, lakin əgər simvolların arxasında ehtiras durmursa, poeziya yoxdur, çılpaq söz oyunu var. Bir də onu düşünürəm ki, poeziya zəruridir. Hökumətlər, sərhədlər, bütün bunlar yox ola bilər, poeziyaya ehtiyac, poeziya yanğısı isə heç vaxt. Xorxe Luis Borxes

S[redaktə]

  • Sadəcə böyük kədər və ya böyük sevinc sənin həqiqətini ortaya çıxara bilər. Bunun üçün ya Günəşin altında çılpaq rəqs edəcəksən, ya da öz çarmıxını daşıyacaqsan. Cübran Xəlil Cübran

T[redaktə]

  • Təcrübələrim mənə göstərdi ki, hüquqa bağlı olmayan bir hökumət uzun müddət ayaqda qala bilməz. Belə hökumətlər çılpaq olub, özünü görən hər kəsə qarşı gözlərini yerə dikən və kimsənin yanında hörmət və etibarı olmayan birinə bənzərlər. Hətta belə bir hökumət, tavanı, qapısı, həyət divarları olmayan və hər önünə gələnin içəriyə girdiyi bir evə də bənzədilə bilər. Teymurləng

Ü[redaktə]

  • Ümid çılpaq həqiqətləri gizlədən bir pərdədir. Alfred Nobel