Məzmuna keç

Əllər



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Bu məqalə Əl məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

  • Əgər əllər işləyərsə, ağız da işləyər. Kalmık atalar sözləri
  • Əgər istəsən də, öz həyatını bəşəri həyatdan kənarda tuta bilməzsən. Sən onda, onun üçün yaşayırsan. Ayaqlar, əllər, gözlər bir-biri üçün yaradıldığı kimi, biz də bir-birimiz üçün yaradılmışıq. Mark Avreli
  • Əl üstə çox əllər var. Azərbaycan atalar sözləri/Ə
  • Əllər qadının vizit vərəqəsi, boyun şəxsiyyət vəsiqəsi, sinə isə xarici pasportudur. Koko Şanel
  • Əlləri ilə götürməyi bacarmayanlar, gözləri ilə yeyərlər. İndoneziya atalar sözləri
  • Haqqımda düşündükləriniz vecimə deyil. Jurnalistlər tez-tez sözlərimi təhrif edirlər, amma mən bunu sakit qarşılayıram artıq. Belə bir söz var, eşitmisiz? “Mürəkkəblə əlləri yumazlar”. Müsahibə verərkən, həmişə bu sözü xatırlayıram. Lars fon Trier
  • İnsanın qulağı sırğa taxmaqla deyil, kitab dinləməklə izzətlənir, əllər bilərzik taxmaqla deyil, kasıblara sədəqə verməklə bəzənir. Bhartihari
  • Mən qabarmış əlləri öpürəm, fəhlə əlini öpürəm, müftə yeyəni deyil.... Alının təri ilə əmək verərək, əli qabar olaraq özünü, ailəsini dürüst bir şəkildə dolandıran işçiyə aşıqəm. Abdulbari Gözəl
  • Nə qədər ki, insan işləyir, yaşına məhəl qoymur. Amma elə ki, pensiyaya çıxır, qocalıq ön plana çıxır: əllər boş-boşuna yellənir, çiyinlər ağırlaşır, bel əyilir, qozbelləşir. Rəşad Nuri Güntəkin
  • Sadağa verən əllər dərd görməz. Azərbaycan atalar sözləri/S
  • Sədəqə verən əllər dərd görməsin. Oğuznamə
  • Səninlə görüşə gələrkən əllərim cibimdə gələrdim. Bəlkə eşqimin əlləri üşüyüb, ovucumda isidərəm deyə. Attila İlhan
  • Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir."[1] İmam Həsən
  • Şeytan, işlərini etdirmək üçün işsiz əlləri seçər. İsak Vots
  • Təhlükəsizlik işçisinin isti ürəyi, soyuq düşüncəsi və təmiz əlləri olmalıdır. Feliks Dzerjinski

İstinadlar

[redaktə]
  1. Vəsailuş-Şiə, c. 16, səh.539, hədis 1
  2. Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.