Məzmuna keç

Baha



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən, gənclər illər sonra öz ağılsızlıqlarına əmin olur və bir qayda olaraq, əldə etdikləri bu təcrübə onlar üçün baha başa gəlir. Daniel Defo
  • Analıq əlbəttə ki, insanı sonsuz dərəcədə xoşbəxt edə bilir. Amma sevgidə, evlilikdə olan xoşbəxtlik insana elə baha başa gəlir ki, onu heç düşmənimə də arzulamaram. Jorj Sand
  • Asılı olan adamın qəzəbi baha oturmaz. Fin atalar sözləri
  • Baha aldığın şeyi ucuz satma. Əfqan atalar sözləri
  • Baha qoyunun dərisindən papaq qoymaqla ağıllı olmazsan. Ləzgi atalar sözləri
  • Baha satanın cəzası - almamaqdır. Fars atalar sözləri
  • Baha satmaq, adam aldatmaq, dava-dalaş salmaq, çirkin işlərlə məşğul olmaq, arsızlıq, rüsvayçılıq, həyasızlıq, şikayətbazlıq, camaatın vaxtını almaq, xalqı işdən qoymaq kimi yollar ilə ələ gətirilən mal nə qədər çox olsa da, ondan qaçmaq vacibdir, belə murdar çirkablara bulaşmış gəlir nə qədər az olsa da, onu daha əziz, daha təmiz, daha bərəkətli saymaq lazımdır. Nəsirəddin Tusi
  • Bahalı şeylər də ucuzlaşa bilər, ucuzlaşma. Yəhudi atalar sözləri
  • Bir busə üçün - dedim, - ləbim mehmandır,
    Bir busəm üçün - dedi, - baha bir candır.
    Ağlım gələrək vurdu mənim böyrümdən,
    Yəni, - dedi, - al, bu müftə mal hardandır? Məhsəti Gəncəvi
  • Dünyada axmaqlıq qədər ucuz olan və dövlətə baha başa gələn ikinci bir şey tapmaq çətindir. Solon
  • Heç vaxt ucuz şey almayın. Ucuz aldığınız şey sonda sizə çox baha başa gələcək. Tomas Cefferson
  • Hədiyyə qəbul edən insan azadlığını çox baha qiymətə satır. Macar atalar sözləri
  • Hər zaman balıqqulaqlarını, rəngarəng sahil daşlarını və ümumiyyətlə uşaqların yığmağı sevdiyi o rəngarəng daşları xoşlamışam. Ağappaq quş lələyi, rəngli yarpaqlar – hərdən mən belə düşünürəm ki, məhz bunlar əsl sevinc mənbəyidir, nəyinki bahalı daş-qaşlar, zümrüdlər və s. Aqata Kristi
  • Həyatda xəstəlik və axmaqlıq qədər baha başa gələn başqa bir şey yoxdur. Ziqmund Freyd
  • Şamlar tortdan bahalı olanda, qocaldığını anlarsan. Bob Hop
  • Şöhrət çox bahalı, lakin tez xarab olan maldır. Onore de Balzak
  • Tələbə səhv edərsə, bu bir o qədər qorxulu deyil. Əgər böyük zəka sahibləri səhv edərsə, bu, dünyaya çox baha başa gələr. Nikola Tesla
  • Ürək bulud, sözüm inci, könülsə bir dərya,

Dilim bu gövhərə carçı, zəmanə isə baha.
Mənəm həməsrlərimdən qabaq gedən ustad,
Mənimlə gəncəlilər fəxr edir, deyil bica. Əbül-üla Gəncəvi

  • Yoxsulluq çox bahalı bir lüksdür, xərcini qarşılaya bilmərik. Eleanora Ruzvelt

İstinadlar

[redaktə]