Gündüz
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D
[redaktə]- Dolu dolu yaşa həyatı, dilini kaş kilər qucaqlamasın. Və elə birini sev ki; gündüz günəşə, gecə ulduza ehtiyac duymasın. Can Yücəl
G
[redaktə]- Gecə dırnaq kəsən, gündüz nağıl deyən, həlbət gora gələrsən! Azərbaycan atalar sözləri/G
- Gecə gətirdiyini qoy gündüz gətirsin - hamı da görsün. Assuri atalar sözləri
- Gecə nə qədər qaranlıq olsa, gündüz bir o qədər işıqlı olar. Alman atalar sözləri
- Gecə oda getmə, gündüz - tüstüyə. Türkmən atalar sözləri
- Gecə yuxu görənlərə nisbətən gündüz yuxu gorənlər çox şeylərdən xilas ola bilmək üçün daha səriştəlidirlər. Edqar Allan Po
- Gecənin xeyrindən gündüzün şəri yaxşıdır. Azərbaycan atalar sözləri/G
- Gündüz danışsan, ətrafına bax, gecə heç danışma. Teluqu atalar sözləri
- Gündüz doğulan uşaq atasına, gecə doğulan uşaq anasına oxşar. Yapon atalar sözləri
- Gündüz getmədiyin yolu gecə getmə. Azərbaycan atalar sözləri/G
- Gündüz gəzər obanı, gecə sancar dabanı. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Gündüzün gözləri, gecənin qulaqları var. Yapon atalar sözləri
- Günəşin nə günahı ki, yapalaq gündüz görmür. Ləzgi atalar sözləri
H
[redaktə]- Həqiqətən göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. Qurani-Kərim
K
[redaktə]- Kora gecə də, gündüz də birdir. Azərbaycan atalar sözləri/K
M
[redaktə]- Madam ki dünya bir heç, gecə də iç, gündüz də iç. Cem Yılmaz
N
[redaktə]- Nalayiq sözlər eşitmək, şit zarafatlara qulaq asmaq, lağlağıların şahidi olmaqdan çəkindirməli, təlim-tərbiyə tapşırıqlarını yerinə yetirib tam yorulmayınca, ona yemək verilməməlidir. Elə etmək lazımdır ki, heç bir şeyi gizlətməsin, bir şeyi gizlətsə, qəbahətli işləri də gizlətməyə cəsarət edər. Çox yatağanlığı qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər. Gündüz yatmağa qoymamalı, yumşaq, rahat paltar geydirməməli, bərkə-boşa öyrətməli, yayda sərin sərdabə və nazik tüllərə, qışda isti otaq və qalın kürklərə öyrətməməli, çox yerimək, hərəkət etmək, at minmək, əziyyət çəkməyə adət etməli, əksləri qadağan olunmalıdır, oturub-durmaq qaydaları, susub-danışmaq üsulları öyrədilməlidir. Biz bu barədə aşağıda danışacağıq. Saçlarına xüsusi sığal verib, əyninə qadınlara məxsus bəzək-düzəkli paltar geydirməməli, ehtiyac olmadıqca barmağına üzük keçirməməlidir. Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-gecimləri ilə lovğalanmağa icazə verilməməlidir. Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alınmalıdır, istər yalandan, istərsə doğrudan and içməyə yol verilməməlidir, and içmək, ümumiyyətlə, hamı üçün pis adətdir. Böyük adamların, bəlkə də, yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı ola bilməz. Nəsirəddin Tusi
S
[redaktə]- Saqqalı sarı, gözü mavi - döl azğını; Gecə ayaz, gündüz bulud - il azğını. Türk atalar sözləri
- Sən gündüz gedən yolları mən gecə ilə gəlmişəm. Azərbaycan atalar sözləri/S
- Sufilərin gecələri gecə, gündüzləri də gündüz deyil. Əbdülqədir Geylani