Keçi
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Allah üç şər-xəta yaratdı: keşiş, şeytan və keçi. Rus atalar sözləri
B
[redaktə]- Bir qotur keçi sürünün adını batırar. Ləzgi atalar sözləri
- Buynuzsuz keçi elə bildi ki, çəpişdir. Abxaz atalar sözləri
H
[redaktə]- Hamı əti xoşlayır, ancaq allah birinə quzu göndərir, birinə də qoca keçi. Əfqan atalar sözləri
- Hamının ağlı bir olsa, keçiyə çoban tapılmaz. Azərbaycan atalar sözləri/H
- Hər şey saqqala görə olsaa, onda gərək keçi sərdar ola. Kürd atalar sözləri
- Hətta keçi də oturmaq istədiyi yeri ayağı ilə eşib düzəldir. Ləzgi atalar sözləri
K
[redaktə]- Keçi can hayında, qəssab piy hayında. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Keçi qaçmaqla ceyran olmaz. Türkmən atalar sözləri
- Keçini keçi ayağından, qoyunu qoyun ayağından asarlar. Udmurt atalar sözləri
- Keçini kələmə keşikçi qoymazlar. Fin atalar sözləri
- Keçinin tullandığı yerdən çəpiş də tullanar. Ləzgi atalar sözləri
- Keçiyə arxadan, ata qabaqdan, insana hər tərəfdən yanaş. Gürcü atalar sözləri
- Keşiş anbara dartar, keçi - zəmiyə. Udmurt atalar sözləri
Q
[redaktə]- Qurda tuş gəlməyən keçi Kəbəyə qədər gedib çıxdı. Çeçen-inquş atalar sözləri
O
[redaktə]- O keçidən qorx ki, aslan yuvasında yatır. Xausa atalar sözləri
S
[redaktə]- Saqqal feyz olsaydı, keçi şeyxlik elərdi. Azərbaycan atalar sözləri/S