Müşahidə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adi müşahidə üçün belə bir davamlılıq olsa da, təbiətin yeni növlər istehsal etmək gücünə sahib olduğu da görünür, baxmayaraq ki, bu nadir hallarda edilir. Bu cür yeniliklər bitki aləmində çoxdur, heyvanlar aləmində daha az rast gəlinir və bəlkə də bizim öz irqimizdə ən az rast gəlinir. Robert Çembers
- Ağlınızın düzgün işləməsini istəyirsinizsə, bədəninizi müşahidə edin. Rene Dekart
B[redaktə]
- Bir halda ki, zaman sonsuzdur, o zaman indiyə qədər bu sonsuzluq keçib gedib, yəni mümkün ola biləcək inkişaf həyata keçib. Deməli, müşahidə etdiyimiz inkişaf təkrarlanır. Fridrix Nitsşe
- Bir qrup ac insanın aclıqlarını hiss etmədikləri, hətta Allaha, yaxşı bir həyat davam etdirdikləri üçün şükr etdikləri müşahidə edilmişdir. Çünki mədələri aclıqdan qovrulan bu insanların şüurları hadisədən xəbərsizdir. Onlar fiziki aclıqlarını anlayırlar. lakin təbii olmayan bir yoxsulluğun qurbanı olduqlarını hiss etmirlər. Onlar bu yoxsulluğun təbiiliyinə inandırılmışlardır. Əli Şəriəti
- Bu dünyada məhəbbətimdən faydalanan az adam var. Həqiqətən hörmət etdiklərim isə ondan da azdır. Dünyanı müşahidə etdikcə, ondan daha az xoşum gəlir. Ceyn Ostin
D[redaktə]
- Düşüncələrdə özünüzü izləyin, sözlərinizi izləyin, hərəkətlərinizi bütün pisliklərdən qoruyun. Bu üç yolun saflığını müşahidə edərək Müdrikin göstərdiyi yola girəcəksiniz. Qautama Budda
Ə[redaktə]
- Əxlaqlar üzərində müşahidə aparmağa, kitab oxuyandan sonra başladım. Çarlz Darvin
- Əgər müşahidə edə bilmirsinizsə, tibb bacısı olmaqdan imtina edin. Florens Naytingel
- Əgər nikbin olmaq və həyatı başa düşmək istəyirsənsə, o zaman deyilənlərə və yazılanlara inanma, özün müşahidə et və özün dərk et. Anton Çexov
- Əsl qadın həm su, həm də od olmağı bacarmalıdır. Mahiyyət eyni qalsa da, daim dəyişən bu prosesi müşahidə etməkdən daha əyləncəli heç nə yoxdur. Alla Puqaçova
H[redaktə]
- Heyvanlar aləmində göyərçin kimi doğulan sonradan qartala çevrilmir, bu, insanlar içərisində müşahidə olunur. Anna Bartkulaşvili
İ[redaktə]
- İncəsənətdə əxlaqsızlıq mövcud ola bilməz. Hətta artıq iyrənc görünən istək tələb olunsa belə, incəsənət həmişə müqəddəsdir. Çünki o yalnız müşahidə səmimiliyini özündə birləşdirir, özünü aşağılamağa qadir deyildir. Əsl incəsənət əsəri həmişə alicənabdır. Hətta mal-qaranın həyəcanını verməyə çalışan rəssam belə hiss etdiyi ən insaflı təəssüratı verməyə çalışır. Oqust Rodin
- İnsan həyatını qırx və ya on mil metr müşahidə etməyinin nə faydası? Yeni nə isə görə biləcəksənizmi? Mark Avreli
- İnsanda şöhrətpərəst arzuların oyanışını, daha yüksək mənəvi səviyyəyə çatmaq istəyini müşahidə etməkdən daha sevindirici heç nə yoxdur. Bundan insan daha güclü, daha aydın və daha gözəl olur. Teodor Drayzer
- İnsanın davranışını müşahidə edin, əməllərinin səbəbini dərk edin,onun asudə vaxtında ona baxın. O halda, bu insan sizin üçün sirr olaraq qalacaqmı? Konfutsi
Q[redaktə]
- Qısqanclıq həmişə kiçik əşyaları böyüdən, cırtdanları nəhəng, şübhələri həqiqət edən müşahidə borusundan baxır. Miqel de Servantes
M[redaktə]
- Mən çoxdandır ki, hamının məni günahlandırmağa çalışdığını müşahidə edirəm. Görünür, onlar düşünürlər ki, günah hissi məni bəzəyir. Uinston Çörçill
- Müşahidə et, dinlə, sus, az günahlandır, çox soruş! Platon
- Müşahidə qabiliyyəti böyük vergidir. Con Lebbok
N[redaktə]
- «Nəyin axtarışındayıq?» Problem ondadır ki, biz çox səbrsizik. İrəli getmək, bir nəticə əldə etmək istəyirik, ona görə də özümüzü incələməyə, nə də dərk etməyə vaxtımız var. Buna alternativ olaraq, müxtəlif fəaliyyətlərə daxil oluruq - pul qazanmağa, uşaqlarımızı böyütməyə çalışırıq. Özümüzdən o qədər uzaqlaşmışıq ki, özümüz haqda düşünməyə, özümüzü müşahidə etməyə, öyrənməyə vaxtımız yoxdur. Jiddu Krishnamurti
T[redaktə]
- Təbiətin başqa sahələrində olduğu kimi, insanın da arzu və istəklərini müşahidə edən böyüdücü şüşə olsaydı, o zaman bir sıra insanların fiziki qüsurlara görə dar vətəndaşlıq sferasında və qanunların dar çərçivəsində boğulmağa məcbur olduğunu, nəhayət, onlarən cəmiyyətdə qorxunc tənhalıqla üzbəüz qaldığını görəndə adam istər-istəməz dəhşətə gəlməyə bilməzdi... Fridrix Şiller
- Təbiətin öyrənilməsi və müşahidə edilməsi elmi yaratdı. Elə bir adam tapılarmı ki, şanlı abidələrin şahidi olmuş keçmiş onda təəssürat yaratmasın? Mark Tulli Siseron
V[redaktə]
- - Vatson, elə ağaclar var ki, onlar müəyyən hündürlüyə çatana qədər normal boy atırlar. Sonra gözlənilmədən aşkar olunur ki, inkişaf mərhələsində normadan eybəcər kənara çıxmalar olub. Bu hal insanlarda da tez-tez müşahidə olunur. Artur Konan Doyl
- Və bir araşdırmaçı, nəyin yaxşı, nəyin pis olduğu barədə düşünməməlidir; sadəcə araşdırmalı, izləməli, müşahidə etməlidir. Oşo