Məzmuna keç

Müqayisə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağlımız hakim, duyğularımız isə şahidlərimizdir. Ağıl həmin şahidlər vasitəsi ilə alınan şeyləri müqayisə edir. Ağıl həssasdır, o, müşahidəni mühakimə etməlidir. Deni Didro
  • Artıq fəhlə üçün o qədər işlər görülüb ki, mənim gələcəyə ümidim və böyük ümidim var. Bir çox ölkələrdə iş saatları qısaldılmış və maddi cəhətdən qısaldılmışdır. Vaxt var idi ki, kişilər gündə on beş-on altı saat işləyirdilər. İndi, ümumiyyətlə, bir günlük iş on saatdan çox deyil və saatların daha da azaldılması tendensiyası var. Uzun müddətləri müqayisə edərək, əldə edilmiş irəliləyişi daha aydın dərk edirik. 1860-cı ildə fəhlələrin, fəhlələrin, mexaniklərin ildə qazandıqları orta məbləğ təxminən iki yüz səksən beş dollar idi. İndi təqribən beş yüz dollardır və bu gün bir dollar 1860-cı ildə olduğundan daha çox həyat üçün lazım olan əşyalar, daha çox yemək, geyim və yanacaq alacaq. Bu faktlar gələcəyə ümidlə doludur. Robert Qrin İngersoll
  • Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyərsizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıqlar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə! Oşo
  • Başqalarının həyatlarını öz həyatınızla müqayisə etməyin. Siz onların əzabları haqqında heç bir anlayışınız yoxdur. Paulo Koelyo
  • Bazar günü həftədə yalnız bir gün olur və bu barədə təəssüflənirəm. İnsan elə qurulub ki, o, iki bazar gününə də dözə bilər. Mən bunun necə asan olduğunu, bu imkanın əldən verilməsini tez-tez düşünürəm. Dünyanı altı gündə yox, üç gündə yaratmaq qüdrətli Yaradan üçün heç nə idi və buradan sizin üçün həftədə iki bazar günü alınardı. Amma mən kiməm ki, Yaradanın müdrikliyini tənqid edəm?.. Mark Tven
  • Dünyada bizə yaxşı tərcümənin verəcəyi sıxıntı ilə müqayisə ediləcək başqa şey ola bilməz. Mark Tven
  • Əllə görüşəndə bir əlin “Məni sevirsinizmi?” sualına digər əlin “Bəli, səni sevirəm” cavabından doğan sevinci heç nə ilə müqayisə etmək olmaz. Gi de Mopasson
  • Hansı ömrü uzun ömür hesab edək? Ümumiyyətlə, insan həyatında uzun nə ola bilər? Biz yalnız insanlara verilən və onların hesab etdikləri ilə müqayisə edərək bütün uzun və qısa şeyləri adlandırırıq. Aristotelin sözlərinə görə, Avropa tərəfdən Ponta axan Qipanis çayında birgünlüq kəpənəklər yaşayır: onlardan səkkiz saat yaşayanı qoca yaşında ölür, qüruba qədər yaşayanı isə ən qoca yaşda ölür və bu hadisə xüsusilə günəşin pik nöqtəsində daha nəzərə çarpır. İnsan uzunömürlülüyünü əbədiliklə müqayisə etsək görərik ki, biz birgünlük həşəratlar kimi məxluqlarıq. Mark Tulli Siseron
  • Heç olmasa ömründə bircə dəfə sönmüş ocaq ətrafında əyləşib öz həyatını onun külü ilə müqayisə edən adamlar bir-biri ilə qohumdur. Uilyam Qoldinq
  • Həqiqətlə müqayisə edildiyində, elmdə çatdığımız səviyyə primitivdir, uşaq oyuncağıdır. Amma sahib olduğumuz ən qiymətli şey odur. Albert Eynşteyn
  • Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir. [1] Qaston Levis
  • İnsan yalnız özünü yaxşı adamla müqayisə edəndə yaxşı insan ola bilər. Abay Kunanbayev
  • İnsanın əsl böyüklüyü öz miskinliyini anlamaqdan ibarətdir. Bu o deməkdir ki, müqayisə etmək və qiymətləndirmək bacarığı daxili alicənablığın sübutudur. Artur Konan Doyl
  • Müqayisə ölçüsü olmadan bir şeyin böyük və ya kiçik olmasını mühakimə etmək axmaqlıq və düşüncəsizlikdir. Edqar Allan Po
  • Öz həyatınızı başqalarının həyatı ilə müqayisə etməyin və öz həyatınızdan zövq alın. Mari Jan Antuan Kondorse
  • Öz vəziyyətindən razı qalmaq üçün onu daha pis vəziyyətlə müqayisə etmək lazımdır. Bencamin Franklin
  • Özünüzü müqayisə edəcəyiniz yeganə adam keçmişdəki sizsiniz. Sizin ondan da yaxşı olacağınız adam isə indiki zamanda sizin özünüzsünüz.. Ziqmund Freyd
  • Rəqabət və başqaları ilə müqayisə - yaradıcı şəxsiyyət olmağa mane olan 2 əsas şeydir. Luiza Hey
  • Ruhun dəyanəti heç nə ilə müqayisə edilməyən bir bəxşişdir. Kimdə bu varsa və bu dəyanət böyük inam və ümidlə birləşərsə, o bəxtiyardır. Aristotel
  • Sivilizasiyanın yayılmasını odla müqayisə etmək olar. Bu, əvvəlcə zəif bir qığılcım, sonra sayrışan bir od, daha sonra isə sürətli və güclü bir alov. Nikola Tesla
  • Sülh tacı səltənət tacı ilə müqayisə edilməyəcək dərəcədə gözəl və dəyərlidir. Epikür
  • Üç müdrik insanın bəyəndiyi sözü istənilən yerdə təkrarlamaq olar. Əks təqdirdə, bu sözlərə güvənmək olmaz. Öz sözünü müdriklərin sözü ilə müqayisə et. Əgər sənin sözün müdrik sözü ilə üst-üstə düşürsə, bu sözü demək olar, əks təqdirdə isə demək lazım deyil! Çingiz xan
  • Var olmaq hiss etmək deməkdir, çünki hisslər ağıldan müqayisə olunmaz dərəcədə yüksəkdir. Jan Jak Russo
  • Vətən xainini heç kəslə və hen nəylə müqayisə etmək mümkün deyil. Düşünürəm ki, hətta tif daşıyıcısı biti də bu cür müqayisə təhqir edə bilərdi. [2] Maksim Qorki
  • Vətəndaşları olmayan bir dövlət qısır inəklə müqayisə edilə bilər. Çanakya
  • Yalanlamaq və rədd etmək üçün oxuma. İnanmaq və hər şeyi qəbul etmək üçün də oxuma. Danışmaq və nitq atmaq üçün də oxuma. Dartmaq, müqayisə etmək və düşünmək üçün oxu. Frensis Bekon
  • Yalnız təvazökarlıq, sadəlik, təbiilik, başqası ilə müqayisə etməmək… Hər kəs bəznərsizdir; müqayisə etmək qeyri-mümkündür! Bir qızılgülü bir məxmər gülü ilə necə müqayisə edə bilərsən? Hansının üstdə, hansının aşağıda olduğunu necə söyləyə bilərsən? İkisinin də özünə xas gözəlliyi vardır və ikisi də çiçək açmış; günəşdə, küləkdə, yağışda rəqs etmiş; həyatını tam mənası ilə yaşamışdır. Oşo
  • Yeni ideya müqayisə edilməmiş iki fikrin müqayisəsi nəticəsində meydana çıxır. Klod Adrian Helvetsi

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.202.
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. sh.494.