Mərd
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Araba qoş, çarxa dur, Mərd igidə arxa dur. Azərbaycan atalar sözləri/A
B
[redaktə]- Bir mərd ilə ağı yesən şirindi,
Yüz namərdlə şəkər yesən, dad olmaz. Aşıq Ələsgər
D
[redaktə]- Dumanlar içində gizlənmiş gələcəyə doğru qorxu-hürküsüz, mərd ürəklə yürüyün. Henri Lonqfello
Ə
[redaktə]- Əl mərd olar, göz namərd. Azərbaycan atalar sözləri/Ə
H
[redaktə]- Haqq yıxılan mərd olar. Azərbaycan atalar sözləri/H
- Hünər və eyibdən söz gedən yerdə öz eybini faş etmək mərd adamların işidir. Saib Təbrizi
X
[redaktə]- Xeyirxah mərd və sarsılmaz olar. Konfutsi
İ
[redaktə]- İnsanları yüksəldən iki böyük xüsusiyyət vardır; kişinin mərd, qadının namuslu olması. Napoleon Bonapart
M
[redaktə]- Mərd adam, adətən, şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir. Ömər Xəyyam
- Mərd bir düşmən, dırmıqlayan bir dostdan daha yaxşıdır. Klemens Brentano
- Mərd çörəyini daşdan çıxardar. Azərbaycan atalar sözləri/M
- Mərd düşmən namərd dostdan yaxşıdır. Alman atalar sözləri
- Mərd əcdadlarımıza ehtiram əlaməti olaraq bizim mahnılarımız və rəqslərimiz, bir növ, vahid olmalıdır. Onlara istənilən kənar ləkələri daxil etmək olmaz, yoxsa bizim irsimiz itib-batar. Atilla
- Mərd əli kasad olmaz. Azərbaycan atalar sözləri/M
- Mərd gördüyün deməz. Azərbaycan atalar sözləri/M
- Mərd igidin qaydasıdır dünyanı var istəmək,
Bir bəşərin şad gününü mərdimazar istəməz. Aşıq Şəmşir
- Mərd igidlər süfrə açar, ad alar. Azərbaycan atalar sözləri/M
- Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar. Azərbaycan atalar sözləri/M
- Mərd mərdi qanar, bərkdə oduna yanar. Azərbaycan atalar sözləri/M
- Mərd o adamdır ki, öz eybini özgələrinin eybindən artıq görsün, öz hünərini kiçik şey sansın. Abbasqulu ağa Bakıxanov
- Mərd özündən bilər, namərd yoldaşından. Azərbaycan atalar sözləri/M
- Mərd özündən görər, namərd — yoldaşından. Türkmən atalar sözləri
- Mərddən bir xəta, namərddən min. Azərbaycan atalar sözləri/M
- Mərddən zərər olmaz, namərdə — inam. Kürd atalar sözləri
- Mərdi qova-qova namərd edərlər. Azərbaycan atalar sözləri/M
- Mərdi qova-qova namərd eləmə. Azərbaycan atalar sözləri/M
- Mərdin gözü tox olar, namərdin gözü ac. Azərbaycan atalar sözləri/M
N
[redaktə]- Namərd — aş üstündə dillənər, mərd — iş üstündə dillənər. Türkmən atalar sözləri
- Namərd gəlib mərd olmaz. Boyunca qızıl qala. Azərbaycan atalar sözləri/N
- Namərd gəlib mərd olmaz, yüz ətəklə, yüz yalvar. Azərbaycan atalar sözləri/N
- Namərdə yaxa vermə, mərdə arxa ol. Azərbaycan atalar sözləri/N
- Namərddən keç, mərddə dur. Azərbaycan atalar sözləri/N
- Namərdin otağından, mərdin ağac kölgəsi. Azərbaycan atalar sözləri/N
- Namərdin plovundan, mərdin qaşıq aşı. Azərbaycan atalar sözləri/N
P
[redaktə]- Pis iş mərdə ar olar, Namərd gözü dar olar. Azərbaycan atalar sözləri/P
S
[redaktə]- Sən ey məğrur qartal! Sən düşmənlərlə döyüşlərdə həlak oldunsa da, mərd və qorxmaz adamların mahnısında əbədi yaşayacaqsan. Sən insanları azadlığa və işığa çağıran — yıxılmaz heykəl olaraq qalacaqsan!.. Maksim Qorki
- Sərt olma, mərd ol. Türk atalar sözləri
Ş
[redaktə]- Şərəfsizin zərbəsi mərdi ağrıtmaz. Kürd atalar sözləri
U
[redaktə]- Unutmaz tarixin böyük günləri,
Dünyaya mərd gəlib, mərd gedənləri.[1] Səməd Vurğun
Ü
[redaktə]- Ürəyin qadını kişisi yoxdur.
Bir mərd olanı var, bir də namərd olanı! Nazim Hikmət
Y
[redaktə]- Yabılarda qotur yabı mərd olar, yorulanda yiyəsinə dərd olar. Azərbaycan atalar sözləri/Y
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005
- Həmid Qasımzadə. "Atalar sözü", Bakı, Yazıçı, 1985,
İstinadlar
[redaktə]- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.