Milçək
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aciz, köməksiz insanlar maraqlı xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu havayı bal kimidir. Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar. Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur. İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər. Teodor Drayzer
- Ağzı bağlı qaba milçək düşməz. Azərbaycan atalar sözləri/A
B
[redaktə]- Bal olsa, milçək Bağdaddan gələr. Gürcü atalar sözləri
- Bal olsun, milçək Bağdaddan da gələr. Azərbaycan atalar sözləri/B
D
[redaktə]- Dostların alnındakı milçəyi balta ilə qovma! Çin atalar sözləri
- Düşməninlə dost olana sən də bax bir düşmən kimi,
İlan üstə qonan milçək zəhərlidir ilan kimi. Nizami Gəncəvi
E
[redaktə]- Ehtiyac şeytanı məcbur edər ki, milçəyi də udsun. Alman atalar sözləri
H
[redaktə]- Heç öz başından milçəyi qova bilmir. Yapon atalar sözləri
- Hörümçək min hiylə qurur ki, şeh dənəciyini toruna salsın, ancaq tutduğu – milçək. Rabindranat Taqor
- Hörümçək və milçək güzəştə gedə bilməz. Yamayka atalar sözləri
İ
[redaktə]- İki dəvə döyüşəndə arada qara milçək ölər. Qırğız atalar sözləri
- İstər milçək olsun, istər fil, səni xoşlamayan adamla görüşmə. Afrika atalar sözləri
K
[redaktə]- Kədərlər tənhalıqda daha da böyüyür: bir milçək sanki bir canavar olur. Jan Jak Russo
Q
[redaktə]- Qanun hörümçək toru kimi bir şeydir: eşşək arısı ilişib qalar, milçək keçib gedər. Rus atalar sözləri
- Qaraquş milçək ovlamaz. Koreya atalar sözləri
- Qarışqanın qarnı yoxdur, milçəyin - evi. Amhar atalar sözləri
- Qartal milçək tutmur. Latın atalar sözləri
- Qartalın yaxın düşə bilmədiyi yerə milçək on yerdən yol tapar. Alman atalar sözləri
- Qartallar milçək tutmur. Alman atalar sözləri
M
[redaktə]- Mən baxıram ki, milçək necə otağımın pəncərəsinə özünü çırpır və onun eynilə mənim kimi olduğunu düşünürəm: onunla həqiqiət arasında şüşə var. Məhəbbət üç il yaşayır
- Milçək bir şey deyil, könül bulandırır. Azərbaycan atalar sözləri/M
- Milçək həm peyin, həm də Dalay Lamanın başında oturur. Norveç atalar sözləri
- Milçəklər doşab satanı saqqalından tanıyırlar. Ərəb atalar sözləri
S
[redaktə]- Susan ağıza milçək girməz. Amhar atalar sözləri
Y
[redaktə]- Yumulu ağıza milçək girməz. Udmurt atalar sözləri