Qərib
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bədənin hər şeyi çay kimi axıb gedir, ağlın hər şeyi xəyal və aldanışdır; həyat müharibədir və qərib ölkəyə səfərdir; yeganə qalıcı şöhrət unudulmaqdır. Mark Avreli
C
[redaktə]- Cahillər çoxalan zaman ariflər qərib olur. Əli
D
[redaktə]- Dostunu düşmənə çevirməmək üçün diqqətlə danış; bir kobud söz dostu qərib edər. Tacik atalar sözləri
- Dünyanın möhnəti beşdir: qərib yerdə xəstələnmək, qocalıqda yoxsulluq, gözlü ikən kor olmaq, ağıllı ikən dəli olmaq, cavan ölmək. Ərəb atalar sözləri
E
[redaktə]- Evli evində yatar, qərib harda axşamlar? Azərbaycan atalar sözləri/E
H
[redaktə]- Hər şeyini qurban verdiyin insana qərib kimi baxmaq asan deyil. Boris Vian
Q
[redaktə]- Qardaşlar ölüm-qalım savaşdıqda atalarının mülkünə qərib miras qalır. Afrika atalar sözləri
- Qərib adam kor kimidir. Kürd atalar sözləri
- Qərib bir ölkədə qərib olmuşam. Musa (peyğəmbər)
- Qərib dərdin tək ağlar. Azərbaycan atalar sözləri/Q
- Qərib dostu olmayandır. Kərkük atalar sözləri
- Qərib it hürəndə özünə hürər. Azərbaycan atalar sözləri/Q
- Qərib it hürəndə uzun hürər. Azərbaycan atalar sözləri/Q
- Qərib it quyruğu döşündə gəzər. Azərbaycan atalar sözləri/Q
- Qərib it quyruğunu qısıb gəzər. Tatar atalar sözləri
- Qərib it yeddi məhəllədən qovular. Azərbaycan atalar sözləri/Q
- Qərib iti yad məhəllədən qovarlar. Azərbaycan atalar sözləri/Q
- Qərib itin quyruğu paçasının arasında olar. Azərbaycan atalar sözləri/Q
- Qərib quşa yuvanı Allah yetirər. Azərbaycan atalar sözləri/Q
- Qərib quşun yuvası çox olar. Türk atalar sözləri
- Qərib quşun yuvası olmaz. Azərbaycan atalar sözləri/Q
- Qərib quşun yuvasını Tanrı öz əliylə tikər. Azərbaycan atalar sözləri/Q
- Qəribə bir salam min tüməndən yaxşıdır. Azərbaycan atalar sözləri/Q
- Qəribi baxışından tanıyarlar. Azərbaycan atalar sözləri/Q
- Qəribi bu yerdə ağlamaq tutar. Azərbaycan atalar sözləri/Q
- Qəribi vurmuşlar, "Vay, vətən" demiş. Azərbaycan atalar sözləri/Q
- Qəribin boynu bükük olar. Azərbaycan atalar sözləri/Q
- Qəribin boynu uzun olar, dili qısa. Azərbaycan atalar sözləri/Q
- Qəribin dostu olmaz. Azərbaycan atalar sözləri/Q
- Qəribin gözləri olsa da kordur. Ərəb atalar sözləri
- Qəribin kimsəsi yox, Allahı vardır. Azərbaycan atalar sözləri/Q
- Qəribin könlünü "xoş gəldin" ovlar. Türkmən atalar sözləri
- Qəribin sözü gerçək olar. Azərbaycan atalar sözləri/Q
- Qəribin yaxşılığını gizlədib, pisini yayarlar. Azərbaycan atalar sözləri/Q
- Qəriblik ağıl artırar. Azərbaycan atalar sözləri/Q
- Qəriblik cənnət olsa, yenə Vətən yaxşıdır. Azərbaycan atalar sözləri/Q
- Qəriblikdə ölənin börkü nişanə gedər. Azərbaycan atalar sözləri/Q
M
[redaktə]- Mənimlə də belə idi. Çoxdan arzuladığım xətti keçdim, mən azad idim; amma məni azadlıq diyarında qarşılayan yox idi, mən yad bir ölkədə qərib idim və mənim evim nəhayət köhnə kabinə məhəlləsində, qocalar və bacı-qardaşlarımla birlikdə idi. Amma mən bu təntənəli qərara gəldim; Mən azad idim, onlar da azad olmalıdırlar; Onlar üçün Şimalda bir ev düzəldərdim və Rəbb mənə kömək etsə, hamısını ora gətirərdim. Oh, mən o vaxt soyuq nəm torpaqda tək uzanaraq necə dua edirdim; “Ya Rəbbim” dedim. Mənim səndən başqa dostum yoxdur. Köməyimə gəlin, Rəbbim, çətinliyə düşdüm! Harriet Tabmen
N
[redaktə]- Nə yaman dərddir bənimki,
Söyləməyə dilim yoxdur.
Nə qəribəm qərib kibi,
Nə dərd bilən elim yoxdur! Əhməd Cavad - Nəcib insan təhqirdən, haqsızlıqdan, kədərdən, istehzadan ucadır; mərhəmətə qərib olsaydı toxunulmaz olardı. Jan de Labrüyer
V
[redaktə]- Vətən həsrəti yox, qərib yurd həsrəti var. Fyodor Tyutçev
- Vətəni yadına düşən qərib ağlamasın, neyləsin? Azərbaycan atalar sözləri/V