Toyuq
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ac toyuq leyin ilk qurbanı olur. Fin atalar sözləri
- Ac toyuq yuxusunda darı görər. Azərbaycan atalar sözləri/A
- Az toyuq az yumurta, çox toyuq çox yumurta. Çin atalar sözləri
B[redaktə]
- Bayırı kaşı-çini, içərisi toyuq hini. Azərbaycan atalar sözləri/B
- Bişmiş toyuq qaqqıldamaz. Koreya atalar sözləri
C[redaktə]
- Cücəli toyuq qırğıdan qorxar. Xausa atalar sözləri
Ç[redaktə]
- Çaqqal güləndə toyuq qaqqıldar. Azərbaycan atalar sözləri/Ç
- Çaqqal yuvasında toyuq qaqqıldayar. Azərbaycan atalar sözləri/Ç
- Çaqqalın yuxusuna toyuq gələr. Azərbaycan atalar sözləri/Ç
K[redaktə]
- Kor toyuq da dən tapır. Alman atalar sözləri
- Kor toyuğa hər şey darıdır. Özbək atalar sözləri
- Kor toyuq hər şeyi dən bilər. Qazax atalar sözləri
T[redaktə]
- Timsahın yumurtası üstündə oturan toyuq özünün ən qatı düşməninə həyat vermiş olur. Madaqaskar atalar sözləri
- Toyuq anasından süd görməyib. Azərbaycan atalar sözləri/T
- Toyuq bir içər, bir göyə baxar. Azərbaycan atalar sözləri/T
- Toyuq bir qıçlıdır ki, bir qıçlı. Azərbaycan atalar sözləri/T
- Toyuq da yeməyin dadına baxır - dodaqları sümükdən olsa da. Fin atalar sözləri
- Toyuq qaz yerişini yerisə, öz yerişini də itirər. Azərbaycan atalar sözləri/T
- Toyuq yumurtasına görə qaqqıldar. Azərbaycan atalar sözləri/T
- Toyuğun cəriməsi bir yumurtadır. Azərbaycan atalar sözləri/T
- Toyuğun gözü küllükdədir. Azərbaycan atalar sözləri/T
- Toyuğun uçuşu zibilliyə qədər olar. Azərbaycan atalar sözləri/T