Məzmuna keç

İgidlik



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağalıq verimlədir, igidlik vurumla. Azərbaycan atalar sözləri/A
  • Ağıl-kamal bəsləməz, igidliyə ədavət,
    Hünər də, igidlik də ədalətdir, ədalət. Nizami Gəncəvi
  • Ağıllıların əlaməti bədbəxtliyi qabaqcadan görmək, igidlik isə bədbəxtliyə qalib gəlməkdir. Pittak
  • Birisinin tikəsini əlindən alıb başqasına vermək heç də igidlik deyil. Aristofan
  • Çox pul qazanmaq - igidlik; onu saxlamaq - müdriklik; məharətlə xərcləmək isə - incəsənətdir. Bertold Averbax
  • Əgər heç kim səni satın almaq istəmirsə, təmiz adam olmaq hələ igidlik deyil. Mark Tulli Siseron
  • Ən böyük igidlik odur ki, məğlub olanda da ruhdan düşməyib yenə də qələbə ümidi ilə yaşayasan. [1] Robert Qrin İngersoll
  • Əsl igidlik fəlakət anında özünü büruzə verir. Volter
  • İgidlik biləklə deyil, ürəklədir. Azərbaycan atalar sözləri/İ
  • İgidlik cəsarət və iradədən doğur. Mişel de Monten
  • İgidlik cövhəri olarsa, əsa da qılınc kimi iş görər. Saib Təbrizi
  • İgidlik dövləti yaradır, fəzilət onu qoruyur; cinayətlər dövləti namussuzluğa, laqeyidlik və qeydsizlik isə onu despotizmə aparır. Onore Mirabo
  • İgidlik döyüşdə məlum olar. Azərbaycan atalar sözləri/İ
  • İgidliyin ən yaxşı cəhəti ağıllı olmaqdır. Uilyam Şekspir
  • İgidlik intiqam qazanmaqda deyil dözüm göstərməkdədir. Uilyam Şekspir
  • İgidlik qorxu ilə cəsarət arasında tərəddüd edən bir keyfiyyətdir. Aristotel
  • İgidlik müqavimət üçün, cəsarət şərə hücum etmək üçün lazım olan gücdür. Pyer Büast
  • İgidlik on, doqquzu hiylədir. Oğuznamə
  • İgidlik ondur: biri qüvvət, doqquzu fənd. Kürd atalar sözləri
  • İgidlik ondur: biri zordur, doqquzu fənd. Azərbaycan atalar sözləri/İ
  • İgidlik təkcə o deyil ki, düşmənlərə qalib gələsən, öz ehtiraslarına hakim olmaq da adamdan igidlik tələb edir, yoxsa bəziləri şəhərlər üzərində hakimlik etsələr də, özləri qadınların kölələridir. [2] Demokrit
  • İgidliyin tacı təvazökarlıqdır. Ərəb atalar sözləri
  • Ruhsuz cahil heyvandır. Ən kiçik bir igidlik onu cinayətə təhrik edir. Denis Fonvizin

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.62
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.61