Məzmuna keç

Əkin



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağılın vuruşduğu döyüş meydanı insanların öldüyü döyüş meydanından daha qorxuncdur. Çünki, onu becərmək əkin yerini becərməkdən çətindir. Onore de Balzak
  • Ağlayırsan ağla, amma əkin ək. Tamil atalar sözləri
  • Bazardan qalsan - hər gün qalarsan, əkindən qalsan - bir il. Özbək atalar sözləri
  • Belin islatmamış əkin yerini islatmaq olmaz. Xınalıq atalar sözləri
  • Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Həzrəti Əli
  • Daim sizin vətənpərvərlik borcunuzdan danışırlar. Onların deyil, sizin vətənpərvərlik borcunuz onları narahat edir. Qərarlı bir fərq var. Onların vətənpərvərlik borcu onları heç vaxt atəş xəttinə aparmır və ya səngərlərə atmır. İndi başqa şeylərlə yanaşı, onlar sizi müharibə bağlarını “becərməyə” çağırırlar, eyni zamanda, hökumətin yenicə dərc edilmiş müharibə hesabatı göstərir ki, əkin üçün yararlı, əkin sahələrinin demək olar ki, 52 faizi mülkədarlar, möhtəkirlər və mənfəətpərəstlər tərəfindən istifadə olunmur. Özləri də torpağı becərmirlər. Nə də başqalarının onu becərməsinə icazə vermirlər. Özlərini varlanmaq, qazanılmamış milyonlarla dollarları ciblərinə atmaq üçün bu torpaqları boş saxlayırlar. Yucin Viktor Debs
  • Doğrudan da var-dövlət və övlad dünya əkinidir, dünya qazancıdır. Yaxşı əməllər isə axirət əkini, axirət qazancıdır. Allah bəzi insanlara hər ikisini verir. Əli
  • Kəndçi əkinə gedər, brahman oturub gözləyər. (Brahmanlar - ibadətxanada oturub dua oxuyurlar). Benqal atalar sözləri
  • Mən əkin-biçin edəndə, sən yumurta qabığından təzə çıxırdın. Talış atalar sözləri
  • Mən sizin qarşınızda dayanıram və inanıram ki, prezidentliyin böyük perspektivləri var. Dinc, xoşbəxt bir dövrdə yaşayırıq, amma bunu daha da yaxşılaşdıra bilərik. Yeni bir külək əsəndə və azadlığın təzələndiyi dünya yenidən doğularkən sanki diktatorların günləri insanların qəlbində bitəcək. Totalitar dövr keçir, köhnə fikirlər köhnə cansız ağacların yarpaqları kimi uçur. Yeni bir külək əsir və azadlıq ilə təzələnən millət hərəkətə hazırdır. Əkin üçün yeni torpaq və yeni hərəkətlər var. Corc Herbert Uoker Buş
  • Suyun çoxluğu əkinə zərər verdiyi kimi, yeməyin də çoxluğu bədənə zərər verir. Əbül Fərəc
  • Yeməyə gecik, əkinə gecikmə. Udmurt atalar sözləri
  • Yoldan uzaqda geniş əkin sahəsi açılırdı. Məni ondan tikanlı iki məftildən ibarət çəpər ayırırdı, gördüm ki, bu çəpər məndən bir mil ətrafda külək üçün yeganə maneə olan üç-dörd ağac aralıdadır. Çəpərin uzunluğu boyu, xüsusilə, altdakı məftilə hər cür uçuşan zir-zibil ilişib qalmışdı. Onlar dalğaların dəniz kənarına atdığı qırıntılara oxşayırdı; görünür, külək bütün bunları yoluna bu ağaclar və iki məftil çıxana kimi uzun müddət qovmuşdu. Yuxarıda, ağacların budaqlarında da plastik lentlər və qovluq parçaları külək istiqamətində şappıldayırdı. Birinci və axırıncı dəfə onda, orda dayanıb bütün bu ətrafdakı zibilə baxıb, boş zəmilərin üstündən keçən küləyi hiss edib, bir az xəyala daldım. Çünki hər halda bura Norfolkdur və Tommini itirdiyim vaxtdan iki həftə keçirdi. Zibil, budaqlarda şappıldayan qovluqlar, tikanlı məftildə ilişib qalmış, ağla gələn “sahil xətti” haqda düşündüm və gözlərimi yumub buranın uşaqlıqdan bəri itirdiyim hər şeyin atıldığı yer kimi təsəvvürümə gətirdim və indi məhz lazım olan yerdə durmuşam, səbrlə gözləsəm, onda əkin sahəsinin üfüqündə balaca bir fiqur əmələ gələcək, Tommi olana kimi tədricən böyüməyə başlayacaq, onda o mənə əl eləyəcək, bəlkə nəsə qışqıracaq da. Təxəyyülüm bundan o yana getmədi. Çünki ona icazə vermədim, baxmayaraq ki, yanağımdan yaşlar axırdı, hönkürmürdüm, özümü idarə edə bilirdim. Sadəcə bir az daha dayandım, sonra maşına tərəf döndüm, sükan arxasına keçdim ki, olmalı olduğum yerə gedim. İşiquro Kazuo

İstinadlar

[redaktə]
  1. Atalar sözü. Tərtib еdəni: Məmmədvəli Qəmərli. Bakı - “Səda” - 2003
  2. Güney Azərbaycan folkloru. I kitab (Təbriz, Yekanat və Həmədan ərazilərindən toplanmış folklor örnəkləri). Toplayan: Məmmədəli Fərzanə. Bakı – “Elm və təhsil” - 2013