Biçin
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Arpa əkən buğda biçməz. Azərbaycan atalar sözləri/A
- Arpa səpdi, buğda biçdi. Dargin atalar sözləri
B
[redaktə]- Biçin zamanı darının nə qədər yaxşı olduğunu bilirsiniz. Keniya atalar sözləri
- Biçinə bir saat gecikən, bir ilə çata bilməz. Lak atalar sözləri
- Bir əl əkər, iki əl biçər. Azərbaycan atalar sözləri/B
- Bir gün tez əkən, bir həftə tez biçər. Udmurt atalar sözləri
D
[redaktə]- Dil ilə biçin biçsən, belin ağrımaz. Türkmən atalar sözləri
- Düzgünlük əkin özünüz üçün, sevgi meyvələri biçin... Çünki Rəbbə yönəlmə zamanıdır... Tövrat
Ə
[redaktə]- Əkdiyin noxud, biçdiyin noxud, bazara çıxıb ləbləbi. Azərbaycan atalar sözləri/Ə
- Əkən biçər. Filippin atalar sözləri
- Əkən biçər, əkməyən nə biçər?! Azərbaycan atalar sözləri/Ə
- Əkən biçər, qonan köçər. Azərbaycan atalar sözləri/Ə
- Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Azərbaycan atalar sözləri/Ə
- Əkin mövsümündə qonaqlar tək-tək gəlirlər, biçin vaxtı isə izdihamlı gəlirlər. Avstraliya atalar sözləri
- Əkin vaxtı əkməyən, biçin vaxtı ağlayar. Türkmən atalar sözləri
- Əkin zamanı öyrənin, biçin zamanı öyrədin, qışda sevinin. Uilyam Bleyk
G
[redaktə]- Gənclikdə nə əkərsə, qocalanda da onu biçər. Qriqori Skovoroda
H
[redaktə]- Hər kəs əkdiyini biçər. Özbək atalar sözləri
K
[redaktə]- Kim əkər, kim biçər, kim qazanar, kim yeyər. Azərbaycan atalar sözləri/K
- Külək əkən, tufanlar biçər. Argentina atalar sözləri
- Külək səpən fırtına biçər. Bosniya atalar sözləri
Q
[redaktə]- Quşlar nə əkir, nə biçir - tox da dolanır. Rus atalar sözləri
M
[redaktə]- Mən əkin-biçin edəndə, sən yumurta qabığından təzə çıxırdın. Talış atalar sözləri
Ö
[redaktə]- Özü ölçür, özü biçir. Azərbaycan atalar sözləri/Ö
P
[redaktə]- Paltonunuzu parçanıza uyğun olaraq biçin. Sardiniya atalar sözləri
Ş
[redaktə]- Şeytanla şərikli buğda əkən saman biçər. Azərbaycan atalar sözləri/Ş
T
[redaktə]- Tarix millətlərin tarlalarıdır. Hər millət keçmişdə bu tarlaya nə əkmişsə, gələcəkdə onu biçər. Volter
Y
[redaktə]- Yazda əkməyən payızda biçməz. Avar atalar sözləri