Buz
Görünüş
Buz — bərk aqreqat halında olan su, mineral. Bəzən buz dedikdə bərk aqreqat halında olan maddələr də nəzərdə tutulur. Məsələn, quru buz, ammiak buzu və ya metan buzu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qusurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla deyildiyi yaşı ötmüş və məsələn ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş biri, özündən daha gənc və daha saf, daha axmaq biri eyni qüsurları sərgiləyəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə, məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir. Marsel Prust
- Alabalıq, göl hələ buz altında olanda kürü tökür. Fin atalar sözləri
- Ateizm nazik buz qatıdır: onun üstündən bir nəfər keçə bilər, amma xalq guppultu ilə uçuruma düşəcəkdir. Frensis Bekon
B
[redaktə]- Bahar buzu yastıq qalınlığında da olsa, inanma. Tatar atalar sözləri
- Barbara su üzərində keçsə, Milad bayramı da buz üstə keçər. (Barbara - Polşada müqəddəs Barbaranını şərəfinə hər il 4 dekabrda qeyd olunan milli bayram) Polşa atalar sözləri
- Buz layı nazilən yerdən sınar. Ləzgi atalar sözləri
- Buz nazik yerdən sınar. Xınalıq atalar sözləri
Ç
[redaktə]- Çox vaxt atəşli başların altında buzlu ürəklərə, nadir hallarda isə atəşli ürəklərin altında soyuq başlara rast gəlinir. Pyer Büast
Ə
[redaktə]- Əriməyən buz olmadığı kimi ömürlük xoşbəxtlik də yoxdur. Viktor Hüqo
G
[redaktə]- Günəş buzu əritdiyi kimi, gözəl əxlaq da günahları əridər. Cəfər Sadiq
H
[redaktə]- Hətta nifrət hissim də yox idi. Elə bil ürəyim bir buz tikəsi kimi nəzm və az sürətlə çırpmırdı. Fikirləşirdim, görəsən, bu dünyada bir dəfə də nəsə məni sevindirəcəkmi? Mənim payım
X
[redaktə]- Xəsisdən qışda buz almaq olmaz. Azərbaycan atalar sözləri/X
K
[redaktə]- Keşişdən qışda buz ala bilməzsən. Rus atalar sözləri
Q
[redaktə]- Qısqanclığın ölüm ağuşuna bənzəyən buz kimi ağuşları var. Teodor Drayzer
L
[redaktə]- Lesbiyanlıq, homoseksualizm, mazoxizm, sadizm – bunlar pozğunluq deyil. Pozğunluq buzun üstündə balet, otun üstündə xokkey oynamaqdır. Faina Ranevskaya
M
[redaktə]- Məgrur insan özünə buzdan elə bir sipər qurur ki, bu sipəri dəf etmək mümkün olmur. Lev Tolstoy
N
[redaktə]- Növbə kasıba çatanda hamam buz bağlayar. Ləzgi atalar sözləri
O
[redaktə]- O vaxtlarda, utancaq balıqlar üçün buzlu şüşədən akvariumu daha icad etməmişdim. Alfons Alle
S
[redaktə]- Süstlük və tənbəllik- ruhun və bədənin buz bağlamasıdır. Vissarion Belinski
U
[redaktə]- Uca dağlarda buz içində könüllü yaşamaqdır fəlsəfə.. Fridrix Nitsşe