Məzmuna keç

Cəsarətli



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Birinci – qoçaq, ikinci – cürətli, üçüncü– cəsurdur… Mininci – çox cəsarətli döyüşçüdür. Ancaq qələbə, şücaətini və qoçaqlığını birliyin, inamın gözə görünməyən əlaqəsi ilə birləşdirən cəsurlara qismət olur. Qay Yuli Sezar
  • Cəsarətli, ağıllı və şən olun. Elbert Habbard
  • Cəsarətli davranmaq, nə qədər irəli gedə biləcəyinizi bilməkdir. Jan Kokto
  • Cəsarətli dəlilik həyatın hikmətidir! Maksim Qorki
  • Cəsarətli insan bir şeyi həll edəndə qorxu hiss etməli, bütün təsadüfləri ölçüb biçməli, amma onları icra edərkən cəsur olmalıdır. Herodot
  • Cəsarətli insan qədər qorxunu dəf edə biləcək insan ola bilməz. Aristotel
  • Cəsarətli insan öz mərdliyinə qranit qayaya arxalanan kimi arxalanır. Nikolay Şelqunov
  • Cəsarətli, qorxmadan ölümə gedəndir. Aristotel
  • Cəsarətli olmaq, deməli öz xasiyyətini cilovlamaq. Ehtiraslara ondan imtina edənlər yox, gəmini və ya atı lazımi və faydalı yerə yönəldib idarə edənlər kimi istifadə edənlər hakimlik edir. Aristotel
  • Cəsarətli olmayan insan, iti kənarı olmayan bıçağa bənzər. Bencamin Franklin
  • Cəsarətli ürəkdə bütün çətinliklər qırılır. Miqel de Servantes
  • Elmdə cəsarətli fikirlər öndə gedən döyüşçülər kimidir - onlar həlak olsalar da qələbəni təmin edirlər. Yohann Volfqanq Göte
  • Əbədiyyət qazanmaq istəyirsənsə, cəsarətli ol. Vergili
  • Əgər bir adam həqiqətən yaşamaq istəyirsə, işləməsi və cəsarətli olması lazımdır. Vinsent van Qoq
  • Ən cəsarətli adam belə, gücündən artıq mübarizə edə bilməz. Homer
  • Ən cəsarətli fantaziya adi həyatda rast gəlinən qeyri-adi və əcaib halları təsəvvür etmək iqtidarında deyil. Artur Konan Doyl
  • Əsl bilik sayəsində hər işdə daha cəsarətli və daha mükəmməl olacaqsınız. Albrext Dürer
  • Fəaliyyətləri pislənsə də, tarix cəsarətli dəlisovları sevir. Jül Vern
  • Fiziki gücün ən yaxşı sübutu uca, cəsarətli ideallara meylli olmaqdır. Gilbert Çesterton
  • Gəlin bir -birimizi ruhlandıraq - bir ürəklə, bir ruhla, bir güvənlə. Cəsarətli olan güclüdür. Sonra "Güclü və güclü ol" - bu bizim Yeni il təbrikimiz, Yeni il arzumuzdur. İlya Çavçavadze
  • Goründüyü və ya olduğu kimi olmaqdan qorxan adam cəsarətli deyildir. Edqar Allan Po
  • Xəzinədar xəzinənin gəlirlərinin artırılmasında maraqlı, qiymətli daşların qiymətləndirilməsində təcrübəli, xarakter cəhətdən cəsarətli, dürüst və çalışqan olmalıdır. Çanakya
  • Məhəmməd böyük bir adam, cəsarətli bir əsgər idi; Bender [sic] döyüşündə qazandığı bir neçə kişi ilə; böyük bir kapitan, qürur verici, dövlətin böyük bir insanı, öz vətənini dirçəltdi və Ərəbistanın ortasında yeni bir insan və yeni bir güc yaratdı. Napoleon Bonapart
  • Uğur çox zaman cəsarətli insanlara xas bir şeydir, nadir hallarda çəkinən və nəticələrdən qorxanlar uğur qazana bilər. Cəvahirləl Nehru
  • Yeni əlifba о qədər mükəmməldir ki, indiyə qədər öyrənilməsi illər tələb ədən müsəlman yazısını bu əlifbanın köməyi ilə bir ayda öyrənmək olar. Deməli, mən cəsarətli bir addım atmışam. Lakin bilmirəm, müsəlman ölkələrində mənim əlifbamı istifadə üçün qəbul edəcəklərmi? Onlar istəyirlərmi ki, nəticədə indiyə qədər mövcud olan milyonlarla kitabın lüzumsuzluğuna səbəb olan müsəlman əlifbasında belə bir çevrilişə yol versinlər?
    • 1857-ci ildə Qafqaz canişini dəftərxanasının direktoruna yazdığı məruzəsində hazırladıgı yeni əlifbası haqqında[1] Mirzə Fətəli Axundov
  • Varlanmaq istəyirsən - qənaətcil ol; şöhrətlənmək istəyirsən - səxavətli ol; cəsarətli olmaq istəyirsən - düşməndən qorxma. İndoneziya atalar sözləri
  • Vergilin “Audaces fortina juvat ...” (“Fortuna cəsarətlilərə kömək edir ...”) yarımçıq şeirindən üç sözü tez-tez sitat gətirirlər, amma sitat səhvdir. Şair deyir: “Audentes fortuna juvat ...”(“Fortuna özünə əmin olan cəsarətlilərə kömək edir ...”). Tale, sadəcə olaraq cəsarətli olmaqdan başqa, həm də özünə əmin olanın üzünə gülür. Yalnız cəsarətli olan düşünmədən hərəkət edər, özünə əmin olan isə əvvəlcə düşünür, sonra hərəkət edir. Əsas fərq məhz bundadır. Jül Vern
  • Zəruri olduqda cəsarətli ola bilməyən hökmdar özü öz məhvinin səbəbkarı olur. Nikkolo Makiavelli

İstinadlar

[redaktə]
  1. Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 37-38