Məzmuna keç

Doğma



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. Napoleon Bonapart
  • Birinci nəvə, adama doğma uşaqlarından əziz olar. Yapon atalar sözləri
  • İnsanın tam xoşbəxt olması üçün doğma vətəni olmalıdır. Simonid Keosski
  • Mən rəssamam. Fikrimi, düşüncəmi yazmaqdan daha çox fırça işlətməyi sevirəm. Bütün yaradıcılığımı səni — doğma diyarı tərənnüm etməyə həsr etmişəm. Bunu böyük iftixar hissi ilə deyirəm. Bundan sonra yüz ömrüm olsa da yenə də səni vəsf etməyə həsr edərəm. Səttar Bəhlulzadə
  • Uşaq ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir. O, eyni zamanda, ana dilinin doğma döşündən mənəvi həyat və qüvvət içir. Konstantin Uşinski
  • Vətəndən kənarda xoşbəxtlik yoxdur, hər kəs doğma torpaqda kök salmalıdır. İvan Turgenev

Mənbə

[redaktə]
  • Dünya xalqlarının atalar sözləri. Bakı, 2015