Rahat
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. Napoleon Bonapart
- Borcunu azaltsan - azad yaşayarsan, əgər günahlarını azaldarsansa - rahat ölərsən. Ömər ibn əl-Xəttab
C
[redaktə]- Cavanlıqda işləsəniz, qocalıqda rahat yaşayarsınız. İsaak Nyuton
D
[redaktə]- Dünyanın var-yoxu elm adamlarının gözündə əhəmiyyətsiz və dəyərsizdir. Elm adamları dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, insan bir arzuya çatdımı, başqa arzu eşqinə düşər... Mən rahat ölürəm, çünki ömrümü xeyrə, xalqımın xeyrinə, elmin xeyrinə həsr etmişəm.... Xeyrə həsr edilməmiş həyatı hədərə getmiş hesab et.. Nəsirəddin Tusi
E
[redaktə]- Elə paltar geyinin ki, rahat soyuna biləsiniz. Koko Şanel
Ə
[redaktə]- Əgər rahat yatmaq istəyirsənsə, yatağına özünlə təmiz vicdan apar, Bencamin Franklin
- Ən yaxşı mükafat insanın daxilinin rahat olmasıdır. Aristofan
- Əvvəl zəhmət çəkən sonra rahat olar. Azərbaycan atalar sözləri/Ə
H
[redaktə]- Həyatda rahat yaşamaq üçün gərək ağılla, əxlaq və ədalətlə yaşayasan və ya tərsinə ədalət, əxlaq və ağılla yaşayaraq, rahat yaşamamaq olmaz. Epikür
- Həyatda tək bir adam belə, siz yaşadığınız üçün rahat nəfəs alırsa, siz müvəffəqiyyətli və məqsədinizə çatmış bir insansınız. Ralf Uold Emerson
- Həyatın bir bisküvit qutusuna bənzədiyini düşün. Qutunun içində hər cür bisküvit var, sevdiklərin də, sevmədiklərin də, elə deyilmi? Və insan əvvəlcə sevdiyini yesə, sevmədikləri qalacaq. Mən pis günlər keçirəndə həmişə belə düşünürəm. İndi bunu eləsəm, sonrası daha rahat olar, deyirəm öz-özümə. İnan mənə, həyat bir bisküvit qutusu kimidir. Haruki Murakami
Q
[redaktə]- Qiyamət günü, yalnız dünyada Allahdan qorxan kimsə rahat ola bilər. İmam Hüseyn
M
[redaktə]- Mən daha heç nəyi tam olaraq bəyənib və ya bəyənmədiyimi söyləmirəm. Bu həyata qarşı göstərilmiş ən mənasız münasibətdir. Özünə sahib olan insan, məmnunluğunu rahat tapdığı kimi kədərini də asanlıqla yenə bilər. Həyat andır, bundan sonrası yoxdur. Onu ən gur yanan məşəllə alovlandır. Gözəlliyi məhv olmayan hər şeyə qibtə edirəm.Qadınlar biz — kişilərlə bəşəriyyətin Tanrıyla davrandığı kimi davranırlar, onlar bizə səcdə edirlər, lakin həm də davamlı şəkildə bizdən nəsə etməmizi istəyərək narahat edirlər. Oskar Uayld
N
[redaktə]- Namərd körpüsündən rahat keçincə, qoy aparsın o sellər məni. Azərbaycan atalar sözləri/N
- Niyə tanış şeylər haqqında düşünmək bu qədər rahatdır? Çünki o, təhlükəsizlik illüziyası yaradır. Amma insanlar pisi düşünməyə, pisi gözləməyə, pisə hazırlaşmağa öyrəşirlər. Yaradıcı olmaq, həyatı necə yaxşılaşdırmaq barədə düşünmək əvəzinə, keçmişlərinin əbədi həbsxanasına düşürlər. İnsanların çoxu nə düşünür? Keçmiş sevgi, yerinə yetirilməmiş arzular, itirilmiş imkanlar və ya maliyyə problemləri haqqında. Digərləri xoşbəxt uşaqlıq arzulayırlar - baxmayaraq ki, bütün dürüstlüklə, kimin buludsuzluğu var idi? İnsanlar heç bir mənası olmayan şeylərə nə qədər diqqət yetirirlər? Məsələn, tərəvəz dükanında satıcı qadının və ya iş yoldaşının yan baxması haqqında. İnsan bu cür düşüncələrə öz içinə yol verirsə, adı təşviş olan zəhərin dağıdıcı təsirinə məruz qalır. İnsanlar özləri böyük gücdən imtina edirlər, onların təbiətinə xasdır. Doğuşdan hamımız möcüzə işçiləriyik, sadəcə özünüzə möcüzələr yaratmağa icazə verməlisiniz. Nə qədər ki, insan adi düşüncələrin əsiridir, xoşbəxtliyin sirrinin şüurun idarə olunmasında olduğunu heç vaxt anlaya bilməyəcək. Robin Şarma
P
[redaktə]- Paxıl rahat olmaz, başqalarını gözü götürməz, özünə isə layiq olmadığı hər şeyi istər. Ə.Cami
Ş
[redaktə]- Şübhə insanı rahat qoymaz, amma çox bəladan qurtarar. Türk atalar sözləri
T
[redaktə]- Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın. Məhəmməd peyğəmbər
- Tanrının nəzərində mən ölümsüzəm, rahat şəkildə məzarımda yatıram. Tupak Şakur
- Təmiz adam rahat yatar. Ərəb atalar sözləri
- Təmiz bir vicdan, ən rahat yastıqdır. Klemens Brentano
V
[redaktə]- Vicdanı təmiz olanın yasdığı rahat olar. Alman atalar sözləri