Yaltaq
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adamları layiq olduğundan az öymək paxıllıq, çox öymək isə yaltaqlıqdır. Edvard Rend
- Alqışlara inanmayın; əksəriyyət alqışlayırsa yaxşı, gözəl amma alqışlayanlar ya yaltaqların əlləridirsə. Avraam Linkoln
B[redaktə]
- Bütün yaltaqlar, adətən, yalançı olur. İohann Engel
D[redaktə]
- Dost kimi görünən yaltaqlar, fərqli olmağa çalışan sadə insanlar, arxamızdan qurulan oyunlar.. qayda həmişə eynidir: Gül və keç. Duqlas Noel Adams
- Dünyada üç şey təhlükəlidir: bıçaq uşaq əlində, hakimiyyət axmaq əlində və tərif yaltaq dilində. Monqol atalar sözləri
H[redaktə]
- Hamımız yaltaqlığı pisləyib yamanlayırıq, ancaq özümüz bizə yaltaqlananlara, bizi öyənlərə nəinki dözür, hətta onlara rəğbət duyuruq. Fransua de Laroşfuko
O[redaktə]
- Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı, yəqin ki, yaltaqlar. Mirzə Ələkbər Sabir
Ö[redaktə]
- Ölkəni düşməndən qoru, sirri - yaltaqdan. Başqırd atalar sözləri
S[redaktə]
- Sevdiyin və hörmət etdiyin adama heç vaxt yaltaqlanma. Jan Batist Molyer
- Səmimiyyətdən çətin, yaltaqlıqdan asan heç nə yoxdur. Fyodor Dostoyevski
- Sinoplu Diogendən soruşanda ki "ən təhlükəli heyvanlar hansılardır?", o belə cavab vermişdi: "Vəhşi heyvanlardan böhtançılar, ev heyvanlarından isə yaltaqlar." Sinoplu Diogen
T[redaktə]
- Tülkü də toyuğun yanına yaltaq - yaltaq gedir. Udmurt atalar sözləri
U[redaktə]
- Uğur qazanmaq istəyirsənsə, yaltaqlıqdan uzaq ol. İbn Sina
Ü[redaktə]
- Üzə deyilən tərif həm danışanı, həm də dinləyəni rüsvay edir. Deyl Karnegi
Y[redaktə]
- Yaxşı günündə sənə yaltaqlanan adam pis günündə sənə badalaq atar. Platon
- Yaltaq əhliləşdirilmiş heyvanların ən təhlükəlisidir. Sinoplu Diogen
- Yaltaq nə özü, nə də özgələri haqqında yüksək fikirdə olmadığı üçün yaltaqlıq edir. Jan de Labrüyer
- Yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir. İtalyan atalar sözləri
- Yaltağın sözü zəhər qatılmış bal kimidir. Latın atalar sözləri