Yar
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ana kimi yar olmaz, Vətən kimi diyar. Azərbaycan atalar sözləri/A
- Araq adamı ardan da qoyar, yardan da. Azərbaycan atalar sözləri/A
B[redaktə]
- Bivəfadan yar olmaz,
Ömür üzsən yüzhayüz. Aşıq Ələsgər - Bülbül gülə gül dedi gül gülmədi getdi bülbül gülə gül bülbülə yar olmadı getdi. Yanıltmac
C[redaktə]
- Can qurban eləsən, layiqdi layiq,
Bir yar ki, mətləbi tez qanan ola. Aşıq Ələsgər
D[redaktə]
- Dostluq, mehribanlıq göstərsən ey yar,
Gəlib qulun olar azad adamlar.[1] Nizami Gəncəvi
E[redaktə]
- Ey yar, gəl bağrımı yar, gör içində nələr var. Azərbaycan atalar sözləri/E
- Ey Yar! Nə qədər uzaqlaşırsan uzaqlaş, ürəyimin dibinə qədər yolun var. İskəndər Pala
- Eyibsiz yar istəyən yarsız qalar. Oğuznamə
G[redaktə]
- Gözümü bağlayıb itələsələr yenə sənin yanına düşərəm, yer cazibəsi deyil bu, yar cazibəsidi. Kiçik İsgəndər
H[redaktə]
- Hamını yarın dərdi öldürür, bunu da qarın dərdi. Azərbaycan atalar sözləri/H
- Hər kəsə yar ol, bar olma. (yar - dost, bar - yük). Türk atalar sözləri
İ[redaktə]
- İnşallah, heç yerdə qalmaz avara, Bir qula ki, Şahi-Mərdan yar olsun. Aşıq Ələsgər
- İstədiyim yar idi, yetirdi pərvərdigar. Azərbaycan atalar sözləri/İ
K[redaktə]
- Kim müsibət günü istər ona bir yar olsun,
De ki, xoş gündə özü xalqa havadar olsun. Sədi Şirazi - Kimə yar dediksə; O yar açdı yaranı.. Aydındır ki, gerçək sevənimiz yoxdur, Allahdan başqa! Nəcib Fazil Qısakürək
M[redaktə]
- Millət içində millətlə hər bir növ ilə оlsа dа, yаr və mədədkаr оl. Mir Möhsün Nəvvab
N[redaktə]
- Nə yardan doyur, nə əldən qoyur. Azərbaycan atalar sözləri/N
Ö[redaktə]
- Ördəyi bağlamağa ipək gərək, yar ilə oynamağa ürək gərək. Azərbaycan atalar sözləri/Ö
S[redaktə]
- Sevgi uçurumdan yıxılmaq kimidir, buna görə də sevgiliyə "yar" deyilir. Mövlana Cəlaləddin Rumi
T[redaktə]
- Tənbəllik, nadanlıq yar olsa kimə,
Büdrəyər, çaş qalar, basar vahimə. Sənai Qəzvini
V[redaktə]
- Vətən həsrəti yar həsrətindən betərdir. Teymur Bünyadov
Y[redaktə]
- Yad gəlib aşna olunca, aşna - yar əldən gedər. Azərbaycan atalar sözləri/Y
- Yaxşı yara qismət olmaz yaxşı yar. Aşıq Ələsgər
- Yar yarı görər, ürəyi odlanar.[2] Azərbaycan atalar sözləri/Y
- Yarla xoş dolanan bir kimsə, yarsız qalmaz... Ay, gecədən ürkmədiyi, qaranlığından qaçmadığı üçündür ki, nurlandı... Gül o gözəl qoxunu, tikanla xoş dolanmaqla qazandı ...Mövlana Cəlaləddin Rumi