Məzmuna keç

Zülmət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Beş qaranlıq maddə və beş lampa var. Dünya sevgisi zülmət, Allah qorxusu isə onun çırağıdır. Günah qaranlıqdır, onun çırağı tövbədir. Qəbir qaranlıqdır, çırağı isə “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və Muhəmməd Allahın elçisidir”. Axirət qaranlıqdır, çırağı isə yaxşı əməldir. Sirat qaranlıqdır, çırağı isə imanın yəqinidir. Əbu Bəkr
  • Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür![1] İsa
  • Biz bütün təbəqələrin təhsil almaq hüququnu qorumalıyıq, çünki yalnız zülmətdə hökmranlıq edən və gücdən sui-istifadəyə və xalqın cəhalətinə arxalanaraq sağ qalan tiranlar sivilizasiyanın tərəqqisindən qorxacaq və nifrət edəcəklər. Benito Xuares
  • Böyük istirahət zülmət dənizinə girib bir daha işığa qovuşmamaqdır. Əhməd Haşim
  • Bütün bunlar ulduzların o tayından gələn aydın, soyuq bir hikmətlə ondan uzaqlaşırdı. O, insanı palçıqdan, daşdan və sudan ibarət bir kürə üzərində bir az irəliyə doğru hərəkət edən bir az canlı gil kimi təsəvvür edirdi ki, bu boşluqdan, nəhayət onu bürüyəcək zülmətdən keçir. Henri Kuttner
  • Çətinliyimdə həmişə ən çox dəyər verdiyim dostum. Mənim rifahımın günəş işığından mənimlə həzz almağa hazır olanlardansa, qaranlıq saatlarımın zülmətini aradan qaldırmağa kömək edənlərə daha yaxşı etibar edə bilərəm. Uliss Qrant
  • Dirilik suyudur sevgi zülmətdə. Sədi Şirazi
  • Dünyanı bürümüş qaranlıq zülmətə qarşı xəncər itiləmək kimə lazımdır? Uilyam Qoldinq
  • Ey vətən övladı, bir an vermə fürsət düşmənə!

Qəhrəman zərbənlə göstər dərsi-ibrət düşmənə.
Qoy alov yağsın tüfəngindən, topundan cəbhədə,
Eylə öz dünyasını qəhr ilə zülmət düşmənə. Əliağa Vahid

  • Əksər insanlar qaranlığa üstünlük verir. Onlar üçün zülmət aydınlıqdan daha xoşdur. Mirzə Şəfi Vazeh
  • Əmək bəşəriyyət tarixinin lap əvvəlindən yer üzərinə işıq saçan müqəddəs şamdır, onu söndürsəniz hər yer zülmətə çevrilər. Konstantin Uşinski
  • Həyat sevinclə başlayır və ölümün zülməti ilə bitir. Elə insanlar var ki, həyatın əzablarından qurtulmağın sevinci kimi ölümə nail olmaq üçün bütün həyatı boyu qəsdən işgəncə verir. Mixail Prişvin
  • Xeyr, sənə hər zaman yalnız ehtiras və zəfər qazanmaq lazım olub. Elə bir insan istəyirsən ki, o əriyib sənə qarışmağa hazır olsun, lakin bunu etməyi bacarmasın. Sən çılğınlığı, coşqunluğu sevirsən, elə buna görə də ürəyin hər zaman boş qalacaq. Çünki insan ancaq öz qəlbində olan şeyləri əlində saxlaya bilər. Bu cür tufanlı qəlbdə isə heç nə qala bilməz. Onlar yalnız tənhalığın zülmət gecələrində bitir. Ancaq bir şərtlə ki, ümidsizliyə qapılmamalısan. Sənin bunlardan xəbərin varmı? Zəfər tağı
  • İsgəndərin zülmətdə tapa bilmədiyini ağ kağız üzərinə qara mürəkkəblə yazılmış kitablarda tapmaq olar. Hümam Təbrizi
  • İşıq - zülmətdə gərək, ağıl - zillətdə. Amxar atalar sözləri
  • Kainatın üzərinə bir gecəni belə qara edən pərdə nə vaxt qaldırılacaq? Ey İsrailin Allahı, nəhayət zülməti qaldır: Nə vaxta qədər gizlənəcəksən? Jan Rasin
  • Mövhumat elmə əsaslanmayan inamdır. İşıq zülmətlə mübarizə etdiyi kimi, elm də mövhumatla mübarizə aparır. Dmitri Mendeleyev
  • Musiqini gözləri yumaraq dinləmək lazımdır. Çünki, gecə qaranlığını və zülmətini xatırladan bu şəraitdə hər cür formasız və görünməmiş xaos öz formasını alır və kosmosun bir parçasına çevrilir. Aleksandr Blok
  • Mübarizə aparmaq yaşamaq deməkdir. Mübarizə kədər gətirsə də, yaralasa da, o, nifrətin zülmət qaranlığından, nifrət ediləcək qapalılığın zəhərindən, mübarizədən üz döndərənin soyuqluğundan, ürəyin biganəlik adlandırılan ölümündən daha yaxşıdır. Onore de Balzak
  • Sevgi işığı yox olan yerdə narkomaniya zülməti başlayır. Luule Viilma
  • Sərxoş üçün işıqlı küçədə belə zülmət var. Konstantin Uşinski
  • Sizə elə gəlmirmi ki, kişilərin məsuliyyətsiz davranışı qadınlardan qaynaqlanır? II İohann Pavel
  • Təbiət insanı zülmətlə dövrələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir. Höte
  • Yalnız doğurlu ağıl yalan və illüziyaların öhdəsindən gələ bilər. Yalnız doğurlu ürək nifrət zəhərinə dözə bilər. Zamanın əvvəlindən zülmət boşluqda çiçəklənirdi, lakin o həmişə təmiz işığın qarşısında geri çəkilir. Bu işığı gözlə və o gələcək. Avatar: Aanq haqqında əfsanə
  • Zülmət çoxaldıqca ömrü qısalar. Əbu Turxan
  • Zülmət daşıdır, götürən də peşmandır, qoyan da. Azərbaycan atalar sözləri/Z
  • Zülmət nura qarşı dura bilməz. Alman atalar sözləri
  • Zülmətdə işıq var, acıda şirin. Aşıq Ələsgər
  • Zülmətdən nura doğru yüksələn bütün yollardan ən nəcibi və ən çətini aristokrat və monarxist doğulub, demokrat olmaqdır. Viktor Hüqo
  • Zülməti dəf etmək onu məzəmmət etmək və yaxud şikayətlənməklə deyil, ətrafımızda gördüyümüz əzəli və əbədi nuru daha da artırmaq məqsədilə şücaət və imana söykənərək davamlı cəhd etməkdədir: bizdən uzaq olsa da, zəif saçsa da, bəzən həyatın naqisliklərində və keçilməz cığırlarında gizlənsə də... Əmin ər-Reyhani
  • Zülməti işıq dağıdar: dərin çayı gəmiylə üzüb keçərsən; quyuya nərdivanla düşərsən. Madaqaskar atalar sözləri

İstinadlar

[redaktə]
  1. Matta 6:22-23