Ağa
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağa dediyin nədir, bəyənmədiyin nədir? Azərbaycan atalar sözləri/A
- Ağa gətirər navala, xanım tökər çuvala. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Ağa ilə bostan əkənin tağı çiynində bitər. Azərbaycan atalar sözləri/A
- Ağa ilə xanım savaşdı, arada nökərin canı çıxdı. Azərbaycan atalar sözləri/A
- Ağa köz kimidir, yandıra bilməzsə qaralayar. Yunan atalar sözləri
- Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz - ya keçmiş qulluğunun həsrətin çəkər, ya da yeni ağa axtarar. Əbülfəz Elçibəy
B
[redaktə]- Bəzənmirəm ağadan qorxuram, bəzənirəm xanımdan. Azərbaycan atalar sözləri/B
- Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq gərəkdir. Onore de Balzak
- Bizim Qaimimiz qiyam edəndə Allah bəlanı bizim şiələrimizdən götürəcək, onların qəlblərini dəmir parçası kimi (möhkəm və qorxmaz) edəcək və onların hər birinə qırx kişinin gücünü verəcək. Onlar dünyanın ağa və başçısı olacaqlar.[1] İmam Səccad
D
[redaktə]- Dostluğa nə qul, nə də ağa lazımdır. O, bərabərlik sevir. İvan Qonçarov
E
[redaktə]- Eqoizm öz evinin ağası deyildir. Ziqmund Freyd
Ə
[redaktə]- Əli boşa "ağa uyur" deyərlər, əli doluya "ağa buyur" deyərlər. Azərbaycan atalar sözləri/Ə
F
[redaktə]- Fağır adamın ağası çox olar. Monqol atalar sözləri
G
[redaktə]- Gözəl ağa çox gözəl idi, vurdu çiçək də çıxatdı. Azərbaycan atalar sözləri/G
K
[redaktə]- Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır. Sədi
- Kimə "ağa" deyirsən, səni özünə "qul" bilir. Abxaz atalar sözləri
- Kişi öz sözünün ağası olar. Azərbaycan atalar sözləri/K
- Kölənin bir ağası olur, tamahkar isə ona yardım edən hər bir kəsin köləsidir. Ralf Emerson:
N
[redaktə]- Nəfsinin hakimi olan dünyanın ağası olar. Menandr
O
[redaktə]- Od yaxşı nökərdir, pis - ağa. Fin atalar sözləri
Ö
[redaktə]- Öz evimin nökəriyəm, özgə evinin-ağası. Azərbaycan atalar sözləri/Ö
- Öz nəfsinin ağası olmaq yüksək ruha xas olan xüsusiyyətdir. Baltazar Qrasian
P
[redaktə]- Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar. Deyl Karnegi
- Pulu olsa, it də olar "hav-hav ağa" Koreya atalar sözləri
S
[redaktə]- Sayanın quluyam, saymayanın ağası. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Sən ağa, mən ağa, inəkləri kim sağa. Azərbaycan atalar sözləri/S
T
[redaktə]- Toydan sonra nağara, xoş gəldin, bayram ağa. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
İstinadlar
[redaktə]- ↑ Mişkatul-ənvar, səh.79