Bülbül (quş)
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bağa bülbül, insana ağıl yaraşar. Özbək atalar sözləri
- Bülbül gül üstündə xarı görəndə,
Qan ağlar, ruxsarı yaşa dayanmaz. Aşıq Ələsgər - Bülbül gül yolunda keçər başından,
Əgər gül köysünə xarı çəkmiyə. Aşıq Ələsgər - Bülbül gülə gül dedi gül gülmədi getdi bülbül gülə gül bülbülə yar olmadı getdi. Yanıltmac
- Bülbül qarğa yuvasında da böyüyə bilər, ancaq qarıldamağı öyrənə bilməz. Benqal atalar sözləri
- Bülbüldən çox da vəfa ummayın. Çünki hər dəm başqa bir gülün üzərində ötər. Sədi Şirazi
- Bülbülə - gavalı, qaranquşa - söyüd. (Yaponiyada bülbülü gül ilə yox, gavalı ağacı ilə assasiasiya edirlər - əlaqələndirirlər). Yapon atalar sözləri
- Bülbülü qızıl qəfəsə salmışlar, "ah, vətən" demiş. Türk atalar sözləri
- Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən". Azərbaycan atalar sözləri/Vətən və el
G[redaktə]
- Gül bülbüldən ziyadə insan əlindən çəkər. Türk atalar sözləri
- Gülün qədrin bülbül bilir. Azərbaycan atalar sözləri/G
H[redaktə]
- Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir. Əliağa Vahid
İ[redaktə]
- İgdin qədrini igid bilər, Gülün qədrini bülbül. Ləzgi atalar sözləri
- Iki bülbül bir budaqda oxumaz. Fin atalar sözləri
K[redaktə]
- Keçdi bülbül, keçdi gül; istər ağla, istər gül. Türk atalar sözləri
Q[redaktə]
- Qaranquş günü tərifləyər, bülbül dünü tərifləyər. (Dün - gecə) Tatar atalar sözləri
- Qarğa gül bağçasında gəzməklə bülbül olmaz. Mövlana Cəlaləddin Rumi
S[redaktə]
- Sərçəni bülbül adına satır. Azərbaycan atalar sözləri/S
V[redaktə]
- Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir.- Rus atalar sözləri
Z[redaktə]
- Zəhməti bülbül çəkər, gülü qucar xar. Azərbaycan atalar sözləri/Z